08Мар
Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.
Daha ətraflı »
06Мар
İşğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatdı. Bu tarixi zəfər düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, 30 ilə yaxındır davam edən münaqişəyə də son qoydu. Azərbaycan bu nəticəni danışıqlar yox, hərb yolu ilə əldə etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək!
Daha ətraflı »
05Мар
Azərbaycan fərqli mədəniyyətlərin birləşdiyi ərazi olaraq, əsrlər boyu milli-mədəni baxımdan rəngarəng mühitin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkə əhalisinin əsas hissəsi azərbaycanlılardan və respublikasının müxtəlif ərazilərdə yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir.
Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır.
Daha ətraflı »
02Мар
Türkiyə hər zaman Azərbaycanın yanında olub. Azərbaycan da öz növbəsində daim Türkiyəyə dəstəyini nümayiş etdirib. Son tarixi proseslər Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü «Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra Türkiyənin Ermənistanla sərhədlərini bağlaması özü dostluğun, qardaşlığın rəmzi idi.
Türkiyə Vətən müharibəsinin başladığı ilk gündən də Azərbaycana öz dəstəyini açıq şəkildə bəyan etdi.
Prezident İlham Əliyev: “Müharibə dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu”.
Daha ətraflı »
01Мар
Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməklə yanaşı dünya miqyasında da güc mərkəzinə çevrilib. Dünyada müstəqil siyasət yürütməsi, bir sıra beynəlxalq əhəmiyyətli qərarların verilməsində özgür iradə nümayiş etdirməsi bu faktı təstiqləyən vacib amillərdəndir. Danılmaz faktdır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında apardığı siyasət qardaş ölkənin yüksək nüfuzunu daha da artırmış oldu.
Hazırda Türkiyə əksər bölgələr, xüsusilə də Cənubi Qafqaz regionunda müsbət rol oynayır ki, bu da bölgənin sabitliyi üçün olduqca önəmlidir. Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox vacib amildir.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində yerləşir. Yerləşdirmə nöqtəsi tərəflərin təmas xəttindən 8 kilometr, Xankəndidən düz xətt üzrə təxminən 30 kilometr, avtomobil yolu boyunca isə 41 km məsafədədir.
Daha ətraflı »
Yeni ismarıclar