Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan bu yeni qurum KİVDF-nin bütün hüquqlarına sahib olacaq. “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Trend-ə açıqlamasında bildirib ki, son dövrdə informasiya məkanında arzuolunmaz halların sayı çoxalmışdı, bu da mənfi nəticələrə gətirib çıxara bilərdi:
-
13ЯнвXəbərlər Комментарии к записи Media sahəsində islahatlar başladı – Yeni qurum yaradıldı отключены
-
13ЯнвXəbərlər Комментарии к записи Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pasportlarının etibarlılıq müddəti uzadılıb отключены
Azərbaycanın Moskvadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, koronavirus pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməməsi və fəaliyyətlərini hüquqi zəmində tənzimləməsi üçün 2020-ci il yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya daha sonra bitəcək bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 2021-ci il iyunun 1-dək uzadılmış hesab olunur.
-
20ДекXəbərlər Комментарии к записи Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir отключены
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
-
30НояXəbərlər Комментарии к записи Prezidentə yazırlar: «Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi» отключены
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər.
Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik:
-
29ОктXəbərlər Комментарии к записи Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib отключены
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.
-
24СенXəbərlər Комментарии к записи Gəncə YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib отключены
YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə yeni üzv seçilən şəhərlərin adları açıqlanıb. 27 ölkədən 55 şəhərin yer aldığı siyahıda qədim elm və mədəniyyət mərkəzi olan Gəncənin də adı var. Yeni üzvlərin adları Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən video-görüş vasitəsi ilə elan olunub. Video-görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də iştirak edib.
YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur.
-
12АвгXəbərlər Комментарии к записи Niyazi Bayramov vətəndaşları video-formatda qəbul edib отключены
Pandemiya dövründə birbaşa ünsiyyət imkanlarının məhdud olmasını nəzərə alaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşları onlayn formatda qəbul edib. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, habelə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Onlayn qəbul zamanı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın sağlamlığı, rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
-
15ИюлXəbərlər Комментарии к записи Lamiyə İsazadə: Ermənistanın təcavüzkar mövqeyi artıq heç bir ölkəyə sirr deyil отключены
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya atəşlərindən istifadə edərək dövlətimizə qarşı növbəti təcavüz, növbəti təxribat aktı törətmək istəmələrinə baxmayaraq, bunu bacarmadılar. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində erməni silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı.
Ermənistanın əsl niyyəti üzv olduğu hərbi-siyasi təşkilatlar arasında “işğalçı”, “təcavüzçü” adını öz üzərindən götürüb Azərbaycana yapışdırmaqdır ki, hər dəfəsində də apardığı uğursuz siyasət nəticəsində öz adlarına növbəti ləkəni gətirirlər. -
14ИюлXəbərlər Комментарии к записи Prezident İlham Əliyev Gəncə İdman Sarayının tikintisi ilə tanış olub отключены
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Gəncə şəhərində daha bir möhtəşəm idman kompleksi tikilməkdədir. Gəncə İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq. -
29МайXəbərlər Комментарии к записи Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib отключены
Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat verdilər.
Yeni ismarıclar