Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Июн
    Xəbərlər Комментарии к записи Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir отключены

    Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

    Qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи GDU-nun tələbəsi şotokan dünya çempionatında fəxri kürsüyə yüksəlib отключены

    Rumıniyanın paytaxtı Buxarest şəhərində mayın 24-dən 26-dək keçirilmiş 10-cu Şotokan Dünya Çempionatında Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin 4-cü kurs tələbəsi Cəlal Əliyev də iştirak edib. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, Avropa ikincisi olan idmançı bu dəfə karate-do idman növü üzrə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

    Bu münasibətlə  Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov idmançını təbrik edib.

    Bildirilib ki, Gəncə Dövlət Universiteti özünün çoxillik elm-təhsil ənənələri üzərində formalaşan və inkişaf edən ali təhsil müəssisəsidir. Universitet kollektivi respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatının bütün sahələrində  baş vermiş dinamik inkişafa özünün töhfəsini vermək üçün böyük səylə çalışır. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Gəncə İnzibati-İqtisadi Məhkəməsinin adı dəyişdirilir отключены

    Azərbaycanda mövcud olan 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq.

    Bu barədə “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

     Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir.

     Dəyişiklik kommersiya məhkəmələrinin yaradılması ilə əlaqədardır.

     Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılıb.

     Qanunun 43, 44, 45 və 45-1-ci maddələrində də müvafiq dəyişiklik edilib. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir отключены

    Böyük İpək yolu”nun tərkib hissəsi olan və 503 km məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.

    Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Gəncəli güləşsi Avropa çempionu olub отключены

    İspaniyanın Pontevedra şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 sərbəst güləşçisi qızıl medal qazanıb.

    Yeniyetmələr arasında olimpiya çempionu Turan Bayramov 65 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/8 finalda Gürcüstan idmançısına minimal fərqlə qalib gələn Bayramov daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Bayramov sonuncu xal prinsipinə əsasən qalib gələrəAvropa çempionu olub. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Ramil Usubov sıra baxışı keçirib, 170 gəncin polisə qəbul olunmasını tapşırıb отключены

    Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aidiyyatı baş idarə və ərazi polis orqanları rəislərinin də iştirak etdikləri tədbirdə qeyd olunan bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 380 şəxs iştirak edib.

    Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 170 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 10Июн
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti olacaq. Daha ətraflı »

  • 05Июн
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov Gəncə “ASAN Xidmət” mərkəzində olub отключены

    Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Ramazan bayramı ərəfəsində Gəncə “ASAN Xidmət” mərkəzinə baş çəkib, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub.

    Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Ramazan bayramı ərəfəsində Gəncə “ASAN Xidmət” mərkəzinə baş çəkib, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub. Niyazi Bayramova məlumat verilib ki, Azərbaycan Respublikasınının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzi 5 ilə yaxındır ki, fəaliyyətdədir. Burada Gəncə ilə yanaşı ərtaf rayonların sakinlərinə də xidmət göstərilir. Daha ətraflı »