Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Июн
    Xəbərlər Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində çalışan könüllülər təcrübələrini başa vurublar отключены

    Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlarlarla görüşüb. Görüşdə Gəncə şəhər İcra Hakimiyyətində təcrübə keçən 30 könüllü iştirak edib. Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub.

    Bu məqsədilə  Gəncə Şəhər İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.  Şəhər rəhbəri bildirib ki, könüllülk fəaliyyəti gənclər üçün uğurlu bir təcrübədir. O, gəncləri könüllük fəaliyyətlərini uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyib. Daha ətraflı »

  • 05Июн
    Xəbərlər Комментарии к записи Gəncədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub отключены

    Gəncənin “Qrand Qafqaz” ticarət kompleksində Ramazan bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə qurulan yarmarkada keyfiyyətli məhsullar sərfəli qiymətə təklif edilib.

    Burada əsasən Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı məhsulları, inək, qoyun və quş əti, un məmulatları, kolbasa və sosiskalar, müxtəlif çeşiddə yağlar, çaylar, tərəvəz, meyvə və s. məhsullar alıcılara təqdim olunub. Daha ətraflı »

  • 05Июн
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov sakinləri dinlədi отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Görüşdə icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov bildirib ki, sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinlərin şikayət və təkliflərini dinləmək, onları narahat edən problemləri aradan qaldırmaqdır.

    Sakinlər bildiriblər ki, onları narahat edən əsas problemlərdən biri “Mahrasa bağı” yaşayış massivində mavi yanacağın təzyiqinin hələ də düzəlməməsi və suyun fasilələrlə verilməsidir. Bundandan başqa onlar məhəllədaxili yolların səligəyə salınmasını, gecə işıqlanması sisteminin qurulmasını və yaşıllıq zolaqlarının  artırılmasını xahiş ediblər. Daha ətraflı »

  • 05Июн
    Xəbərlər Комментарии к записи Gəncədə bayram namazı qılınıb отключены

    Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də bayram namazı qılınıb. Bayram Namazı şəhərin “İmamzadə” ziyarətğahı və bütün məscidlərində eyni vaxtda səhər saat 08:00 da başlayıb.

    Bayram namazından sonra isə şəhərin “İmamzadə” ziyarətğahı,  “Şah Abbas Cümə”, “Şahsevənlər”, “Qazaxlar”, “Qırıxlı”, “Böyük bağbanlar” və “Bala bağban” məscidlərində möminlər üçün çay süfrəsi açılıb. Bayram süfrəsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun şəxsi təşəbbüsü ilə təşkil olunub. Belə ki, şəhər rəhbərinin göstərişi ilə “İmamzadə” ziyarətğahı və bütün məscidlərə çay süfrəsinin təşkili üçün müxtəlif növ şirniyyatlar paylanıb. Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın. Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov Gəncəyə yağan güclü yağışın yaratdığı fəsadlarla tanış olub отключены

    Bir neçə gün əvvəl Gəncəyə yağan və dolu ilə müşayət olunan güclü yağış bir sıra fəsadlara yol açıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təbii fəlakətin səbəb olduğu fəsadlarla yerində tanış olub, fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz tədbirlərlə maraqlanıb.

    Şəhər rəhbərinə məlumat verilib ki, 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub.  Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzin, Gəncə “Sukanal” Törəmə Səhimdar Cəmiyyətinin canlı qüvvə və texnikaları vasitəsilə yaranan fəsadların aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи Gəncədə xeyriyyə konserti təşkil olunub отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Oksford məktəbinin Şəmkir filialının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında xeyriyyə məqsədli tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Oksford məktəbinin Şəmkir filialının məsul işçiləri, struktur rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə qonaqlar satış-sərgidə nümayiş olunan əl işlərilə tanış olublar. Burada müxtəlif mövzu və üslübda olan rəsm əsərləri təqdim edilib.

    Tədbirin ikinci hissəsində isə Bakı Oksford Məktəbi Şəmkir filialının kollektivi tərəfindən konsert proqramı təqdim olunub. Konsertdə məktəbin istedadlı müəllim və şagirdərinin ifasında müxtəlif rəqs, şeir və musiqi nömrələri nümayiş olunub. Bunlardan əlavə Azərbaycanın tanınmış şair və yazıçıları, habelə məşhur bəstəkarlarının həyat və fəaliyyətinə nəzər salınıb. Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи Gəncədə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir reallaşıb отключены

    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bir sıra tədbirlər həyata keçirir. Bu il təşkil edilən silsilə tədbirlərin yekunu olaraq AQUPDK, Azərbaycan Dəmir Yolları QSC, UNİCEF və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və İnamla Gələcəyəəyləncə təbliğat qatarı adlı tədbir baş tutub.

    Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunan tədbirin təşkilində məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlara müvafiq istiqamətdə imkanlar yaratmaqdır.

    Bu inteqrativ uşaq bayramında məktəblilər, həssas kateqoriyadan olan uşaqlar, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan, sağlamlıq imkanları məhdud olan və eyni zamanda aztəminatlı ailələrin uşaqları iştirak ediblər. Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи UTECA-da “Məşğulluq və Sahibkarlıq Resurs Mərkəzi” adlı layihə başladı отключены

    Azərbaycan Texnologiya Universitetində “Məşğulluq və Sahibkarlıq Resurs Mərkəzi” adlı layihə həyata keçirilir. 1 il müddətində davam edəcək layihə Avstraliyanın Ankarada yerləşən səfirliyi tərəfindən dəstəklənir.

    Layihənin təqdimatı zamanı bildirilib ki, məqsəd tələbələri müvafiq mövzularda maarifləndirmək, onlarda ictimai siyasətin formalaşmasında, işaxtarma yolları və s. mövzularda məlumatlandırmaqdır.

    Layihə çərçivəsində universitetin 18-29 yaş arası tələbələrinə CV və motivasiya məktublarının yazılması, iş müsahibələrində davranış və hazırlıq, qadın sahibkarlığı, biznes planın yazılması və s. mövzularda təlimlər həyata keçiriləcək.


    Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib отключены

    Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd akademik Həmid Araslının fəaliyyətinin öyrənilməsi, müəllimlər arası fikir mübadiləsinin inkişaf etdirilməsi olub.

    Konfransda Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları və ümumtəhsil məktbəblərinin müəllimləri iştirak ediblər.

    Çıxış edənlər bildiriblər ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Daha ətraflı »