Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 22Фев
    Xəbərlər Комментарии к записи Avtomobil zavodu öz fəaliyyətini genişləndirir отключены

     

    İndi Gəncə Avtomobil Zavodunda yığılmış texnikalara nəinki Azərbaycanda, eləcə də bir çox keçmiş sovetlər birliyi respublikalarında da rast gəlmək olar. Müəssisənin istehsal etdiyi maşın və traktorlara, eləcə də digər mexanizmlərə tələbat artdıqca, kollektiv öz fəaliyyət dairəsini ildən-ilə genişləndirir. Elə bu məqsədlə cari ildə də burada istehsal olunacaq məhsulların, həcminin artırılması nəzərdə tutulmuşdur. Belə ki, 2013-cü ildə müəssisədə 800 ədəd traktor, 200 ədəd “MAZ” markalı avtomaşın, 650 ədəd 4-5 gövdəli kotanlar, 30 ədəd traktor qoşqusu yığılması nəzərdə tutulmuşdur ki, bu da ötən ilkindən xeyli çoxdur.Xatırladaq ki, keçən il 599 ədəd traktor, 161 ədəd “MAZ” avtomaşını, 412 ədəd gövdəli kotan istehsal edilmişdi.

  • 16Фев
    Xəbərlər Комментарии к записи Metbuat azadlığı fikir hərc-mərcliyi demək deyildir отключены


    Son zamanlar müxalifət qəzetləri, müxtəlif internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin şəxsiyyəti və övladları haqqında ağılasığmaz, qərəzli, heç bir əsası olmayan subyektiv fikirlərlə dolu yalan məlumatlar yayılmaqdadır. Geniş mənada desək, guya Elmar Vəliyevin oğlunun bahalı avtomaşınları var və  onları 3 nəfər polis əməkdaşı tabel silahı ilə mühafizə edirlər.

    Biz, Gəncə şəhərinin elm-təhsil, mədəniyyət ictimaiyyəti və  ziyalıları müxalifət qəzetlərində, müxtəlif internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin şəxsiyyəti və övladları haqqında yayılan subyektiv məlumatlara etiraz edərək bildiririk ki,  artıq iki ilə yaxın bir müddət ərzində şəhərimizə rəhbərlik edən Elmar Vəliyevin şəxsiyyətinin və övladlarının milli əxlaqi keyfiyyətlərə uyğun olduğunun şahidiyik. Biz, Elmar müəllimi və onun övladlarını milli-mənəvi dəyərlərə uyğun həyat tərzi keçirən şəxslər kimi tanıyır və ölkəmizdə söz, fikir, mətbuat azadlığının yaratdığı imkanlardan düzgün, obyektiv istifadə olunmasını düzü-düz əyrinin-əyri kimi ictimaiyyətə təqdim olunmasını, şər və böhtanlardan uzaq olaraq, şəxsiyyətin təhqir edilməməsini məqbul sayır və istənilən məlumatı yaymamışdan qabaq Gəncə şəhər sakinlərinin və  ziyalıların rəyinin nəzərə alınmasını xahiş edirik.


    Hörmətlə:  
    Həsənbala Sadıqov — professor
    Sədnik Paşayev — professor
    Samir Pişnamazzadə — dosent
    Pərvin Kərimzadə — dosent
    Xəlil Yusifli — professor
    Sevda Qurbanəliyeva — professor
    Şahnaz Haşımova — xalq artisti
    Elmira Əliyeva — əməkdar mədəniyyət işçisi
    Raya Məmmədova — həkim
    Bayram Hacıyev  — «Tərəqqi» medalçısı
    Xalid Qurbanov — professor
    Xəzangül Hüseynova — şairə

     


  • 12Фев
    Xəbərlər Комментарии к записи Şəhərimizin ziyalıları Əkrəm Əylislinin kitablarını yandırmışlar отключены

     

    Şəhərimizin ziyalıları Əkrəm Əylislinin kitablarını yandırmışlar

    Əkrəm Əylislinin  “Daş yuxular”   romanına şəhərimizin ziyalıları öz münasibətlərini onun kitablarını yandırmaqla bildirmişlər. Meydana toplaşan ziyalılar öz xalqına xəyanət edən bu üzdəniraq yazıçının yalan və iftira dolu romanına etiraz əlaməti olaraq onun indiyədək yazdığı bütün kitablarını yandırmışlar.

    Tədbirdə iştirak edən alimlər demişlər ki, öz xalqına böhtan atan, azərbaycanlıları dünyada ən zalım və qaniçən millət kimi təqdim edən Əkrəm Əylisli kimi  yazıçının kitablarının evlərdə və kitabxanalarda saxlanılması düzgün deyil. Yazıçının yüzlərlə kitabının yandırılması isə gəncəlilərin ona olan sonsuz nifrətlərindən qaynaqlanır.

  • 12Фев
    Xəbərlər Комментарии к записи İki dəst mebel hədiyyə edilmişdir отключены


    Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Elbrus Allahverdiyevin qızı Aynurə Allahverdiyevanın sevinci hədsizdir. O, bu günlərdə ailə həyatı qurmağa hazırlaşır. Belə bir əziz gündə onun və ailəsinin svinci üstünə daha bir sevinc də əlavə olunmuşdur. Aynurəyə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iki dəst mebel hədiyyə edilmişdir.

    Bu günlərdə qəzetimizin əməkdaşı ilə görüşən Aynirə sevincini gizlətməyərək demişdir ki, digər şəhid ailələri kimi onların da ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunmuşlar. Şəhidlərin xatirəsini əziz tutan, onların problemlərini, eləcə də mənzil-məişət və həyat şəraitinin yüksəldilməsi üçün ölkə başçısının həyata keçirdiyi hər bir tədbirdən bəhrələnən ailə üzvlərinin demək olar heç bir problemi yoxdur. Xüsusilə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə şəhid məzarlarının üstünün qara mərmərlə təzələnməsi, Şəhidlər xiyabanının yenidən qurularaq burada abidə kompleksinin ucaldılması bütün şəhid ailələrinin üzvləri kimi onların da razılığına səbəb olmuşdir. Bu günlərdə isə ailə həyatı qurmağa hazırlaşan zaman Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ona iki dəst mebelin hədiyyə edilməsini şəhid ailələrinə göstərilən diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirən Aynurə buna görə həm ölkə başçısına, eləcə də şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir. 

  • 12Фев
    Xəbərlər Комментарии к записи Yeni və ən müasir bazar istifadəyə veriləcək отключены


    Yaxın vaxtlarda şəhərimizin sakinləri inşa edilən yeni və ən müasir bazarın xidmətlərindən istifadə edəcəklər. Bu məqsədlə Kəpəz rayon İcra Hakimiyyətinin yan tərəfində 16 hektar torpaq sahəsi də ayrılmışdır.Həmin ərazinin 5 hektarı avtopark, digər hissəsi isə ticarət obyektləri üçün nəzərdə tutulmuşdur. Bazarın inşası başa çatdırıldıqdan sonra  şəhər mərkəzində fəaliyyət göstərən mərkəzi bazar köçürüləcəkdir.

    Hazırda yeni bazarda həm inşaat, həm də metal konstruksiya işləri sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq 1 və 2 mərtəbəli olacaq ticarət obyektlərinin ümumi sahəsi 25 min kvadratmetr nəzərdə tutulmuşdur. Bundan başqa burada avtomobil hərəkətinin tənzimlənməsi üçün 4 istiqamətdə yolun çəkilişi də aparılacaqdır. Yeni bazar istifadəyə verildikdən sonra 3 min nəfərə yaxın insan özü üçün iş yeri əldə edəcəkdir. Burada çalışacaq insanların rahatlığı üçün müasir tələblərə cavab verəcək kommunikasıya sistemi yaradılacaqdır.

  • 12Фев
    Xəbərlər Комментарии к записи Şəhərimizdə elektron imzaya maraq artmışdır отключены


    Ölkəmizdə elektron imzanın tətbiqinə başlanılandan şəhərimizdə də bu sahəyə maraq xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, indiyədək 46 nəfər fiziki, 26 nəfər isə hüquqi şəxs elektron imzaya sahib olmuşdur ki, bu da insanların bu yeni müraciət formasına maraqlarının artması deməkdir.

    Filialın rəis müavini Zahir Səfərov bununla bağlı demişdir ki, elektron imzanı əldə etmək üçün qeydiyyat mərkəzinə müraciət etdikdən sonra minimum 7 gün ərzində vətəndaş etibarlılıq müddəti 3 il olmaqla elektron imza əldə edə bilir və o, istədiyi vaxt hər hansı dövlət qurumuna müraciət etmək imkanı qazanır. Belə vətəndaş iş yerindən, hətta yaşadığı mənzildən dövlət idarələrinə birbaşa müraciət etmək səlahiyyətinə malik olur. Elektron imza ilə imzalanan hər bir sənəd isə əl ilə imzalanan sənədlə eyni hüquqa malik olduğundan vətəndaş-məmur əlaqəsi aradan qalxır.

  • 12Фев
    Xəbərlər Комментарии к записи Qaliblərə xatirə medalları və hədiyyələr təqdim olunmuşdur отключены

     

    Təhsil Respublika İdman Mərkəzinin şəhərimizdəki  filialında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş mini-futbol üzrə xatirə turniri keçirilmişdir.

    2002-2003 təvəllüdlü yeniyetmə gənclər arasında keçirilən turnirdə Təhsil İdman Mərkəzi Gəncə filialının yığma komandası birinci, uşaq gənclər idman mərkəzinin “Ümid” komandası ikinci, təhsil idman mərkəzinin ikinci komandası isə üçüncü yerləri tutmuşlar. Qaliblərə turnirin xatirə medalları və hədiyyələri verilmişdir.

  • 12Фев
    Xəbərlər Комментарии к записи Şəhərimizin qədim küçələrində təmir-bərpa işləri aparılır отключены


    Şəhərimizdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində ən qədim küçələrin yenidən bərpası da ciddi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə xeyli vaxtdır ki, iki əsrdən çox yaşı olan ən qədim küçələrdən biri — Hüseyn Cavid küçəsinin bərpasına başlanılmışdır. Təmir işləri zamanı əsasən qırmızı kərpiçdən istifadə olunur. Aparılan abadlıq işləri zamanı küçə təxminən 3 metrədək genişləndirilmiş, yeni işıq dirəkləri basdırılmış, səkilər yeni görkəmə salınmışdır. Demək olar ki, işlər başa çatdırılmaq üzrədir. Bu iş başa çatdırıldıqdan sonra fərdi mənzillərin dam örtükləri yenidənqurma işlərinə uyğun olaraq təzələnəcəkdir. Bundan başqa ərazidə yerləşən 17-ci əsrə aid “Şərəfxanlı” tarixi abidəsinin ətrafı da abadlaşdırılaraq burada istirahət parkı salınır.

  • 12Фев
    Xəbərlər Комментарии к записи Viruslara qarşı peyvənd işlərinə başlanılmışdır отключены


    Şəhərimizdə uşaqların təhlükəli viruslara qarşı peyvənd edilməsi işlərinə başlanılmışdır. Şəhərin bir neçə səhiyyə ocağında aparılan peyvəndləmə işləri uğurla davam etdirilir. Bunun üçün Gəncə Sanitar Epidemioloci Mərkəz səhiyyə ocaqlarını istənilən qədər preparat və peyvənd materialları ilə təmin etmişdir.

    Şəhərin baş pediatrı Azilma Dadaşova həyata keçirilən kampaniya ilə bağlı demişdir ki, uşaq doğularkən 1 həftə ərzində vərəmə, polimelitə və hepatit B-yə qarşı peyvənd olunmalıdır. Bundan sonra onlara 2 aylığında difteriyaya, göy öskürəyə və B tipli hemofilius bakteriyalarına qarşı daha 3 peyvənd aparılmalıdır.

    Hazırda şəhərdə keçirilən peyvənd kampaniyası uğurla davam edir. Əhali arasında aparılan maarifləndirici tədbirlərin müsbət nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq indi valideynlər uşaqlarının təhlükəli viruslara qarşı peyvənd edilməsinə daha çox maraqlıdırlar.

  • 12Фев
    Xəbərlər Комментарии к записи Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə şəhər gənçlərinin görüşü uzun illər yaddaşlardan silinməyəcək отключены

     

    Yanvarın 31-də Olimpiya İdman Kompleksində şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin şəhərin ali və orta ixtisas müəssisələrinin  tələbələri ilə keçirdiyi görüş uzun illər gənclərin yaddaşından silinməyəcək.

    3 minə yaxın gəncin iştirak etdiyi tədbiri giriş sözü ilə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq respublikamızın hər yerində olduğu kimi Gəncə şəhərində də “Dövlət gənclər siyasəti”nin uğurla həyata keçirildiyindən danışmış, tələbə-gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunun artırılmasının dövlətin daim diqqət mərkəzində olduğunu bildirmişdir. İcra Başçısı qeyd etmişdir ki, ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər siyasəti sahəsində normativ hüquqi aktlar, habelə gənclər forumlarının keçirilməsi, hər il fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardandır. Ulu öndər gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalanmışdır.

    Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin imzaladığı bir çox sərəncamlarla dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin mənzil-məişət şəraiti yaxşılaşdırılmaqla sosial problemləri həll edilir. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə proqramlarına həmişə dəstək verilmiş, Azərbaycan gənclərinin təşkilatlanaraq ümumi problemlərin həlli naminə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılmışdır. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ölkənin ictimai-mədəni, idman, habelə sosial-iqtisadi həyatında aparıcı rol oynayır. Azərbaycan gəncləri vətənpərvərlikləri, güc və qüdrətləri sayəsində ölkəmizin uğurlu gələcəyini təmin etməyə hazırdırlar. Buna görə Azərbaycanın gələcəyi parlaqdır. Yüksək düşüncə və intellektə sahib olan gənclərimizin hadisələri vaxtında və düzgün dəyərləndirməyi bacarmaları müstəqil Azərbaycan dövləti tərəfindən onlara yaradılan şəraitin, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin müsbət nəticəsidir. Bu uğurlardan biri də 2015-ci ildə ilk dəfə olaraq Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsidir ki, bu da dövlətimizin daxili və xarici siyasətdə qazandığı uğurlardandır.

    Elmar Vəliyev daha sonra demişdir ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin ictimai-siyasi həyatında da öz sözünü deyir. Gənclərlə bağlı ölkədə müxtəlif layihələrin həyata keçirilməsində, Dövlət Proqramlarının yerinə yetirilməsində əllərindən gələni əsirgəmirlər. Bunu Gəncənin timsalında nümunə göstərən Elmar Vəliyev demişdir ki, bu gün Gəncənin yenidən qurulmasında, onun inkişafında gənclərin rolu əvəzsizdir. Elə bir ərazi tapılmaz ki, orada aparılan abadlıq və quruculuq işlərində gənclər nümunə olmasınlar. Bu nümunəni şəhərdə fəaliyyət göstərən ali və orta təhsil müəssisələrində oxuyan tələbələrə də şamil edən Elmar Vəliyev son illər aparılan islahatlar nəticəsində ali və orta ixtisas məktəblərində təhsilin məzmun və keyfiyyətinin tamamilə dəyişdiyini, həmçinin Gəncədə bütün imtahanların test üsulu ilə şəffaf şəkildə keçirildiyini diqqətə çatdırmış və qeyd etmişdir ki, indi sürət əsridir və hər bir təhsil ocağı müasir tələblərlə ayaqlaşmalıdır. Lakin təəssüflər olsun ki, bu inkişafda Gəncə Dövlət Universitetini görə bilmirik. Uzun illər fəaliyyət göstərməsinə baxmayaraq bu ali təhsil müəssisəsnidə yoxlamalar zamanı çoxlu sayda əyintilər aşkarlanmış, maliyyə vəsaitinin xərclənməsində, tələbələrə təqaüd verilməsində, tədrisin keyfiyyətində, eləcə də imtahanların keçirilməsində neqativ hallara rast gəlinmişdir. Universitetin kitabxanasının, idman zallarının, bəzi korpuslarda auditoriyaların təmirsiz olması, lazımi inventarlarla təmintında buraxılan nöqsanlar söz yox ki, burada təhsil alan hər bir tələbədə mənfi rəy yaratmaqla bərabər, onların daha bilikli və savadlı mütəxəssis kimi yetişməsinə mənfi təsir göstərmişdir. Nəticədə universitet rəhbərliyi vəzifədən kənarlaşdırılmışdır. Belə halların digər universitetlərdə də mövcud olduğunu diqqətə çatdıran Elmar Vəliyev yaranmış vəziyyətin təcili aradan qaıdırılması üçün göstəriş və tapşırıqlar vermişdir.

    Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov çıxış edərək keçirilən bu görüşün əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu gün ölkə gənclərinin, xüsusilə respublikamızın ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrin respublikamızın ictimai-siyasi həyatındakı rolu diqqət mərkəzindədir. Bu baxımdan Gəncə şəhər rəhbərliyinin keçirdiyi bu görüş ölkə başçısının gənclər siyasəti ilə bağlı həyata keçirdiyi tədbirlərin əks-sədası kimi dəyərləndirilməlidir. Bu gün aparılacaq müzakirələr yalnız Azərbaycan gəncliyinin inkişafına, tələbə-gənclərin sosial-ictimai həyatda mövqelərinin yüksəldilməsinə müsbət təsir göstərəcəkdir. Bu gün bizi bir neçə sual düşündürməlidir. Ali və orta ixtisas müəssislərində tələbənin həyatı, təhsilin məzmunu və keyfiyyəti real tələbata cavab verirmi? Gələcəyə yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi qənaətbəxşdirmi? Məhz bu gün bizi bu suallar düşündürməlidir. Açığını demək lazımdır ki, Gəncənin təhsil müəssisələrində bir çox problemlər mövcuddur. Bu günkü təhsil sistemimiz inkişaf etmiş Avropa ölkələrinin təhsil sistemindən çox geri qalır. Təhsil müəssisələrimizin maddi-texniki bazası, eləcə də əldə etdiyimiz nəticələr və dünya əmək bazarı səviyyəsində kadr hazırlığı qeyri-qənaətbəxşdir. Bu baxımdan ali məktəblərimiz çox iş görməlidirlər. Bu gün ali məktəblərdə tələbələri narahat edən problemlərdən ən vacibi ödənişli təhsil sisteminin mövcudluğudur.

    Müəllimlərin attestasiyası aparılmalıdır. Ən yüksək səviyyəli, savadlı müəllimlər dərs deməlidirlər. Təəssüflər olsun ki, bina hələ nail olunmamışdır. Ən böyük problemlərdən biri də sosial şəbəkələrdən istifadə olunması ilə bağlı tədrisin zəif olmasıdır. Məhz bunun nəticəsidir ki, bizi istəməyən bəzi qüvvələr bu şəbəkələr vasitəsilə tələbələrimizə daha çox təsir edir, tələbələrimizin bilik səviyyəsinə, onların dünyagörüşünə mənfi təsir göstərirlər.

    Mirdaməd Sadıqov təhsilimizin inkişafı üçün ölkə başçısının göstərdiyi diqqət və qayğıdan danışarkən onu da əlavə etmişdir ki, Gəncədə tələbə şəhərciyinin inşası üçün bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır ki, bu da qeyd olunan sahənin inkişafına göstərilən daha bir qayğının təzahürüdür. Həmin şəhərçikdə tələbə yataqxanaları ilə yanaşı, bütün infrastruktur nəzərdə tutulmuşdur.       

    Görüş  daha sonra açıq mikrofon vasitəsilə davam etdirilmişdir. Tələbə-gənclər təhsil aldıqları universitetlərdən, eləcə də Gəncənin ictimai-siyasi həyatında göstərdikləri fəallıqdan, eləcə də müxtəlif sahələrdə onları narahat edən problemlərdən danışmışlar. Öncə söz Gəncə Dövlət Universitetinin tələbələrinə verilmişdir. Universitetin tələbə-gənclər təşkilatının sədri Nigar Talıbova, Şəbnəm Tapdıqova, Zəhra Əliyeva, Turan Talıbzadə, Nurlana Allahverdiyeva, Solmaz Məmmədova, universitetin dissertantı Elnur Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrindən Aliyə Ramazanova, Elvin Şükürov, Gülnaz İsayeva, Toğrul Süleymanov, Gülnar Bayramova, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən Səlim Səlimov, Lalə Paşayeva, Samir İbrahimov, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tələbələrindən Asya Tağıyeva, Cəfər Əhmədzadə və şəhərdə fəaliyyət göstərən humanitar, tibb, musiqi və texniki kolleclərin tələbələri çıxış edərək təhsil aldıqları ali və orta ixtisas müəssisələrində olan mövcud nöqsan və çatışmazlıqlardan danışmışlar.

    Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxış edərək tələbələr tərəfindən müraciət olunan hər bir arzu və təklif, eləcə də nöqsanlarla bağlı fikirlərini açıqlamış, bu çatışmazlıqların təcili olaraq aradan qldırılması üçün təhsil ocaqlarının rəhbərlərinə tapşırıqlar vermişdir.Görüşdə belə bir tədbirin uzun illər yaddaşlardan silinməyəcəyi barədə fikirlər səsləndirilmişdir.

    Sonda şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev görüşün çox səmərəli keçdiyini qeyd etmiş və tələbələrin qaldırdıqları məsələlərin əksəriyyətinin yerindəcə öz həllini tapdığını diqqətə çatdırmışdır.

    Axırda tələbələr təhsil aldıqları ali və orta ixtisas məktəblərində baş verən neqativ hallarla bağlı fikirlərini anonim qaydada yazaraq salonda qoyulmuş qutulara salmışlar.

Страница 189 из 194« Первая...102030...187188189190191...Последняя »