Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Июн
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 28 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Daha ətraflı »

  • 03Июн
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Gəncədə qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 31-36° isti təşkil edəcəyi gözlənilir. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib отключены

    Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumda iştirak ediblər.

    Dövlət başçıları biznes forumda çıxış ediblər. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи Gəncədə xeyriyyə konserti təşkil olunub отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Oksford məktəbinin Şəmkir filialının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında xeyriyyə məqsədli tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Oksford məktəbinin Şəmkir filialının məsul işçiləri, struktur rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə qonaqlar satış-sərgidə nümayiş olunan əl işlərilə tanış olublar. Burada müxtəlif mövzu və üslübda olan rəsm əsərləri təqdim edilib.

    Tədbirin ikinci hissəsində isə Bakı Oksford Məktəbi Şəmkir filialının kollektivi tərəfindən konsert proqramı təqdim olunub. Konsertdə məktəbin istedadlı müəllim və şagirdərinin ifasında müxtəlif rəqs, şeir və musiqi nömrələri nümayiş olunub. Bunlardan əlavə Azərbaycanın tanınmış şair və yazıçıları, habelə məşhur bəstəkarlarının həyat və fəaliyyətinə nəzər salınıb. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи Millət vəkili Naqif Həmzəyev Şimali Kiprin baş naziri ilə görüşüb отключены

    Şimali Kiprin baş naziri Ersin Tatar millət vəkili Naqif Həmzəyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ersin Tatar baş nazir olaraq ilk dəfə Azərbaycan nümayəndə heyətini qəbul etdiyini və bundan şərəf duyduğunu bildirib.

    Millət vəkili Naqif Həmzəyev baş nazirə xoş arzularını çatdırıb, “Yavru Vatan için hayırlı olsun” deyib. Azərbaycanın keçdiyi tarixi yol və qazandığı uğurlar barədə məlumat verən  millət vəkili baş naziri Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibəti ilə Şimali Kiprdə təşkil edilən tədbirə dəvət edib. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov Gəncəyə yağan güclü yağışın yaratdığı fəsadlarla tanış olub отключены

    Bir neçə gün əvvəl Gəncəyə yağan və dolu ilə müşayət olunan güclü yağış bir sıra fəsadlara yol açıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təbii fəlakətin səbəb olduğu fəsadlarla yerində tanış olub, fəsadların aradan qaldırılması istiqamətində həyata təxirəsalınmaz tədbirlərlə maraqlanıb.

    Şəhər rəhbərinə məlumat verilib ki, 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub.  Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzin, Gəncə “Sukanal” Törəmə Səhimdar Cəmiyyətinin canlı qüvvə və texnikaları vasitəsilə yaranan fəsadların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.

    Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи DİM mayın 19-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrini elan edib отключены

    Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

    DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri, "cavab kartı” və "cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 35423 abituriyentdən 1148 nəfəri imtahanda iştirak etməyib. Abituriyentlərdən 12 nəfəri qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи “İmadəddin Nəsimi- 650 illik DƏYƏR” adlı layihənin hazırlığı uğurla davam edir отключены

    Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “İmadəddin Nəsimi- 650 illik DƏYƏR” adlı layihə həyata keçirilir. 1 aprel tarixində start götürən layihənin hazırlıq mərhələsi uğurla davam edir.

    Mütəfəkkir şairin 2019-cu il ərzində 650 yubileyi ölkə səviyyəsində təntənəli qeyd edilir. İcra olunan layihə isə cənab İlham Əliyevin sərəncamından irəli gələrək Nəsimi irsinin öyrənilməsi, təbliği, dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roll, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkili məqsədi daşıyır.

    Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə layihə çərçivəsində  «İKİ ALƏMDƏ VARIM…» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb. Mənbə olaraq Qəzənfər Paşayevin “Nəsiminin İraq Divanı” kitabından və digər mənbələrdən istifadə olunub. Qısa zaman sonra audio kitab internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи Gəncədə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr edilən yaradıcılıq müsabiqəsi keçirilib отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhət Təhsil İdarəsinin və “Gəncland” Ailəvi İstirahət və Əyləncə Mərkəzinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən yaradıcılıq müsabiqəsi keçirilib. Gəncənin ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif istiqamətlər üzrə öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

    10 may tarixindən start görütən yaradıcılıq müsabiqəsi əl işi, şeir, rəsm, rəqs, şahmat və  futbol üzrə keçirilib. Məktəbdaxili seçim turlarında iştirak edən şagirdlərdən ən yaxşıları müsabiqənin final məhələsinə vəsiqə qazanıblar.

    Yaradıcılıq müsabiqəsinin yekun mərhələsi “Gəncland” Ailəvi  İstirahət və Əyləncə Mərkəzində baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova , Gəncə Şəhər Təhsil İdarəsinin Metodik Mərkəzinin direktoru Söhrab Hacıyev, şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və məktəblilər iştirak ediblər. Daha ətraflı »

  • 31Май
    Xəbərlər Комментарии к записи UEFA Avropa Liqasının final matçı Gəncədə maraqla izlənilib отключены

    UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi Gəncədə böyük maraqla izlənilib. Tamaşaçılar arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da olub.

    Sakinlər Bakı Olimpiya Stadionunda keçirilən final matçını Gəncənin baş meydanında quraşdırılan monitordan izləyə biliblər. Bununla yanaşı futbol çay evləri və kafelərdə də Çelsi-Arsenal oyununun həyəcanı yaşanıb. Tamaşaçılar arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da olub.

    Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan möhtəşəm açılış mərasimi Gəncədə qürurla izlənilib. “Çelsi” ilə “Arsenal”ın qarşı-qarşıya gəldiyi final oyununun həyəcanı isə öz yerində... Daha ətraflı »