12Фев
Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və Türk Hava Yollarının Gəncədəki nümayəndəsi Cabir Peçe də iştirak ediblər.
Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Selahattin İlyas bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan Türk Hava Yolları sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.
Daha ətraflı »
20Дек
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
Daha ətraflı »
30Ноя
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər.
Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik:
Daha ətraflı »
29Окт
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.
Daha ətraflı »
24Сен
YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə yeni üzv seçilən şəhərlərin adları açıqlanıb. 27 ölkədən 55 şəhərin yer aldığı siyahıda qədim elm və mədəniyyət mərkəzi olan Gəncənin də adı var. Yeni üzvlərin adları Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən video-görüş vasitəsi ilə elan olunub. Video-görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də iştirak edib.
YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur.
Daha ətraflı »
12Авг
Pandemiya dövründə birbaşa ünsiyyət imkanlarının məhdud olmasını nəzərə alaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşları onlayn formatda qəbul edib. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, habelə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Onlayn qəbul zamanı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın sağlamlığı, rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
Daha ətraflı »
15Июл
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya atəşlərindən istifadə edərək dövlətimizə qarşı növbəti təcavüz, növbəti təxribat aktı törətmək istəmələrinə baxmayaraq, bunu bacarmadılar. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində erməni silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı.
Ermənistanın əsl niyyəti üzv olduğu hərbi-siyasi təşkilatlar arasında “işğalçı”, “təcavüzçü” adını öz üzərindən götürüb Azərbaycana yapışdırmaqdır ki, hər dəfəsində də apardığı uğursuz siyasət nəticəsində öz adlarına növbəti ləkəni gətirirlər.
Daha ətraflı »
Yeni ismarıclar