Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 26Фев

    Xalq şairi Məmməd Arazın 80 illik yubileyi respublika Prezidentinin sərəncamı ilə yüksək səviyyədə qeyd edilmişdir. Dövrü mətbuat xalq şairi haqqında maraqlı yazılar dərc etmiş, radio və televiziya həyat və yaradıcılığından bəhs edən verilişlər hazırlamışdır. «Kaspi» qəzeti yubiley münasibətilə Məmməd Araza həsr olunmuş müsabiqə elan etmişdir. Nasirlərin, tənqidçilərin, publisistlərin iştirak etdiyi müsabiqənin yekununda «Kaspi» qəzetinin redaksiyası bəyənilmiş 60 müsabiqə yazısını Daha ətraflı »

  • 26Фев

    Artıq şəhərimizin taksi avtomaşınlarının nizamsız düzülüşünə son qoyulur. Hazırda şəhərin müxtəlif ərazisində onlar üçün xüsusi dayanacaqlar müəyyənləşdirilmiş və bunu bildirən lövhələr vurulmuşdur.

     

    1 saylı regional nəqliyyat departamentinin şöbə müdiri Oqtay Məmmədovun sözlərinə görə Gəncədə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradan amillərdən biri də taksi avtomaşınlarının pərakəndə düzülüşüdür. Bu problemi aradan qaldırmaq üçün yol polisi ilə nəqliyyat departamenti birgə olaraq araşdırma aparmış və uyğun yerlərdə taksi dayanacaqları üçün yerlər müəyyənləşdirilmişdir. Hələlik 20-dək yer ayrılmışdır. Gələcəkdə bu dayanacaqların sayının artırılması nəzərdə tutulmuşdur.

  • 26Фев

    Gündən-günə böyüyən şəhərimizdə avtomaşınların da sayı durmadan artır. Sözsüz ki, yollarda hərəkətin tənzimlənməsində, eləcə də piyadaların təhlükəsizliyinin təmin olunmasında yeraltı keçidlərin böyük əhəmiyyəti vardır. Ancaq təəssüflər olsun ki, şəhərimizdə mövcud olan üç keçiddən — yalnız «Gəncə» univermağının qarşısındakı keçiddən rahat şəkildə istifadə olunur.  Artıq şəhərimizdə aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri çərçivəsində yeraltı piyada keçidlərinin də təmirinə başlanılmışdır ki, bu da sakinlərin razılığı ilə qarşılanmışdır. Daha ətraflı »

  • 26Фев

    İmamzadə kompleksində hazırda ziyarətgah, qonaq evi və digər tikililərdə üzlənmə işləri həyata keçirilir. 36 kiçik və 5 böyük günbəzi olan məsciddə nəqqaşlıq və xəttatlıq işləri artıq başa çatıb. Ümumilikdə 4 hissədən- məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan İmamzadə kompleksində tikinti işləri tam yekunlaşıb.

    İş icraçısı Asəm Qasımovun açıqlamasına görə ziyarətgahda işlərin 2014-cü ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Kompleksdə Şahzadə İbrahimin qəbri isə qapalı şəraitdə qorunaraq, ətrafında 28 metr hündürlüyü və 38 metrlik iki minarəyə malik ziyarətgah hissəsi də tikilib. Ziyarətgahın üstündə isə məsçid də inşa edilib. Tikilinin sağ və sol tərəflərində isə minarələr ucaldılıb. Daha ətraflı »

  • 26Фев

    Yeni alınan 4 ədəd “MAZ” markalı manipulyatorlu avtomobil Gəncə Avtomobil Zavodunun istehsalıdır. Bu avtomobillərin məişət tullantılarını daşımaları üçün şəhərin müxtəlif ərazilərinə 500-dən çox zibil qutusu yerləşdirilib. Hazırda şəhərdə 13 ədəd tullantı daşıyan manipulyatorlu avtomobil var. Onlardan 3-ü alman istehsalı olan “MAN”, 6 ədədi Çin istehsalı  olan “CAK” və 4 ədədi isə Gəncə Avtomobil Zavodunun istehsalı olan “MAZ” markalı avtomobildir.

  • 26Фев

    Şəhər üzrə vakansiyalar əsasən səhiyyə müəssisələrini əhatə edir. Vakansiyaların əksəriyyəti səhiyyə idarələrindəki boş yerlərdir və tibb müəssisələri 70-ə yaxın vakant yer təqdim edib.

    Mərkəzin direktoru Abil Tağıyev əlavə edib ki, digər sahələr üzrə isə şəhər Qaz İstismar sahəsi 13, «Gəncə Qənnadı» ASC 3, Su-kanal Törəmə Səhmdar Cəmiyyəti 5, Bitki Mühafizə İnistitutu 5 vakant yer üzrə məlumat verib. Digər vakansiyalardan isə ofsiant və fəhlə işləri üzrə 10 yer verilib.

    İl ərzində mərkəzə təxminən 300-350 boş iş yerləri təklif olunur. Təklif olunan iş yerlərindəki əmək haqları isə 120 manatdan 600 manata qədər dəyişir.

    Artıq Məşğulluq mərkəzi şəhərdəki peşə məktəblərinə müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanması üçün sifarişlər verir. Həmin şagirdlər peşə təhsilini bitirdikdən sonra isə mərkəz tərəfindən işlə təmin edilirlər.

     

    Qeyd edək ki, 2013-cü il ərzində mərkəzə müraciət edən 757 nəfərdən 596-sı işlə təmin edilib.

  • 26Фев

    Gəncədə 10 min abonentin telefon xəttinin optik kabellə əvəzlənməsi prosesi başlayıb. Bu proses bütün şəhəri əhatə edəcəkdir. Telefon danışığında fasilələr, internetin sürətinin zəifləməsi hazırki telefon xətlərinin optik kabellə əvəzlənməsi zərurətini yaradıb. Bütün bu problemləri aradan qaldırılmaq üçün şəhər  telekommunikasiya idarəsi 2014-cü ildə 10 min abonentin telefon xəttini dəyişdirərək optik kabellə əvəzləyəcək. Proses mərhələli şəkildə və əvvəlcədən tərtib edilən qrafik əsasında həyata keçiriləcək. Bunun üçün tam hazırlıq görülüb.

    Qeyd edək ki, Gəncə şəhər Telekommunikasiya İdarəsi 56 min abonentə xidmət göstərir. Həmin abonentlərin 10 mininin mənzilinə bu il optik kabellər çəkiləcək. Yerdə qalan 46 min abonentə isə növbəti illərdə optik kabellərin çəkilməsi nəzərdə tutulur.

  • 26Фев

    Şəhərimizdə sərnişinlərə xidmət edən avtobuslar yeniləri ilə əvəz olunacaq. İlk olaraq 4 saylı marşrut xəttində işləyən avtobuslar dəyişdiriləcəkdir. Həmin avtobuslar şəhərin mərkəzi ilə uzun məsafə qət edirlər. Sözügedən xətdə 20 avtobus var. Hazırda yeni alınacaq avtobusların markaları, «Hyundaı» və «İsuzu» üzərində seçim aparılır.

  • 26Фев

    Kameraların quraşdırılması dərslərin gedişini izləməyə, məktəbdə intizamın və təhlükəsizliyin qorunmasına xidmət edəcəkdir. Həmin kameralar əsasən məktəblərin girişində, dəhlizlərdə, fənn kabinetlərində quraşdırılır.

    Müşahidə kameralarını, həmçinin internet vasitəsilə uzaq məsafədən izləmək də mümkün olacaq. Növbəti dərs ilinədək mərhələ üzrə digər orta məktəblərdə və sanatoriya tipli internat məktəbində müşahidə kameralarının quraşdırılması başa çatacaqdır.

  • 13Дек

    Gəncənin xeyirxahı və quruculuğun böyük himayədarı Prezident İlham Əliyevin 2011-ci il 13 dekabr tarixli qanununa müvafiq olaraq Gəncədə 5 yaşayış məntəqəsinə qəsəbə statusu verilmişdir. Bu yaşayış məntəqələrindən biri olan Sadıllı əhalisinin sayına görə ən böyük qəsəbələrdən sayılır. Qəsəbədə geniş quruculuq işləri aparılmış, ərazi asfaltlaşdırılmış, yeni səkilər salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

    Dekabrın 10-da insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qəsəbə sakinləri ilə səyyar görüş keçirdi. İcra Başçısı səyyar qəbula toplaşanları salamladı və bildirdi ki, vətəndaşların ərizə və şikayətləri ilə tanış olmaqdan ötrü təşkil olunan bu səyyar qəbul onlarla canlı ünsiyyət qurmaq üçün ən yaxşı vasitədir. Daha ətraflı »

Страница 261 из 272« Первая...102030...259260261262263...270...Последняя »