Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Yaxın vaxtlarda gəncəlilər şəhərdə yaradılacaq park-bulvarla fəxr edəcəklər отключены

     

    Gəncə çayı boyunca bir kilometr uzunluğunda salınajaq park-bulvar kompleksində görülən inşaat işlərinin həcmi xeyli genişləndirilmişdir.

    Artıq bu məqsədlə podratçı şirkət tərəfindən sahil boyu betonlama işlərinə başlanılmışdır. İlkin mərhələdə hər iki sahilin etibarlı şəkildə mühafizəsi üçün 50 metrlik bəndlərin, eləcə də çayın hər iki hissəsində 4 metr hündürlüyündə və 1,5 metr enində istinad divarlarının inşasına başlanılmışdır. Gəncə çayının məcrasının yenidən qurulması layihəsinə uyğun olaraq çayda baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə hər yüz metrdən bir keçidlər quraşdırılır. Bütün bu işlər başa çatdırıldıqdan sonra çayın üzərində olan körpülərin təmir edilməsi nəzərdə tutulmuşdur.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Hava limanından şəhərə giriş yolu milli üslubda yenidən qurulacaqdır отключены

     

    Xeyli vaxtdır ki, Gəncə beynəlxalq hava limanından şəhərə giriş yolunun genişləndirilməsi işlərinə başlanılmışdır. Əvvəllər birtərəfli olan yolda 8 metr genişləndirmə işləri aparılmaqla ikitərəfli hərəkət zolağı yaradılmışdır.

    Aran memarlıq üslubunda yenidən qurulacaq küçədə yenidənqurma işləri xüsusi layihə əsasında aparılacaqdır. Qərara alınmışdır ki, küçə boyu qoyulmüş istinad divarları və evlərin üzü qırmızı kərpiçlə hörülsün. Bütün bu işlər  hava limanından şəhərə daxil olan hər bir qonaq üçün maraqlı olmaqla yanaşı, həm də Gəncənin qədimliyini əks etdirəcəkdir. Gələn il başlanacaq üzlənmə işləri üçün lazım olan kərpicin respublikamızın cənub bölgəsindən gətirilməsi nəzərdə tutulmuşdur.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Avtomobil zavodunda istehsal sahələri genişləndirilir отключены

    2007-ci ildə Belarus Respublikasının ”Belaqromaş” və “Dorelektromaş” müəssisələri ilə yaradılmış iş birliyi çərçivəsində Gəncə avtomobil zavodunda indiyədək 4 minə yaxın “Belarus” traktoru, 2 minə yaxın isə “MAZ” avtomobili yığılmışdır. 2010-ju ildə burada “Belarus” traktorlarının bazasında 34 ədəd ekskovator və asfaltkəsən texnika, 86 ədəd müxtəlif təyinatlı kommunal texnika və 50 ədəd müxtəlif kotan və digər kənd təsərrüfatı işlərində istifadə olunan aqreqatlar istehsal olunmuşdur. Qeyd etmək lazımdır ki, 2011-ci ilin aprel ayından Bakıda Gəncə avtomobil zavodu istehsalat birliyinin “Marketinq və servis müəssisəsi” fəaliyyətə başlamışdır ki, bunun da nəticəsində zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı, təmiri və servis xidməti göstərilir.

    Zavoddan verilən məlumata görə 2010-cu ilin mart ayından Almaniyanın “Naller” və Belarusun Minsk avtomobil zavodu ilə bağlanmış müqaviləyə əsasən Gənjə avtomobil zavodunda daha bir istehsalat sahəsi istifadəyə verilmişdir. Burada 700 kvadratmetr sahəsi olan və müasir texnoloji xətt və avadanlıqla təhciz olunmuş yığım sexində “MAZ” avtomobillərinin bazasında “Haller”in kommunal avadanlığı quraşdırılmasına başlanılmışdır.

    İstehsalat sahələrinin genişləndirilməsi nəticəsində hazırda zavodda 700 nəfər işçi çalışır ki, onların da orta aylıq əmək haqqı 400 manata qədərdir.

Страница 272 из 272« Первая...102030...268269270271272