Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 24Апр
    Xəbərlər Комментарии к записи Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışının zona birinciliyinin qalibləri məlum olub отключены

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əhatə etdiyi bölgədə yerləşən şəhər və rayonların məktəbləri arasında “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Əvvəlcə yarış iştirakçıları mərkəzin həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.

    Tədbirdə çıxış edən natiqlər yarışların yeniyetmələrin, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi təhlükəsizliklə bağlı məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin aşılanmasında böyük rol oynadığı bildirib. Daha ətraflı »

  • 24Апр
    Xəbərlər Комментарии к записи Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə “Oxu Günü” keçirilib отключены

    Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, idarənin əməkdaşları, məktəb direktorları, Gəncə şəhər Mərkəzi kitabxanasının əməkdaşları və digər şəxslər iştirak ediblər.

    “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.

    Tədbirdə şəhərin müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub. Daha ətraflı »

  • 24Апр
    Xəbərlər Комментарии к записи Milli-mənəvi dəyərlər UTECA gənclərinin gözü ilə отключены

    Azərbaycan Texnologiya Universitetində “Milli-mənəvi dəyərlərimiz UTECA gənclərinin gözü ilə” başlıqlı seminar keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova da iştirak edib.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov mövzunun aktuallığından danışıb. Bildirib ki, milli mənəvi dəyərlərin təbliği tarixi yaddaşı gücləndirir, milli dövlətçiliyimizin möhkəmləndirilməsindəsusi rol oynayır. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Azərbaycan Texnologiya Universiteti də öz növbəsində bu təbliğata daim önəm verir. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib отключены

    Hörmətli cənab Zelenski, Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи Bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır отключены

    Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

    Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

    Xatırladaq ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat Maliyyə Nazirliyinə (MN) və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək отключены

    İclasın gündəliyinə 19 məsələ daxil edilib.

    Bunlar aşağıdakılardır:

     

    1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında.

    2. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” vəƏmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

    3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

    4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи “YAZ” təcrübə proqramının ilk günü uğurla yekunlaşıb отключены

    Bu günün gəncləri bir neçə dil bilir, müxtəlif kurslara, təlimlərə gedir, müasir informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək baçarığına malikdirlər. Bu, əmək bazarında gənclərin üstün kateqoriya mövqeyindən çıxış etməsinə şərait yaradır. Lakin bir çox gənclərimiz bilik və bacarıqlarından düzgün istifadə edə bilmir, yanlış yol seçirlər. Sonda arzuladıqları nəticəni ala bilmirlər.

    YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “YAZ” təcrübə proqramı gənclərə bu sahədə yardım edir. Təcrübə proqramına qoşulan gənclərin dünyagörüşlərinin, intellektual səviyyələrinin artırılması, müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər aparılır. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи UTECA Avropada təmsil olunub отключены

    Polşada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. 28 ölkədən 56 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və Xarici Əlaqələr Mərkəzinin mütəxəssisi İlahə Qurbanova təmsil edib.

    Təlimlər Polşanın Bialistok Texnologiya Universitetində baş tutub. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir əməkdaşlıq edir. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи Ülviyyə Fətəliyeva Dünya Kubokuna vəsiqə qazanıb отключены

    Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb. Rusiya təmsilçisi Alina Kaşlinskaya 8 xalla turnirin qalibi olub. Onunla eyni xala malik olan fransalı Marie Sebaq ikinci, almaniyalı Elizabet Pets üçüncü yeri tutub. Onlardan cəmi yarım xal geri qalan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva yeddinci pillədə qərarlaşıb.

    Gəncə Şahmat Məktəbinin yetirməsi, Beynəlxalq Qrossmeyster Ülviyyə Fətəliyeva11 oyundan 7.5 xal toplayaraq uğurlu çıxış edib, Dünya Kubokuna vəsiqə qazanıb. Daha ətraflı »

  • 23Апр
    Xəbərlər Комментарии к записи Qoz ləpəsinin qəbulu zehni inkişafı yaxşılaşdırır отключены

    Qədim skiflərdə və romalılarda qoz sevimli qida sayılırdı. Ondan toy ziyafətlərində şirniyyat hazırlanması məqsədilə istifadə edilirdi və yunan qozu nikahın simvolu hesab olunurdu.

    AZƏRTAC mail.ru saytına istinadla xəbər verir ki, qoz ağacının fitonsid keyfiyyətləri var, onun bitdiyi yerə həşəratlar gəlmir, həmin ərazidə güvə və milçək olmur.

    Şərq təbabəti hesab edir ki, qoz beyini, ürəyi və qaraciyəri möhkəmlədir. Qədim tacik təbabətinin traktatlarına əsasən qoz ləpələrinin südlə birgə qəbul edilməsi sağlamlığa müsbət təsir göstərir və orqanizmdən zərərli maddələrin xaric olunması üçün təsirli vasitədir. Onu həzm pozğunluğu zamanı təyin edirdilər. Daha ətraflı »