Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Апр
    Xəbərlər Комментарии к записи Ərzurum Atatürk Universitetinin professorları ADAU-da olublar отключены

    Ərzurum Atatürk Universiteti ilə ADAU arasında elm və tədris sahələrində əlaqələrin daha da möhkəmlənməsi üçün Mövlanə Beynəlxalq proqramı üzrə professor doktor Abdulmecit Albayrak, professor doktor Yasin Bayır və dosent doktor Erol Akpınar Baytarlıq təbabəti və zoomühəndislik fakültəsndə tələbələrə tədqiqat obyekti olan bitkinin botaniki, farmakoqnostiki və farmakoloji aspektlərdə öyrənilməsinə dair mühazirə oxuyub.

    Bu həm də Ərzurum Atatürk Universiteti ilə ADAU arasında elm və tədris sahələrində əlaqələrin daha da möhkəmlənməsinə isiqamətlənib.  Daha ətraflı »

  • 22Апр
    Xəbərlər Комментарии к записи Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Nazir Reza Rəhmani İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

    Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və bütün digər istiqamətlərdə, o cümlədən sənaye və ticarət sahələrində uğurla inkişaf etdiyini vurğuladı. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи Rəfiqə Sadıqovanın yaradıcılıq gecəsi keçiriləcək отключены

    Bu gün saat-15:00-da Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-publisist, istedadlı jurnalist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə xanım Sadıqovanın “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçiriləcək.

    Gecədə geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə xanımın həyat və yaradıcılığından söz açılacaq. Yazıçı-publisistin 2 roman, 2 povest və 5 hekayəsinin yer aldığı, bu yaxınlarda oxucuların ixtiyarına verilən “Gecikmiş etiraf” kitabına nəzər salınacaq. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib отключены

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 18-də Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib.

    Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı və İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən aksiya İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

    Bu il də aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Rusiya paytaxtında təhsil alan digər millətlərdən olan tələbələr qoşulub. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи ADAU-nun rektoru İbrahim Cəfərov və bir qrup müəllim-tələbə Sabirabadda görüş keçirib отключены

    Azərbaycan Dövlət Aqrar Universitenin professor-müəllim heyəti hər il olduğu kimi bu il də təhsil müəssisənin tanıtmaq, yenilikləri, maddi-texniki bazanı insanlara çatdırmaq üçün rayonlara səfər edir, ətraflı məlumatlar verirlər.

    Növbəti səfər isə Sabirabad rayonuna olub. Rayon İcra Hakimiyyətinin dəvəti ilə baş tutan səfərdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.

    Rayon ictimaiyyəti, yuxarı sinif şagirdləri ilə görüş Heydər Əliyev mərkəzində keçirilib. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи GDU-nun baza məktəbində sınaq dərsi keçirilib отключены

    Universitetin baza müəssisəsi olan Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Samirə Zeynalovanın “Milli kinolarımız” mövzusunda sınaq dərsi olub.

    Məktəbin 8-ci sinif şagirdləri üçün keçirilən dərsdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, metodist müəllim Gülnaz Məmmədova, orta məktəbin ingilis dili müəllimi Səadət İsrafilova və təcrübəçi tələbələr iştirak ediblər. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи Aprelin 21-də 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək отключены

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin gün ümumilikdə 22748 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

    DİM aprelin 21-də 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkməəssisələrində yerləşən məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri üçün imtahanlar keçirəcək. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи Aqrar İnkişaf Könüllüləri’ Təşkilatınının Gəncə nümayəndəliyinin silsilə təlimləri davam edir отключены

    Bu dəfə ADAU-nun Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələrinə “Könüllü fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” adlı təlim keçirilib.

    Təlim zamanı könüllülərə Azərbaycan Respublikasında geniş vüsət almış könüllülük hərəkatı haqqında danışılıb. Həmçinin aqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerindəəyyən etmək və həlli yollarını axtarmaq, aqrar sahədə gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi ilə yaradılan Aqrar İnkişaf Könüllüləri Təşkilatının fəaliyyəti barədə məlumat verilib. Daha ətraflı »

  • 19Апр
    Xəbərlər Комментарии к записи Müdafiə Nazirliyi: Ermənistan ordusu atəşkəs rejimi pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »