Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,439
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Апр
    Xəbərlər Комментарии к записи Mənəvi Dəyərlərin Təbliği Fondu Gəncədə yerləşən Uşaq evini ziyarət edib отключены

    Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Gəncədə yerləşən Uşaq evini ziyarət ediblər. Tədbirdə Fondun nümayəndə heyyəti ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəliyi və Uşaq Evinin rəhbərliyi iştirak edib.

    Fondun icraçı direktoru Mehman İsmayılov uşaqları salamlayaraq bildirib ki, onlar cəmiyyətimizin gələcəyi, xalqımızın, dövlətimizin ən qiymətli sərvətidir. Bu gün uşaqların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri də uşaq evlərini ziyarət etməyi özlərinin ən ümdə vəzifələrindən biri hesab edir. Daha ətraflı »

  • 11Апр
    Xəbərlər Комментарии к записи DEBAT TƏHSİL PROQRAMI GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ отключены

    Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  təşkil olunmuş maarifləndirirci tədbirdə tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat verilib.

    Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov  bildirib ki, debat yeni dostlar, fərqli ünsiyyət, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır.

    Debat cəmiyyətdə gedən ictimaisosial proseslərə ətraf mühitə müxtəlif nöqteyinəzərdən baxmağı, biliklərə və ideyalara şübhə ilə yanaşmağı, onların əsasında yeni baxışlar, biliklər yaratmağı, arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir. Debat formal və qeyriformal olaraq iki hissəyə bölünür. Daha ətraflı »

  • 11Апр
    Xəbərlər Комментарии к записи FHN işə qəbulla bağlı müsabiqə elan edir отключены

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur.

    Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu iləəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Daha ətraflı »

  • 11Апр
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Gəncədə səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Daha ətraflı »

  • 11Апр
    Xəbərlər Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Atəşkəs rejimi 21 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 10Апр
    Xəbərlər Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu baş tutub отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi qəbulda sakinlər öz problemlərini dilə gətirib, təkliflərini səsləndiriblər.

    Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması,  fərdi evin təmiri, su və mavi yanacaqla bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini tək-tək dinləyən Niyazi Bayramov, səsləndirilən bir çox problemin dərhal aradan qaldırılmasını tapşırıb. Daha ətraflı »

  • 10Апр
    Xəbərlər Комментарии к записи İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüb отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

    Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.

    Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

    Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Daha ətraflı »

  • 10Апр
    Xəbərlər Комментарии к записи “The Diplomat in Spain” Azərbaycanın on milyonuncu sakinindən yazıb отключены

    “The Diplomat in Spain” jurnalının elektron versiyasında “Qız uşağının doğulması ilə Azərbaycan əhalisinin sayı 10 milyona çatdı” adlı məqalə yayılıb.

    Məqalədə ölkənin paytaxtı Bakıda aprelin 6-da qız uşağının dünyaya gəlməsi ilə Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması qeyd olunur.

    Jurnalda diqqətə çatdırılır ki, Azərbaycanda son illərdə əhalinin daimi artımı müdrik və uzaqgörən lider İlham Əliyev tərəfindən ölkədə iqtisadi inkişafın, sabitliyin möhkəmləndirilməsi və sosial təminatın gücləndirilməsi istiqamətində aparılan böyük işlərin nəticəsidir. Daha ətraflı »

  • 10Апр
    Xəbərlər Комментарии к записи Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib отключены

    Milli Məclisin 9 aprel tarixində keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb.

    Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat verərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.

    V.Gülməmmədov bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülübDaha ətraflı »

  • 10Апр
    Xəbərlər Комментарии к записи UTECA-da Aprel zəfəri qeyd edildi отключены

    Azərbaycan Texnologiya Universitetində “Vətən saatı” adlı tədbir keçirilib. Aprel döyüşlərinə həsr edilən tədbirdə UTECA-nın məzunu, aprel şəhidi Rəşad Niftalıyevin valideynləri – Şakir və Fərqanə Niftalıyevlər də iştirak ediblər.

    Əvvəlcə aprel döyüşlərində vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı il aprelin əvvəllərində törədilən təxribata ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm  əhəmiyyətli yüksəkliklərin geri qaytarılmasından üç il keçir. Daha ətraflı »

Страница 4 из 244« Первая...23456...102030...Последняя »