Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Мар
    Xəbərlər Комментарии к записи Türkiyənin Ege Universitetinin nümayəndə heyəti ADAU-da səfərdə olub отключены

    Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekan müavini Eftal Düzyaman, bitki mühafizəsi kafedrasının müdiri Enver Durmuşoğlu, bitkiçilik kafedrasının müdiri Hakan Geren, Kənd təsərrüfatı maşınları kafedrasının müdiri Erdem Aykas Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

    Səfərin məqsədi universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikili diplom layihələrinin həyata keçirilməsi üçün mövcud şəraitin qiymətləndirilməsi olub. Daha ətraflı »

  • 28Мар
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 28Мар
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə bu gün yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti olacaq. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

    Bildirildi ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи 27 Mart — Azərbaycanda Elm Günüdür отключены

    Martın 27-si Azərbaycanda ilk dəfə olaraq “Elm günü” kimi qeyd edilir.

    Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

    2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи 27 mart — Beynəlxalq Teatr Günüdür отключены

    Hər il martın 27-i Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

    Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

    Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, "tamaşa yeri" mənasını verir. Yunanıstanda qədim zamanlarda şərabçılıq ilahı (yəni allahı) Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи Gəncədə məcburi köçkünlər üçün daha bir qəsəbə inşa ediləcək отключены

    Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələr salınacaq. Yeni mənzillərlə ilk növbədə qəzalı binalarda, yarımçıq tikililərdə, çətin şəraitdə yaşayan ailələr təmin ediləcək. 3700 məcburi köçkün ailəsinin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanan layihə Gəncə, Goranboy və Şəmkiri də əhatə edəcək.

    Belə ki, Gəncədə məcburi köçkünlər üçün salınan 1500 ailəlik qəsəbənin yaxınlığında 1500 ailənin yaşayacağı daha bir qəsəbə inşa ediləcək. Goranboyda da mövcud qəsəbənin yaxınlığında 600 ailəlik yeni yaşayış massivi salınacaq. Şəmkir ərazisində məskunlaşan məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması ilə bu kateqoriyadan olan insanların mənzil-məət problemlərinin həllinə nail olunacaq. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи Təmas xəttində növbəti monitorinq keçiriləcək отключены

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

    Müdafiə Nazirliyindən  verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи Gəncənin Şah Abbas və Uğurlu Xan karvansaraları отключены

    Ulu Nizami yurdu qədim Gəncə tarixi abidələrlə öz gözəlliyini əsrlərdir qoruyub saxlamaqdadır. Tarixə şahid olan bu abidələr sırasında yan-yana yerləşən Şah Abbas və Uğurlu xan karvansaralarının xüsusi yeri var. Gəncənin maddi-mədəni abidələri içərisində Şah Abbas karvansarası hər zaman gözəlliyi ilə seçilib. Onun tikintisinə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanılıb.

    Tarixi faktlar göstərir ki, karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin böyük memarlarından sayılan Şeyx Bəhaəddin Amili başçılıq edib. Daha ətraflı »

  • 27Мар
    Xəbərlər Комментарии к записи Gəncədə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi keçiriləcək отключены

    Mart ayının 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi baş tutacaq. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızın 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək.

    Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq. Daha ətraflı »