Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Мар
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov vətəndaşların müraciətlərinə baxıb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. Belə ki, şəhər sakini Tamella Əmirovanın vətəndaş qəbulunda qaldırdığı məsələnin dərhal və yerində araşdırılması üçün şəhər icra hakimiyyəti başçısının göstərişi ilə komissiya yaradılıb.

    Niyazi Bayramovun rəhbərliyi ilə komissiya üzvləri Nizami rayonu, Atatürk prospekti, ikinci döngə ev 15-də olublar. Daha ətraflı »

  • 18Мар
    Xəbərlər Комментарии к записи Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib отключены

    Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Gəncə şəhər Heydər Əliyev park-komplakesində təşkil olunub. Qonaqları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb, onlara xeyir-dua verib, həmrəylik rəmzi olan odu iştirakçılara təqdim edib və Novruz tonqalı bu odla alovlandırılıb. Yazın müjdəçisi — Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib.

    Daha ətraflı »

  • 18Мар
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb отключены

    Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Daha ətraflı »

  • 18Мар
    Xəbərlər Комментарии к записи Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib отключены

    Martın 17-də hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

    Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

    “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, sualları cavablandırılıb. Daha ətraflı »

  • 18Мар
    Xəbərlər Комментарии к записи Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində icra olunan layihənin yekun konfransı keçirilib отключены

    Gəncədə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin yekun konfransı keçirilib. Layihə Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunub. Daha ətraflı »

  • 18Мар
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 18Мар
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti təşkil edəcək. Daha ətraflı »

  • 17Мар
    Xəbərlər Комментарии к записи Gəncədə Azərbaycan-Türkiyə Xalq Rəqsləri Nümyişi olub отключены

    Novruz bayramı münasibəti ilə Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Bakı Yunus Emre İnstitutunun, TİKA Bakı Proqram Koordinatorluğunun, Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Novruz bayramında Azərbaycan-Türkiyə Xalq Rəqsləri Nümayişi”keçirilib. Nümayişdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Vəfa Abbasova, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, ziyalılar və şəhər ictimaiyyəti iştirak edib. Daha ətraflı »

  • 17Мар
    Xəbərlər Комментарии к записи Məktəblilərin Gəncə ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb отключены

    Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncəəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Kürdəmir, Saatlı, Sabirabad, Zaqatala, Balakən və Qax məktəbliləri Gəncə şəhəri ilə tanış olublar. Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb. Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.

    Daha ətraflı »

  • 17Мар
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov kənd təsərrüfatı yarmarkasına baş çəkib отключены

    Gəncənin Nizami Rayon Şeyx Bahəddin küçəsində və Kəpəz Rayon “Qrand Qafqaz” Ticarət Kompleksində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. 

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yarmarkaya baş çəkib, qiymətlər və məhsulların keyfiyyəti ilə maraqlanıb. Alıcı fəallığı müşahidə olunan yarmarkada sakinlərlə söhbət edən Niyazi Bayramov, onları qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edib, can sağlığı, bol ruzi-bərəkət arzulayb. Qiymətlər və məhsulların keyfiyyətindən razı qalan alıcılar, minnətdarlıq ediblər. Daha ətraflı »