Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 26Фев
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib YENİLƏNİB отключены

    Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə çıxış edib.

     Prezident İlham Əliyevin çıxışı 

    — İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. Daha ətraflı »

  • 26Фев
    Xəbərlər Комментарии к записи Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib отключены

    Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.

    Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Daha ətraflı »

  • 26Фев
    Xəbərlər Комментарии к записи Güllə işığında ölümdən qaçıb qurtulanlar отключены

    27 il əvvəl törədilən faciə ilə bağlı hansı xocalılını danışdırırsan, dodaqları titrəyib, əlləri əsir. O gecə çəkdikləri əzabları unuda bilmir, itirdikləri əzizlərinin nisgili ilə yaşayırlar. Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində ev-eşiklə, işlə təmin olunsalar da, çöhrələrindəki iztirablar çəkilib getmir, kövrəlir, sinələrinə çəkilən çalın-çarpaz dağın ağırlığını dilə gətirərək göz yaşı tökürlər.

    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bir gecədə Xocalı şəhəri yerlə yeksan olundu. Çoxlu sayda insanları xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. Bəziləri diri-diri yandırıldı, başları kəsildi, başlarının dərisi soyuldu, körpə uşaqların gözləri çıxarılmaqla yanaşı, hamilə qadınlar süngüdən keçirildi. Daha ətraflı »

  • 26Фев
    Xəbərlər Комментарии к записи Hər xəstəliyə uyğun bal qəbul etmək olar отключены

    Bal təbiətin bizə bəxş etdiyi saf, təmiz və faydalı maddələrlə zəngin olan qidadır. Balın növü arıların nektar topladığı çiçəklərdən asılı olaraq dəyişir. İnsan orqanizmi üçün həmin balların ayrı-ayrılıqda və özünəməxsus faydası var. Müxtəlif xəstəliklər zamanı həmin balların növlərindən istifadə etmək olar.

    Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Şəkərli diabet xəstələri fruktoza faizi az olan bal, məsələn, qaratikan balı qəbul edə bilər. Daha ətraflı »

  • 26Фев
    Xəbərlər Комментарии к записи XOCALI SOYQIRIMI ANILDI отключены

    Gəncə şəhər İcra Hakimiyyətinin  dəstəyi AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə martın 25- AYB Gəncə Bölməsində Xocalı soyqırımının anım günü keçirildi.

    Tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açdı. O, söylədi ki, öz dəhşəti, müdhişliyi ilə bəşəriyyətə yönəlmiş bu faciə tarixin yaddaşında əbədi olaraq həkk olunub. Xocalı soyqırımı insanlığa, uşaqlara, qadınlara, qocalara qarşı rəhmsizcəsinə verilən ölüm hökmüdür. Bu, elə zülm, elə ölümdür ki, bu vəhşiliyə hansısa adı verməyə çətinlik çəkirsən. Xocalı soyqırımına artıq dünya dövlətləri dəstək verir. Xocalı faciəsinin bəşəri bir faciə olduğu qəbul edilir. Daha ətraflı »

  • 25Фев
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1463-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1463-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: Daha ətraflı »

  • 25Фев
    Xəbərlər Комментарии к записи Tbilisidə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib отключены

    Tbilisidə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

    Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkil etdiyi tədbirdə ölkənin müxtəlif bölgələrindən ruhanilər, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə soyqırımı qurbanlarının, şəhidlərin ruhuna “Qurani-Kərimdən” ayələr və dualar oxunub.

    Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov çıxış edərək Xocalı soyqırımından danışıb. Daha ətraflı »

  • 25Фев
    Xəbərlər Комментарии к записи Xocalı faciəsi qurbanlarının xatirəsi Sidneydə anılıb отключены

    Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın paytaxtı Sidney şəhərində anılıb.

    Sidneydəki Azərbaycan icmasının üzvləri və ölkəmizin Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə parlamentin deputatları, ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.

    Tədbirdə Milli Məclisin deputatları — Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Asim Mollazadə də iştirak edib. Daha ətraflı »

  • 25Фев
    Xəbərlər Комментарии к записи GDU-nun müəllimləri inklüziv təhsil sahəsində bacarıqlarını artırıblar отключены

    Heydər Əliyev Fondunun, UNİSEF və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimçilərin təlimi keçirilib.

    Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında keçirilən təlimlərdə Bakı, Gəncə şəhəri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiş 18 müəllim iştirak edib. Daha ətraflı »

  • 25Фев
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »