Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 23Фев
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov Sivas Bələdiyyəsinin nümayəndələrini qəbul edib отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Sivas Bələdiyyəsinin nümayəndələrini qəbul edib. Görüşdə Sivas Bələdiyyəsinin sədr müavinləri Əbdurrahim Ceyhan, Mahir Kuzucu, Əhməd Özaydın, Sivas Bələdiyyə Məclisinin üzvləri Tacəddin İlkay, Cəfər Çonqar və şöbə müdiri Kamil Aydındağ iştirak ediblər. Görüşdə Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin sədri Yaşar Abdullayev də yer alıb.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq, onları Nizami yurdunda görməkdən məmnun olduğunu dilə gətirib. Daha ətraflı »

  • 23Фев
    Xəbərlər Комментарии к записи «Aqrar ixtisaslaşmış jurnalistlər» layihəsinin iştirfakçıları ADAU-da olub отключены

    "Aqrar ixtisaslaşmış jurnalistlər" layihəsi çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisəsiindən seçilən 35 tələbə Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Layihə iştirakçılarını ADAU-nun müasir təhsil şəraiti, texniki baza, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laborotoriyalar, maşın traktor parkı, istixanalar, vivarium, adlı auditoriyalar, kitabxana və başqa sahələr daha çox maraqlandırıb. Keyfiyyətli aqrar təhsil üçün layihə iştirakçılarında böyük əminlik yaranıb. Daha ətraflı »

  • 22Фев
    Xəbərlər Комментарии к записи Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezident təqaüdü artırıldı отключены

    Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Daha ətraflı »

  • 22Фев
    Xəbərlər Комментарии к записи Prezident: «Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir» отключены

    "BİZ MÜASİR NƏQLİYYAT İNFRASTRUKTURUNA BÖYÜK HƏCMDƏ İNVESTİSİYA YATIRMIŞIQ"

     

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən beşinci toplantısı Prezident İlham Əliyevin verdiyi ciddi mesajlarla yadda qalıb.

    Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerin iştirak etdiyi tədbirdə çıxış edən dövlət başçısı qeyd edib ki, Azərbaycan 2015-ci ildə bu mühüm prosesə start verib və belə bir əməkdaşlıq formatının təşəbbüskarı olub: Daha ətraflı »

  • 22Фев
    Xəbərlər Комментарии к записи Güllələnən kəndlər, şəhid olan Xocalı отключены

    Ağır və keşməkeşli günlər başlamışdı. Qarabağın kəndləri yavaş-yavaş güllə yarası alırdı. Doğrudur, bu yaralar hələlik ölümcül deyildi. Lakin sağalacağına da ümid az idi. 90-cı ilin qanlı şənbə günü baş verən faciələrdən sonra adamlarda olan adi quş tüfənglərini də yığmışdılar. Bir tərəf əlisilahlı, o biri isə əliyalın! Bir tərəf ürəkli, arxasında Qorbaçov dayanıb, o biri tərəfin isə haqq sözünü deməyə ixtiyarı çatmırdı. Desəydi də, fərqi yox idi. Səsi öz evindən, öz küçəsindən, öz kəndindən kənara çıxası deyildi. Daha ətraflı »

  • 22Фев
    Xəbərlər Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Atəşkəs rejimi 22 dəfə pozulub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 21Фев
    Xəbərlər Комментарии к записи İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub.

    Görüşdə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə etdi. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirdi. Daha ətraflı »

  • 21Фев
    Xəbərlər Комментарии к записи ADAU-nun tələbələri “Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinə cəlb olunublar отключены

    Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin açılış mərasimi keçirilib. Layihəyə Aqrar İnkişaf Könüllüləri Hərəkatında təmsil olunan gənclər, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələr və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri cəlb olunublar. Daha ətraflı »

  • 21Фев
    Xəbərlər Комментарии к записи DİM tərəfindən bəzi imtahan günlərində dəyişiklik edilib отключены

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

    DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

    Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da təşkil ediləcək. Daha ətraflı »

  • 21Фев
    Xəbərlər Комментарии к записи Azərbaycan naminə отключены

    Mehriban xanım Əliyeva öz peşəkar fəaliyyəti və məsuliyyətli işi ilə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin dərin sevgisini qazanıb.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük qayğı göstərdiyi müxtəlif sahələrdə mühüm xidmətlərinə görə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.

    Hörmətli Mehriban xanım yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik bir ailədə doğulub və tərbiyə alıb. Valideynləri Mehriban xanımın milli və mədəni şəxsiyyət olaraq formalaşmasında əvəzsiz rol oynayıblar. Təvazökar, sadə və ziyalı bir ailədə tərbiyə almış, həmin mühitdən bəhrələnmiş, sonra isə dünyəvi siyasi bir ailədə — ulu öndər Heydər Əliyev ailəsində siyasətçi kimi püxtələşmişdir. Bütün bunlar Mehriban xanımda vətəninə, millətinə olan sevgi ilə yanaşı, sosial, humanitar sahəyə — musiqiyə, incəsənətə və milli adət-ənənələrə böyük maraq yaradıb. Birinci xanım ehtiyacı olan insanların problemlərinin həllində, onlar üçün normal yaşayışın təmin olunmasında öz köməyini əsirgəməyib. Daha ətraflı »