Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 19Фев
    Xəbərlər Комментарии к записи AYB Gəncə bölməsində İmamverdi Məmmədovun “Məni dünyamdan qoparma” kitabının təqdimatı keçirilmişdir отключены

    Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Turizm İdarəsinin dəstəyi Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı şair İmamverdi Məmmədovun AYB Gəncə bölməsində Məni dünyamdan qoparmaadlı kitabının təqdimat mərasimi keçirilmişdir.

    Tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova açdı. O, İmamverdi Məmmədovun yaradıcılığının məziyyətlərindən danışdı, göstərdi ki, şairin şeirlərində səmimiyyət, məhəbbət, eləobaya vurğunluq əsas yer tutur: Daha ətraflı »

  • 19Фев
    Xəbərlər Комментарии к записи UTECA reytinq cədvəlində Azərbaycan ikincisidir отключены

    Azərbaycan Texnologiya Universiteti (UTECA) ölkəmizin ali təhsil müəssisələrinin reytinq cədvəlində ön sıralardadır. Dünya universitetlərinin reytinq sıralmasının müəyyənləşdirilməsi üzrə ixtisaslaşmış “The Ranking Web” platformasının (Webometrics) son siyahısında UTECA fərqlənmə meyarı (Excellence) üzrə Azərbaycan 2-cisi olub. Əsasən mühəndis və texnoloqlar yetişdirən UTECA bu titul üzrə ölkəmizin 45 universitetini geridə qoyub. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Ölkəmiz hərbi təcavüzün nəticələrini aradan qaldırmaq əzmindədir отключены

    Prezident İlham ƏLİYEV: "Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir”.

    Heç kimə sirr deyil ki, hazırda beynəlxalq münasibətlər sistemində indiyədək görünməmiş acınacaqlı mənzərə müşahidə olunur. XXI əsr bəşər tarixinə çoxsaylı insan tələfatına gətirib çıxaran silahlı münaqişələrlə, aparıcı dövlətlər arasında münasibətlərin gərginləşməsi və beynəlxalq hüququn çat verməsi ilə daxil olmuşdur. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    S.D.Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilsin. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи «Gələcəyə Körpü» GİB Tovuzda seminarlar təşkil edib отключены

    Tovuz rayonundan İB tərəfindən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin seminarları təşkil olunub.

    15-16 fevral 2019-cu il tarixlərində Tovuz rayon Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Gələcəyə Körpü" GİB-in təşkilatçılığı ilə icra edilən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin seminarları baş tutub. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Qaradağlı faciəsindən 27 il ötür отключены

    27 ildir ki, Qaradağlı kəndinin sakinləri Qaradağlısız yaşamağa məcburdur.

    Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsində ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərimizdəndir. Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan bu kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Sabah Milli Məclisdə 27 məsələyə baxılacaq отключены

    Sabah Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçiriləcək.

    İclasın gündəliyinə 27 məsələ daxil edilib.

    Bunlar “Sığorta fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” və.s qanunlara, Cinayət, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Gəncə «İmamzadə» dini kompleksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ehsan süfrəsi açılıb отключены

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə dindarlar üçün ehsan süfrəsi açılıb.

    Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov  bildirib ki,  ehsan süfrəsində qərb bölgəsində yaşayan dindarlar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, yurd-yuvalarından didərgin düşən məcburi köçkün və aztəminatlı ailələr iştirak edib. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Röyal Rüstəmov Avropa birinciliyinə vəsiqə qazanıb отключены

    Gəncə idman məktəbinin yetirməsi samboçu Röyal Rüstəmov Azərbaycan birinciliyində yüksək nəticə göstərərək qitə yarışında iştirak etmək hüququ əldə edib.

    Bakıda reallaşan Respublika birinciliyində yeniyetmələr arasında baş mükafata sahib olan Röyal  65 kq çəki dərəcəsində mübarizə aparıb və keçirdiyi bütün görüşlərdə qalib gəlib. Daha ətraflı »

  • 18Фев
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Məzəm və Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »