Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 12Июл
    Xəbərlər Комментарии к записи Cəbhədə nisbi sakitlik hökm sürür отключены

    Sutka ərzində atəşkəs rejimi ara-sıra pozulub.

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Daha ətraflı »

  • 12Июл
    Xəbərlər Комментарии к записи Gəncə hava günəşli olacaq отключены

    Gəncədə 30-35° dərəcə isti proqnozlaşdırılır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı bildirilir. Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdədir. 

    Görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edildi.

    Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи 2019-cu ilin birinci yarısında ölkə aeroportları 2,4 milyon sərnişinə xidmət göstərib отключены

    Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu 70 minlik sərnişin axını ilə üçüncü olub.

    Bakı – Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur.

    “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub.

    Göstərilən müddət ərzində baza aviadaşıyıcıları — AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşımışdır. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 57 min nəfər çoxdur. Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи Gəncə dünya şərqşünaslarının simpoziumunda təmsil olunub отключены

    Bakıda dünya Şərqşünas alimlərinin “İslam Sivilizasiyası Qafqazda” mövzusunda II Beynəlxalq Simpoziumu keçirilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində keçirilən tədbirdə Türkiyə, Rusiya, Avstraliya, ABŞ, Misir, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Moldova, Bolqarıstan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 100-dən artıq görkəmli alimlər iştirak edirlər.

    Beynəlxalq Simpozium Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи Gəncə Dövlət Universitetinin Doktoranti Monteneqroda Keçirilmiş Beynəlxalq Konfransda Sertifikatla Təltif Edilib отключены

    Gəncə Dövlət Universitetinin Ümumi fizika” kafedrasının müəllimi və doktorantı Aygün Kazımova Monteneqronun Herçenqnovi şəhərində keçirilən “Radiyasiyanın müxtəlif tədqiqat sahələri” adlı 17-ci elmi konfransda iştirak edib.

    Radiyasiyanın müasir problemlərinə həsr edilmiş bu konfransda gənc tədqiqatçı “Kalium, Manqan, Tellur (Selen) kristalının elektron strukturunun tədqiqi və qamma-radiyasiyanın epitaksal filmlərinin optik xüsusiyyətlərinə təsirləri” adlı mövzu üzrə çıxış edib. Təqdim etdiyi mövzu üzzrə elmi işini davam etdirən Aygün Kazımova uğurlu çıxışına görə konfransın sertifikatı ilə təltif olunub. Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub отключены

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanasının açılışı olub отключены

    Gəncədəki peşə məktəbində yeni təlim emalatxanasının açılışı olub. Təlim emalatxanası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsi çərçivəsində qurulub. Layihə Avropa İttifaqının maliyyə dəstəyilə reallaşdırılır.

    Sənaye emalatxanasının açılışından əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident əlaqələndiricisi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müşavif-elçisi Simona Gattini qəbul edib. Görüşdə Gəncədə həyata keçirilən layihə, onun məqsədi vəprespektivlərindən söz açılıb. Bildirilib ki, layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, tələbələrin peşə təhsilinə qəbulu və buradakı iştirakını genişləndirmək, habelə peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdır.

    Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи Gəncədən 6 nəfər medalla təltif olunub отключены

    Gəncədən 6 nəfər “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Medalları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təqdim edib.

    Xan-Xoyski Azad Cəfər oğlu, tarix elmləri doktoru, professor Sadıqov Həsənbala Hənifə oğlu, tarix üzrə fəlsəfə doktoru,dosent Bağırzadə Cavid Vəkil oğlu, fəlsəfə elmləri namizədi Bayramov Azad Mustafa oğlu, filologiya elmləri doktoru, professor Səmədov Abbas Abbas oğlu, zoologiyanın tədrisi metodikası üzrə fəlsəfə doktoru Şıxzamanlı (Əliyeva) Arifə Bahəddin qızı dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.

    Daha ətraflı »

  • 11Июл
    Xəbərlər Комментарии к записи “Partizani” — “Qarabağ” oyununda qapılara qol vurulmayıb отключены

    İyulun 10-da keçirilən UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Partizani” — "Qarabağ” oyununun birinci hissəsi 0-0 hesabı ilə başa çatıb.

    AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 27-ci dəqiqəsində "Qarabağ” hesabı açmağa yaxın olsa da, Filip Ozoviçin vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk edib. Daha ətraflı »