Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Фев
    Xəbərlər Комментарии к записи DİM Gəncədə nəzarətçi müəllimləri imtahan edib отключены

    Dövlət İmtahan Mərkəzi Gəncədə nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirib. Zal nəzarətçilərinin sertifikatlaşdırılmasında əsas məqsəd imtahanların daha şəffaf idarə edilməsi və neqativ halların minumuma endirilməsidir. 

    Sertifikat əldə etmək üçün müraciət edən 200 müəllimdən 140 nəfəri imtahanlarda iştirak edib və 120 nəfəri uğurlu nəticə göstərərək sertifikat əldə etmək üçün növbəti imtahanlarda iştirak hüququ qazanıb. Məntiq və psixaloji test imtahanlarından uğur qazanan nəzarətçilər növbəti turda ASAN xidmət mərkəzində keçiriləcək təlimlərə qatılacaqlar. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Gəncədə daha 50 çoxmənzilli binanın dam örtüyü dəyişdiriləcək отключены

    Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Gəncədə daha 50 çoxmənzilli binanın dam örtüyü dəyişdiriləcək. Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 21 685 830 manat vəsait ayrılıb ki, onun da 247 257 manatı Gəncə şəhərinin payına düşür. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи İsmayıllıda yeraltı təkanlar qeydə alınır отключены

    Fevralın 6-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar əsasən yerli vaxtla saat 04:25-də qeydə alınıb. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub отключены

    Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov:

     "Prezident İlham Əliyevin müəllifi olduğu davamlı islahatlar konsepsiyası Azərbaycanın sosial-iqtisadi yüksəlişinə böyük təkan verəcək, qlobal əhəmiyyətini daha da artıracaq”.

    2018-ci il Azərbaycanda cəmiyyət həyatının bütün sferalarında pozitiv hadisələrlə əlamətdar oldu. Sosial-iqtisadi sahədə baş verən yeni keyfiyyət dəyişiklikləri, prezident seçkiləri, cəbhədə əldə olunan uğurlar, qlobal enerji və nəqliyyat layihələrinin işə düşməsi ölkəmizin yüksəlişinə təkan verdi. Həmçinin Azərbaycanın regionda və dünyada söz sahibi kimi mövqelərini bir qədər də möhkəmləndirdi. Ötən il əldə olunan uğurlar həm də 2019-cu ilin növbəti yüksəliş mərhələsi olması üçün ciddi əsaslar yaradır. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Qərb bölgəsinin ilk radiosu Kəpəz FM 6 yaşını qeyd edib отключены

    Ölkənin Qərb bölgəsində fəaliyyətə başlayan Kəpəz FM radiosunun 6 yaşı tamam olub. Gəncə və ətraf rayonlarda 93.3 tezliyində, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 tezliyində yayımlanan Kəpəz FM 2013-cü il fevralın 5-dən yayıma başlayıb.Radio 4 il ərzində dinləyicilərin geniş rəğbətini qazanıb, müxtəlif janrlarda, hər zövqə, yaş kateqoriyasına uyğun musiqilərlə dinləyici auditoriyasını artırıb.

    “Dinlə, hiss et, arzula!” şüarı ilə fəaliyyət göstərən radio imza atacağı bütün yeniliklər və layihələrlə dinləyiciləri həyatın ritmini hiss etməyə dəvət edir. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Naqif Həmzəyev partiya fəalları ilə görüşüb отключены

    Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları ilə görüşüb.

    Tədbiri giriş sözü ilə açan millət vəkili görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 42 mindən artıq partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatının 252 ərazi ilk partiya təşkilatı partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirir. Partiya fəalları şəhərin ictimai-siyasi və mədəni həyatının bütün sahələrində fəal iştirak edir və köməklərini əsirgəmirlər. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Gəncədə azyaşlılar peyvənd olunur отключены

    Qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Gəncədə azyaşlılar peyvənd olunur.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər üzrə 5 poliklinika, 3 uşaq xəstəxanasında peyvənd otaqları lazımi peraparatlarla təmin edilib.

    Hazırda sahə həkimləri qızılcaya qarşı peyvənd olunmayan uşaqları prosesə cəlb edirlər. Vaksinlə təmin olunmuş xəstəxanalarda uşaqların peyvəndi pulsuz həyata keçirilir. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Region gənclərinin aqrar sahədə fəaliyyətinə təkan verilib отключены

    Prezident İlham Əliyev Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşü zamanı söylədiyi hər bir fikir işlərimizə daha da məsuliyyətlə və peşəkarcasına yanaşmağa sövq edir.

    Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatının çox böyük gələcəyi olacağını vurğulayan ölkə Prezidenti bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola biləcəklərini qeyd etməsi region gənclərini aqrar sahədə iştirak səviyyəsini artıracaq, fəaliyyətini daha da gücləndirəcək.

    Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 06Фев
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində verilən məlumata görə, Gəncədə gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır. Daha ətraflı »