Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Янв
    Xəbərlər Комментарии к записи Tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçib отключены

    Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

    Səhiyyə naziri Oqtay Şirəliyev respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

    Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи ADAU-da doktorantura və dissertanturaya sənəd verən namizədlərlə görüş keçirilib отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fəlsəfə doktoru proqramı, dissertant hazırlığı və elmlər doktoru proqramı üzrə təhsil almaq üçün müraciət edən şəxslərlə görüş keçirilib.

    Görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü,pofessor İbrahim Cəfərov imtahanların və müsahibələrin tam şəffaf və obyektiv keçiriləcəyini bildirib, bu məqsədlə müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradıldığını qeyd edib. Universitetdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən rektor bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи Gəncədə alimlər istehsalat əlaqələrini gücləndirir отключены

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 16 yanvar 2019-cu il tarixində aqrar sektorda böyük iş təcrübəsinə malik Saferoğlu Danışmanlıq MMC-nin mütəxəssisləri ilə görüş keçirilib.

    İnstitutun direktoru dosent Vüqar Bəşirov BM və TB ETİ-da  aparılan elmi-tədqiqat işləri haqqında qonaqları məlumatlandırdı, dünyada və eləcə də ölkəmizdə aqrar sektorun yeni inkişaf trendləri haqda məlumat verib. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи Cəbhədə atəş səsləri səngimək bilmir отключены

    Sutka ərzində atəşkəs rejimi 29 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara, Cəfərli, Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində verilən məlumata görə, Gəncədə səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи ‘Azərişıq’ ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaca отключены

    Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

    Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    O bildirib ki, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin olunub. Daha ətraflı »

  • 16Янв
    Xəbərlər Комментарии к записи İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

    Nikola Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu dedi və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. Daha ətraflı »

  • 16Янв
    Xəbərlər Комментарии к записи Hava şəraiti ilə əlaqədar Azərbaycanda dərslər iki günlük dayandırılıb — RƏSMİ отключены

    Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və bütün tədbirlər iki günlük dayandırılıb. Yəni yanvarın 17-18-də Azərbaycanda dərs olmayacaq.

    Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir: "İstənilən növ tədris tədbirləri — dərs, imtahan, kollokvium dayandırılıb". 

    O qeyd edib ki, istər dövlət, istər özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxildir. Daha ətraflı »

  • 16Янв
    Xəbərlər Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti başçısının vətəndaş qəbulları davam edir отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq vətəndaşlarla görüşür, qəbula yazılan sakinləri dinləyərək, onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verir.

    Hər həftə olduğu ki, bu dəfə də vətəndaşların müraciətlərinə baxılıb, onların şikayət və təklifləri dinlənilib. Qəbula gələn vətəndaşlar işlə tənimat, fərdi yaşayış evinin təmiri, çoxmərtəbəli binaların dam örtüyünün dəyişdirilməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Daha ətraflı »

  • 16Янв
    Xəbərlər Комментарии к записи İran, Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək отключены

    Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

    Səfir qeyd edib ki, İran və Azərbaycan arasında birgə film çəkilişi də nəzərdə tutulur: "Eyni zamanda, İran, Azərbaycan və Türkiyə arasında tanınmış aktyorların iştirakı ilə birgə seriallar çəkiləcək. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılığını verib və müvafiq işlər aparılır".
    İki ölk
    ə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan diplomat bildirib ki, 2018-ci ilin iyun ayında İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edib: Daha ətraflı »