Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Фев
    Sosial Комментарии к записи Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb отключены

    Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədiləƏmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

    1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin; Daha ətraflı »

  • 05Фев
    Sosial Комментарии к записи Energetika nazirinin müavini Gəncədə vətəndaşları qəbul edəcək отключены

    Fevralın 14-də Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (Ünvan: Kəpəz rayonu, Gəncə-Bakı şosesinin kənarı) təşkil olunacaq.

    Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Gəncə şəhəri üzrə isə Agentliyin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, tel: (055) 233-97-99, email: office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Daha ətraflı »

  • 21Янв
    Sosial Комментарии к записи Gəncədə ’20 Yanvar’ faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib отключены

    Gəncədə ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, şəhid ailələrinin yaxınları iştirak ediblər.

    Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itgin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş, üzərində 90 nəfərin adları yazılmış abidə ziyarət olunub, önünə güllər qoyulub.

    Daha sonra şəhər rəhbəri Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Mərasim iştirakçıları şəhid məzarlarını ziyarət ediblər.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. Daha ətraflı »

  • 18Янв
    Sosial Комментарии к записи Vətən yolunda canlarını qurban verənlər heç vaxt yaddan çıxmırlar отключены

     1990- il yanvarın  19-dan  20-  keçən gecə xalqımız daha bir faciəli tarixə şahidlik etdi. Keçmiş SSRİ rəhbərliyinin  Azərbaycana  qarşı  qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımızın iddiasında olan Ermənistanın təcavüzkar siyasətinin açıqaşkar dəstəklənməsinə respublikanın  o zamankı rəhbərlərinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq  ayağa  qalxmış xalq kütlələrinə qarşı Bakıya yeridilən, təpədən dırnağadək silahlandırılan  sovet ordusunun  iri  hərbi birləşmələri heç bir xəbərdarlıq edilmədən dinc əhaliyə qəddarcasına divan tutdu.

    SSRİ    Azərbaycan SSR   Konstitusiyaları  ayaqlar  altına atılmaqla, eyni zamanda BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoyulmamaqla siyasi hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəaları cinayətkarcasına pozulmaqla müdhiş gecədə Bakıda respublikanın digər bölgələrində 147 nəfər əliyalın sakin vəhşicəsinə qətlə yetirildi.  744 nəfər  müxtəlif dərəcədə yara aldı. 841 nəfər qanunsuz olaraq həbs edildi. Külli miqdarda dövlət əmlakı şəxsi əmlak dağıdıldı. 200 ev mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları sıradan çıxdı.

    Daha ətraflı »

  • 16Янв
    Sosial Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildi отключены

    Tomuyev Səməd İsaq oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Səməd Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçsısı aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində çalışıb. 

    Bildirək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini Elnur Rzayev icra edirdi. 

    Ganjanews.az saytı kollektivi adından Səməd Tomuyevi təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik! Daha ətraflı »

  • 16Янв
    Sosial Комментарии к записи Gəncə-Qırmızı körpü dairəvi yolunun istifadəyə veriləcəyi tarix müəyyənləşib отключены

    Gəncə-Qırmızı körpü dairəvi yolu 2021-ci ilin ortalarında istifadəyə veriləcək.

    Bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

    O bildirib ki, hazırda yolun bərpa işləri davam edir.
    S.Məmmədov əlavə edib ki, bərpa işləri 131 kilometrlik sahəni əhatə edir. Daha ətraflı »

  • 15Янв
    Sosial Комментарии к записи Qəhrəmanlıq salnaməsi отключены

    20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən tarixdir. Həmin gün Bakı qırmızı rəngə boyanmışdı, açılan səhər şəhid oğul və qızlarımızın qanından rəng almışdı, xalqımızın azadlıq harayı sovet tanklarının tırtılları altında boğulurdu.

    1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilib. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi.

    Daha ətraflı »

  • 07Янв
    Sosial Комментарии к записи Gəncədə Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin  tapşırıqları əsasında  reabilitasiya və sosial xidmətlər infrastrukturunun müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını vurğulayıb. Bildirib ki, bu ilin noyabr-dekabr aylarında nazirliyin Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakıdakı Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Daha ətraflı »

  • 13Ноя
    Sosial Комментарии к записи Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

    Tədbirdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir. Yeni yaşayış binasından mənzillər alınaraq, həmçinin fərdi yaşayış evləri inşa etdirilərək həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilir. Daha ətraflı »

  • 01Ноя
    Sosial Комментарии к записи Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nazir əvvəlcə ulu öndəHeydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Daha ətraflı »

Səhifə 4 - 6«...23456