Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Янв
    Sosial Комментарии к записи Gəncədə Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin  tapşırıqları əsasında  reabilitasiya və sosial xidmətlər infrastrukturunun müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını vurğulayıb. Bildirib ki, bu ilin noyabr-dekabr aylarında nazirliyin Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakıdakı Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Daha ətraflı »

  • 13Ноя
    Sosial Комментарии к записи Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

    Tədbirdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir. Yeni yaşayış binasından mənzillər alınaraq, həmçinin fərdi yaşayış evləri inşa etdirilərək həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilir. Daha ətraflı »

  • 01Ноя
    Sosial Комментарии к записи Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nazir əvvəlcə ulu öndəHeydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Daha ətraflı »

  • 17Окт
    Sosial Комментарии к записи Jest dili rəsmi olaraq ünsiyyət dili kimi tanınacaq отключены

    Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək.

    Trend-in məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapır.

    Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına daha geniş şərait yaradılmasıdır. İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədi ilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək. Azərbaycan Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdotərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur. Daha ətraflı »

  • 14Окт
    Sosial Комментарии к записи Gəncə şəhərinin prokuroru Baş Prokurorluqda yüksək vəzifəyə təyinat alıb отключены

    Gəncə şəhər prokuroru Fazil Həsənəliyev vəzifəsindən azad olunub.

    “Report”un əldə etdiyi məlumata görə, F.Həsənəliyev Baş Prokurorluqda yüksək vəzifəyə təyinat alıb.

    Belə ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilib. Daha ətraflı »

  • 10Окт
    Sosial Комментарии к записи ANAMA Gəncədə bir ədəd top mərmisini aşkarlayıb отключены

    Oktyabrın 9-da saat 22:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsində yerləşən “Şam marketin” yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Daha ətraflı »

  • 10Окт
    Sosial Комментарии к записи Gəncədə 20 çoxmərtəbəli yaşayış binasının fəsad hissəsi yenilənib отключены

    İqtisadiyyatı inkişaf edən ölkənin vətəndaşlarının yaşam standartları da dəyişir. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, qeyri-neft iqtisadiyyatında baş verən müsbət dəyişikliklər də bu mənada əhalinin həyat tərzinə birbaşa təsir edib. Yeni iqtisadi şəraitə uyğun aparılan islahatlar isə əhalinin gəlirlərinin artmasına, paytaxtla yanaşı bölgələrin də inkişaf etməsinə təsir edir. Belə dinamik inkişaf edən şəhərlərdən biri də özünün qədimliyi, sosial-iqtisadi uğurları ilə seçilən Gəncədir.

    Təkcə ötən il ərzində şəhərdə bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir edilib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib. Şəhər memarlıq idarəsinin hazırladığı xüsusi layihəyə uyğun olaraq 20 çoxmərtəbəli yaşayış binasının fəsad hissəsi yenilənib. Daha ətraflı »

  • 10Окт
    Sosial Комментарии к записи Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür отключены

    Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

    “Report” xəbər verir ki, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

    Beləliklə, ardıcıl 3 gün – noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq. Daha ətraflı »

  • 02Окт
    Sosial Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində çalışan könüllülərə sertifikatlar təqdim olunub отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Könüllü-2” proqramını uğurla başa vuran gənclərlə görüşüb. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Regional “ASAN xidmət” Mərkəzinin direktoru Turqut Mustafazadə, struktur rəhbərləri və KİV nümayəndələri iştirak edib.

    Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətində könüllülük təcrübəsini uğurla başa vuran gəncləri təbrik edib.  O qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub.

    Bu məqsədilə  Gəncə Şəhər İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.  Şəhər rəhbəri bildirib ki, könüllülk fəaliyyəti gənclər üçün uğurlu bir təcrübədir. Daha sonra Niyazi Bayramov  gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər diləyib. Daha ətraflı »

  • 01Окт
    Sosial Комментарии к записи Sabahdan Azərbaycanda minimum pensiya 200 manat olacaq отключены

    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği sabahdan – oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.

    Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

    Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Daha ətraflı »