İbrahim Karaca isə öz növbəsində təmsil etdiyi “Albayrak” Holdinq barədə şəhər rəhbərliyinə ətraflı məlumat verib.
-
06ИюлIqtisadiyyat Комментарии к записи Niyazi Bayramov türkiyəli iş adamı ilə görüşüb отключеныNiyazi Bayramov türkiyəli iş adamına şəhərin iqtisadi potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada Beynəlxalq Hava Limanı, “Gəncə Avtomobil Zavodu” və “Azəraliminium” MMC kimi bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, qədim İpək yolunun üzərində yerləşən şəhər olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Gəncə Qərb bölgəsinin qəlbi və mərkəzi hesab olunur.
İbrahim Karaca isə öz növbəsində təmsil etdiyi “Albayrak” Holdinq barədə şəhər rəhbərliyinə ətraflı məlumat verib. -
05ИюлIqtisadiyyat Комментарии к записи Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti отключены
Azad (xüsusi) iqtisadi zonaların bir sıra xarakterik xüsusiyyətləri vardır. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Belə ki, xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, fiskal güzəştlər tətbiq edilir. Bu güzəştlər vergitutma bazasında, gəlirdən çıxılan xərclərdə, vergi dərəcələrində, vergi azadolmaları və güzəştlərində və digər imtiyazlarda özünü göstərir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə girişi-çıxışı sadələşdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası — Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılmışdır.
-
05ИюнIqtisadiyyat Комментарии к записи Azərbaycanın makroiqtisadi inkişfında dayanıqlıq təmin edilib отключеныQeyd etmək lazımdır ki, dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biri müştəri məmnuniyyətidir. Məlum olduğu kimi, hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir.
-
02ИюнIqtisadiyyat Комментарии к записи “Azəristiliktəchizat” borc bildirişlərini onlayn göndərəcək отключены
“Azəristiliktəchizat” ASC xidməti ilə bağlı məlumatların istehlakçılara proaktiv çatdırılması, borc və digər məlumatlar haqqında bildirişlərin elektron göndərilməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.
“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dir.
-
16МарIqtisadiyyat Комментарии к записи Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Gəncəyə səfər edib отключены
Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Serqey Ştelyuk Gəncəyə səfər edib. Səfər çəriçvəsində o, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə görüşüb. Görüşdə Azərbaycan Ukrayna Biznes Alyansının təsisçisi Tamara Yusifova, Ukrayna Biznes Alyansının sədri Rüfət Hacıyev, habelə Gəncədə fəaliyyət göstərən iri və orta sənaye müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.
Adil Tağıyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Gəncə ölkənin ikinci ən böyük sənaye şəhəridir. O, şəhərin iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Adil Tağıyev Ukrayna və Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu da qeyd edib.
-
13ЯнвIqtisadiyyat Комментарии к записи İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi отключеныMoskvada keçirilən üçtərəfli görüş, imzalanan bəyanat Azərbaycanınmilli maraqlarına cavab verən növbəti hadisə oldu
Ötən ilin ən böyük hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. 28 il idi danışıqlar prosesində destruktiv mövqe tutan, işğal etdiyi torpaqları azad etmək istəməyən Ermənistan güc yolu ilə buna məcbur edildi, cəzalandırılaraq Azərbaycan torpaqlarından qovuldu. Tarixə həm də Vətən müharibəsi kimi həkk olunan bu savaş Prezident İlham Əliyevin əməliyyatların ilk günündən diktə etdiyi şərtlərlə başa çatdı.
-
20ОктIqtisadiyyat Комментарии к записи «Xudafərin» hidroqovşağı elektrik enerjisi istehsal etməyə imkan verəcək отключены
Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb.
Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov deyib.
-
21СенIqtisadiyyat Комментарии к записи Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır отключены
Prezident İlham Əliyev: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Qədimdən neft diyarı kimi tanınan Azərbaycan quruda və kontinental şelfdə neft və qaz kimi təbii sərvətlərə, neftin hasilatı və emalı sahəsində zəngin tarixə malikdir. Müasir mərhələdə respublika iqtisadiyyatının inkişafı Xəzər dənizinin və Abşeron yarımadasının zəngin karbohidrogen ehtiyatlarının uğurla işlənilməsi ilə qırılmaz surətdə bağlıdır. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında neft amili həlledici rol oynayır. Nefdən əldə edilən gəlirlə ölkədə yeni infrastruktur yaradılır, qlobal layihələr reallaşdırılır, qeyri-neft sektoru inkişaf etdirilərək iqtisadiyyat şaxələndirilir.
-
21СенIqtisadiyyat Комментарии к записи İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib отключены
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyevə “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildi.
Bildirildi ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.
-
16СенIqtisadiyyat Комментарии к записи İlham Əliyev: Daxili tələbat nə qədər mümkündürsə, yerli məhsullar hesabına təmin edilməlidir отключены
Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı — təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib.
Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir.
Yeni ismarıclar