Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Апр
    Iqtisadiyyat Комментарии к записи Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

    Ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan Prezident İlham Əliyev dedi:

    -Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən etibarən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər. Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Daha ətraflı »

  • 01Апр
    Iqtisadiyyat Комментарии к записи Elektrik enerjisindən güzəştli istifadə limiti artırılır отключены

    Elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır.

    Bu, Prezident cənab İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb. Daha ətraflı »

  • 31Мар
    Iqtisadiyyat Комментарии к записи Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək отключены

    Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək.

    Bu sözləriAZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O bildirib ki, hazırda dünya iqtisadiyyatı "donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. "McKenzie”nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7 faiz, Avrozonada 9,7 faiz, Çində 2,7 faiz və ABŞ-da 8,4 faiz olacaq: "Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək.

    Bir sözlə, Nassem Talebin "Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələdək heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya XXI əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kuliminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Daha ətraflı »

  • 11Мар
    Iqtisadiyyat Комментарии к записи Gəncədə aqronomluq üzrə təlimlər keçiriləcək отключены

    Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda aqronomluq üzrə təlimlərə start verilib.

    Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, açılış mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri James Şarp bildirib ki, dünya ölkələrinin qlobal qida çatışmazlığı ilə üzləşdiyi bir vaxtda ekoloji kənd təsərrüfatı məhullarının istehsalı son dərəcəcə əhəmiyyətlidir.

    Səfir qeyd edib ki, insan sağlamlığına verilən dəyər ilk növbədə istehsalın düzgün təşkilindən başlayır:

    “Aqrar iqtisadiyyat hər bir ölkənin inkişafının davamlılığının təmin edilməsi üçün son dərəcə vacib istiqamətdir. Son illər Azərbaycanda həyata keçirilən aqrar islahatları miqyasına görə yüksək qiymətləndiririk, bu islahatlar fonunda ekoloji qaydaların qorunması, istehsalda aqronomluq tələblərinə əməl edilməsi zəruridir”. Daha ətraflı »

  • 04Мар
    Iqtisadiyyat Комментарии к записи Gəncə şəhəri Avropa bankı ilə razılaşdı отключены

    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Gəncənin şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlib. Gəncə AYİB-ın Yaşıl Şəhərlər proqramına qoşulur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterinklə görüşüb. Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması məsələsi Bakıda keçirilən görüşün əsas mövzusu olub.

    "Gəncə və AYİB şəhərdə təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəliblər. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır Gəncə şəhəri AYİB-in Yaşıl Şəhərlər dayanıqlıq proqramına qoşulmaq niyyətindədir", — deyə AYİB-dən bildirilib. 

    Məlumatda həmçinin qeyd edilib ki, Gəncə şəhəri  AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdənnAzərbaycanın ikinci böyük şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək. Daha ətraflı »

  • 07Фев
    Iqtisadiyyat Комментарии к записи Azərbaycanda bu il istifadəyə veriləcək yollar açıqlandı отключены

    Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakının və regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarına uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır.

    Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    O bildirib ki, yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir: "Bunun bariz nümunəsidir ki, avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Təbii ki, görüləsi işlər hələ çoxdur. Xüsusən də qəsəbədaxili yolların təmiri prioritet məsələdir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın avtomobil yolları yenidən qurulur, yollarda təmir bərpa işləri davam etdirilir və yol infrastrukturu beynəlxalq standarlara uyğunlaşdırılır. Daha ətraflı »

  • 04Фев
    Iqtisadiyyat Комментарии к записи Niyazi Bayramov Bakıda keçirilən Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına dair konfransda iştirak edib отключены

    Fevralın 3-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi BAYRAMOVUN  çıxışını təqdim edirik:

    -Möhtərəm cənab Prezident.

    Sizin təşəbbüsünüzlə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, şəhərimizlə bağlı imzaladığınız sərəncamlar Gəncə şəhərinin bütün sahələr üzrə davamlı inkişafını təmin edib.

    Şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir. Daha ətraflı »

  • 04Дек
    Iqtisadiyyat Комментарии к записи Bu il dünyada 73 mindən çox bank işçisi ixtisara düşüb отключены

    2019-cu ildə mərkəzi bankların tətbiq etdiyi mənfi faiz dərəcələri və yavaşlayan iqtisadi artım tempi kommersiya banklarını xərclərini azaltmağa məcbur edib.

    Son nəticədə bu il dünyada 73 400 bank işçisi ixtisara düşüb. 

    İxtisarların 86%-i Avropa banklarını əhatə edib. 

    Məlumata görə, qlobal maliyyə böhranından sonra ictimai proqramlardan və artan faiz dərəcələrindən tez bir zamanda istifadə edən ABŞ banklarından fərqli olaraq, Avropadakı bankları hələ də möhkəmlənə bilmirlər. Daha ətraflı »

  • 02Дек
    Iqtisadiyyat Комментарии к записи İlham Əliyev TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak edib отключены

    Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafət verilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

    Bununla da Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb. Daha ətraflı »

  • 02Сен
    Iqtisadiyyat Комментарии к записи Sentyabrın 1-dən Azərbaycanda 1 milyon 350 min insanın əməkhaqqı artırılıb отключены

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

    lumata görə, beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

    Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla  950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. Daha ətraflı »

Səhifə 2 - 3123