Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Мар
    Iqtisadiyyat Комментарии к записи Gəncə şəhəri Avropa bankı ilə razılaşdı отключены

    Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Gəncənin şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlib. Gəncə AYİB-ın Yaşıl Şəhərlər proqramına qoşulur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterinklə görüşüb. Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması məsələsi Bakıda keçirilən görüşün əsas mövzusu olub.

    "Gəncə və AYİB şəhərdə təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəliblər. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır Gəncə şəhəri AYİB-in Yaşıl Şəhərlər dayanıqlıq proqramına qoşulmaq niyyətindədir", — deyə AYİB-dən bildirilib. 

    Məlumatda həmçinin qeyd edilib ki, Gəncə şəhəri  AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdənnAzərbaycanın ikinci böyük şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək. Daha ətraflı »

  • 07Фев
    Iqtisadiyyat Комментарии к записи Azərbaycanda bu il istifadəyə veriləcək yollar açıqlandı отключены

    Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakının və regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarına uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır.

    Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    O bildirib ki, yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir: "Bunun bariz nümunəsidir ki, avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Təbii ki, görüləsi işlər hələ çoxdur. Xüsusən də qəsəbədaxili yolların təmiri prioritet məsələdir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın avtomobil yolları yenidən qurulur, yollarda təmir bərpa işləri davam etdirilir və yol infrastrukturu beynəlxalq standarlara uyğunlaşdırılır. Daha ətraflı »

  • 04Фев
    Iqtisadiyyat Комментарии к записи Niyazi Bayramov Bakıda keçirilən Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına dair konfransda iştirak edib отключены

    Fevralın 3-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi BAYRAMOVUN  çıxışını təqdim edirik:

    -Möhtərəm cənab Prezident.

    Sizin təşəbbüsünüzlə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, şəhərimizlə bağlı imzaladığınız sərəncamlar Gəncə şəhərinin bütün sahələr üzrə davamlı inkişafını təmin edib.

    Şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir. Daha ətraflı »

  • 04Дек
    Iqtisadiyyat Комментарии к записи Bu il dünyada 73 mindən çox bank işçisi ixtisara düşüb отключены

    2019-cu ildə mərkəzi bankların tətbiq etdiyi mənfi faiz dərəcələri və yavaşlayan iqtisadi artım tempi kommersiya banklarını xərclərini azaltmağa məcbur edib.

    Son nəticədə bu il dünyada 73 400 bank işçisi ixtisara düşüb. 

    İxtisarların 86%-i Avropa banklarını əhatə edib. 

    Məlumata görə, qlobal maliyyə böhranından sonra ictimai proqramlardan və artan faiz dərəcələrindən tez bir zamanda istifadə edən ABŞ banklarından fərqli olaraq, Avropadakı bankları hələ də möhkəmlənə bilmirlər. Daha ətraflı »

  • 02Дек
    Iqtisadiyyat Комментарии к записи İlham Əliyev TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak edib отключены

    Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafət verilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

    Bununla da Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb. Daha ətraflı »

  • 02Сен
    Iqtisadiyyat Комментарии к записи Sentyabrın 1-dən Azərbaycanda 1 milyon 350 min insanın əməkhaqqı artırılıb отключены

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

    lumata görə, beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

    Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla  950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. Daha ətraflı »

  • 25Июл
    Iqtisadiyyat Комментарии к записи Gəncə Avtomobil Zavodundan daha bir yenilik отключены

    Gəncə avtomobil zavodu İstehsalat Birliyi dünən daha bir yeniliyə imza atıb. Müəssisə Finlandiyanın məşhur Sampo firması ilə əməkdaşlıq memorandumu imzalayıb.

    Sənədə əsasən iki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servizin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, digər məsələlərdə əməkdaşlıq edəcəklər. Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın məşhur Sampo firmasından gəlib. Memarandiumun imzalanma mərasimində gələcəkdə əməkdaşlıq planları müzakirə olunub. Memorandum Sampo şirkəti adından region üzrə satış və marketinq direktoru Sami Seppala və Gəncə Avtomobil Zavodu İB-i adından direktor müavini Elşən Məmmədov tərəfindən imzalanmışdır. Daha ətraflı »

  • 17Июл
    Iqtisadiyyat Комментарии к записи Gəncə Avtomobil Zavodu ixrac imkanlarını araşdırır отключены

    "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi qonşu Türkiyə, Rusiya və Gürcüstana, eləcə də Orta Asiya ölkələrinə ixrac imkanlarını araşdırır.

    Bu barədə “Report”a zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib. 

    "Hazırda həmin ölkələrdə məhsullarımızı reklam edirik və beynəlxalq sərgilərdə iştirak edirik. Bununla da potensial alıcıları məhsullarımızla tanış edirik", — deyə o, qeyd edib. Daha ətraflı »