Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,329
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Апр
    Siyasət Комментарии к записи DİN-dən maska və əlcək cəriməsi ilə bağlı — Açıqlama отключены

    Azərbaycanda koronavirus pandemiyası ilə bağlı zərurət olmadan evdən çıxmağın qadağan olunmasından sonra ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşların tibbi maska və əlcəkdən istifadə edib-etməməsi məsələsi olub. 

    Virusun ölkəmizdə yayıldığı ilk günlərdə və hazırda da maska qıtlığının yaşanması müşahidə olunur. TƏBİB rəsmiləri bir neçə dəfə tibbi maska və əlcəyin vətəndaşları virusdan qorumadığını, bu vasitələrdən yalnız virusa yoluxmuş şəxslər və tibb heyətinin istifadə etməli olduğunu qeyd ediblər. Daha ətraflı »

  • 04Апр
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 02Апр
    Siyasət Комментарии к записи Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb отключены

    Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

    AZƏRTAC-ın məlumatına görə, bəyanatda deyilir: "Ermənistan dövlətinin təcavüzkar siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. Daha ətraflı »

  • 01Апр
    Siyasət Комментарии к записи Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik отключены

    Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə bağlı paylaşım edib. Paylaşımda deyilir:

    "Əziz həmvətənlərim! Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi. Daha ətraflı »

  • 01Апр
    Siyasət Комментарии к записи Rusiyadakı azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyənləşdi отключены

    Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlanıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter səhifəsində məlumat verilib.

    “COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən “Samur” – “Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, — deyə XİN-in məlumatında qeyd olunub. Daha ətraflı »

  • 01Апр
    Siyasət Комментарии к записи Müşviq Cəfərov: Gəncədə xüsusi karantin rejiminin tələbləri nəzarətdədir отключены

    Gəncə şəhər ərazisində olan bütün qurumların koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyri-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsinə operativ qərargah birbaşa nəzarət edir.

    Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu pandemiya ilə bağlı maarifləndirmə tədbirlərinə rəhbərlik edərək şəhər sakinləri ilə görüşüb və onlara özünütəcrid tədbirlərinə uyğun davranmaları mövzusunda tovsiyyələr verib. Daha ətraflı »

  • 31Мар
    Siyasət Комментарии к записи Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm отключены

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

    AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.

    Tarixboyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Daha ətraflı »

  • 31Мар
    Siyasət Комментарии к записи 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür отключены

    Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına «Böyük Ermənistan» xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

    Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.

    Daha ətraflı »

  • 31Мар
    Siyasət Комментарии к записи İspaniyada koronavirusa yoluxanlar arasında Azərbaycan vətəndaşı yoxdur отключены

    Bildiyimiz kimi İspaniya COVID-19 virusundan dünyasını dəyişənlərin sayına görə 3-cü yerdədir. Buna səbəb isə fövqəladə rejimin gec elan edilməsidir. Bu günə qədər statistikaya görə 85.000-dən çox yoluxma və 7600-dən çox ölüm halı qeydə alınıb. 16.780 nəfər isə xəstəlikdən sağalaraq evinə göndərilib.

    Bu sözləriAZƏRTAC-a Diaspora iş üzrə Dövlət Komitəsinin İspaniya Krallığındakı Koordinasiya Şurasının əlaqələndiricisi, Sevilyada yaşayan Yaqut Novruzova deyib. Yaqut Novruzova bildirib ki, yoluxanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Yaranan kritik vəziyyətdə İspaniyada yaşayan azərbaycanlılar böyük həmrəylik göstərir, sıx kontaktdadırlar və bir- birlərindən mənəvi dəstəyi əsirgəmirlər. Daha ətraflı »

  • 17Мар
    Siyasət Комментарии к записи İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib.

    Ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident İlham Əliyev dedi:

    — Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

    Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır. Pensiya təminatı ilə bağlı görülmüş işlər, xüsusilə bu il yanvarın 1-dən görülmüş işlər haqqında məlumat verin. Daha ətraflı »

Səhifə 10 - 22«...89101112...20...»