Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Май
    Siyasət Комментарии к записи Müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin banisi отключены

    Ümummilli Liderin ideyaları ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar strategiyasının əsasını təşkil edir.

    Hər bir dövlətin, xalqın taleyində həlledici məqamlarda məsuliyyəti üzərinə götürərək xalqının, millətinin gələcəyini müəyyən etmiş, dövlətini bəlalardan qorumuş böyük şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlər öz xalqını zamanın ən sərt sınaqlarından uğurla çıxararaq milli dövlətçilik, azadlıq və müstəqillik ideallarını gerçəkləşdirmiş, xalqının xilaskarına çevrilmişlər. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə, misilsiz xidmətlərə imza atmış böyük öndər şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevdir.

    Daha ətraflı »

  • 10Май
    Siyasət Комментарии к записи Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür отключены

    Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

    Daha ətraflı »

  • 05Май
    Siyasət Комментарии к записи İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib отключены

    Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunub. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
    Zirvə görüşünün iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
    -Hörmətli Zirvə görüşünün iştirakçıları. Mən sizi səmimiyyətlə salamlayıram. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiyaya — koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunmuşdur.

    Daha ətraflı »

  • 30Апр
    Siyasət Комментарии к записи Prezidentə minnətdarlıq: İnanırıq ki, bu çətinliklər arxada qalacaq və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq отключены

    Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

    Daha ətraflı »

  • 29Апр
    Siyasət Комментарии к записи «İlham Əliyev. İnkişaf — məqsədimizdir» çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb отключены

    Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 97-ci kitabındakı materiallar 2019-cu ilin oktyabr-noyabr aylarını əhatə edir.

    Ötən il noyabrın 14-15-də Bakıda Dünya Dini Liderlərinin II Sammiti keçirilib. Prezident İlham Əliyev Sammitin açılış mərasimində geniş nitq söyləyib. Beynəlxalq təşkilatların və dünya dini liderlərinin Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə fikir söylədiyini xatırladan, bu yüksək qiymətin reallığı əks etdirdiyini bildirən dövlətimizin başçısı deyib: “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir.

    Daha ətraflı »

  • 25Апр
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev 3042 məcburi köçkün ailəsi üçün yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub отключены

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub.
    AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriRövşən Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək dedi:
    -Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir.

    Daha ətraflı »

  • 24Апр
    Siyasət Комментарии к записи Pərvin Kərimzadə: «Bir daha dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığının şahidi olduq» отключены

    Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
    Millət vəkili qeyd edib ki, planetimizə qara bulud kimi çökən koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş ölkələrində hər gün minlərlə can aldığından,minlərlə insanın sağlamlığını təhdid etdiyindən mətbuat, Kütləvi İnformasiya Vasitələri, sosial şəbəkələr vasitəsi ilə hər gün yeni məlumat əldə edirik. ABŞ, Almaniya, Fransa, Çin, İspaniya, İran kimi dövlətlərlə müqayisə etdikdə ölkəmizdə fəsadlarının çox aşağı səviyyədə olduğunu da müşahidə edirik. Hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısı almağı bacaran dövlət Başçımız var.

    Daha ətraflı »

  • 23Апр
    Siyasət Комментарии к записи Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib отключены

    Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Söhbət zamanı Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlət başçıları Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşdırıldığını bildirərək, bunun həm ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladılar.

    Daha ətraflı »

  • 19Апр
    Siyasət Комментарии к записи Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır отключены

    Koronavirus pandemiyası dövründə Azərbaycanda
    həyata keçirilən sosial dəstək tədbirləri
    nümunəvi xarakter daşıyır

     Hazırda dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta ən çox inkişaf etmiş ölkələr belə bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

    Daha ətraflı »

  • 19Апр
    Siyasət Комментарии к записи Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib отключены
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva «facebook” səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
    AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
    «Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
    Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir.

    Daha ətraflı »