Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 15Окт
    Siyasət Комментарии к записи Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

    Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulandı.

    Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. Söhbət zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Daha ətraflı »

  • 15Окт
    Siyasət Комментарии к записи Azərbaycan Ordusunda “NATO günləri” başlayıb отключены

    Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.

    Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, “N” nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq hərbi Əməkdaşlıq İdarəsini ziyarət edəcək.

    Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr və təqdimatlar təqdim olunacaq. Daha ətraflı »

  • 15Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 14Окт
    Siyasət Комментарии к записи İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib отключены

    Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi.

    Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.

    İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı. Daha ətraflı »

  • 14Окт
    Siyasət Комментарии к записи Birinci vitse-prezident Mehriban Əliyeva: Böyük alim Vasim Məmmədəliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq отключены

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

    “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi. Daha ətraflı »

  • 14Окт
    Siyasət Комментарии к записи Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb отключены

    Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib.

    Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir.

    Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir.

    Mərkəzi ofisin açılışından sonra azərbaycanlı iş adamları ilə görüş keçirilib. Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən söz açıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. Daha ətraflı »

  • 14Окт
    Siyasət Комментарии к записи Türkiyə prezidenti Azərbaycana səfər edəcək отключены

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

    “Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.

    Qeyd olunub ki, Türkiyə lideri 14 oktyabrda Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək.

    Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

    Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

    Sammit zamanı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı veriləcək. Daha ətraflı »

  • 14Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb. Daha ətraflı »

  • 10Окт
    Siyasət Комментарии к записи İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib отключены

    Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib.

    Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

    -Sizi yenidən görməyimə şadam.

    Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov dedi:

    -Buraya gələndə elə bil, öz evimizə gəlirik.

    Prezident İlham Əliyev: Düzdür, belə də olmalıdır. Buyurun, əyləşin. Mən sizi görməyimə çox şadam. Siz bizə çox əlamətdar vaxtda gəlmisiniz. Mənim də Rusiyaya səfərim yenicə başa çatıb. Tezliklə də MDB sammiti başlayacaq.

    Leonid Kalaşnikov: İlham Heydər oğlu, Sizin səfəriniz Rusiyada çox böyük effekt doğurdu. Sizə açığını deyim ki, çox səmimi görüş oldu. Bütün bunlar göstərildi. Daha ətraflı »