Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 08Окт
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

    Qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:

    -Sizi mühüm hadisə — Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti ərəfəsində yenidən görməyimə şadam. Bu, mühüm hadisəyə hazırlığın son ştrixlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz çox fəal hazırlaşırıq. Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq.

    Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Daha ətraflı »

  • 08Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 04Окт
    Siyasət Комментарии к записи İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib отключены

    Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

    Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu dedilər.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

    Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Daha ətraflı »

  • 04Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Berd rayonunun Çinari kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Tovuz rayonunun Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu, Gədəbəy rayonunun Göyəli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 03Окт
    Siyasət Комментарии к записи İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşıladılar. Daha ətraflı »

  • 03Окт
    Siyasət Комментарии к записи Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 02Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 01Окт
    Siyasət Комментарии к записи İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

    -Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu yaxınlarda səfirin etimadnaməsini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında öz fikirlərimi bölüşdüm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüşdür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Daha ətraflı »

  • 01Окт
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »