Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Сен
    Siyasət Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 17Сен
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırdı.

    Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.

    Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edildi, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Daha ətraflı »

  • 17Сен
    Siyasət Комментарии к записи Nuru paşa — Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan отключены

    101 il öncə bu gün — sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevrilməsində misilsiz tarixi rol oynadı.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Facebook” sosial şəbəkəsində paylaşdığı statusda yer alıb.

    Əli Həsənov yazır: "O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Daha ətraflı »

  • 17Сен
    Siyasət Комментарии к записи Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb отключены

    “Müstəqil Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı, siyasi və iqtisadi baxımdan sabit ölkə və etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində ölkəmiz istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Bunun nəticəsidir ki, inkişaf etmiş dünya dövlətləri düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri yaradırlar”.

    Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

    N.Həmzəyev bildirib ki, son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. Daha ətraflı »

  • 16Сен
    Siyasət Комментарии к записи İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.

    Səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçdi.

    Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

    Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd etdi. Daha ətraflı »

  • 16Сен
    Siyasət Комментарии к записи Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 13Сен
    Siyasət Комментарии к записи İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.

    Söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olundu.

    Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulandı.

    Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edildi, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunuldu. Daha ətraflı »

  • 13Сен
    Siyasət Комментарии к записи Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb отключены

    Dağlıq Qarabağın azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

    Bəyanatda Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirdiyi və bir sıra “tədbirlər”də iştirak etdikləri bildirilib.

    "Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir. Daha ətraflı »

  • 13Сен
    Siyasət Комментарии к записи Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb. Daha ətraflı »

  • 12Сен
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirildi.

    Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirildi, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğu vurğulandı. Eyni zamanda, Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq, Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirildi. Daha ətraflı »

Səhifə 30 - 33«...1020...2829303132...»