Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Сен
    Siyasət Комментарии к записи Azərbaycan Milli Məclisi Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Almaniyaya səfər edəcək отключены

    Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 8-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

    Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

    Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Almaniya parlamentində olacaq, Bundestaqın plenar iclasları keçirilən binada deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar. Daha ətraflı »

  • 09Сен
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Nəmirli, Şuraabad, Qaraqaşlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb. Daha ətraflı »

  • 06Сен
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 05Сен
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 03Сен
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: Daha ətraflı »

  • 03Сен
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 02Сен
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Daha ətraflı »

  • 02Сен
    Siyasət Комментарии к записи Türkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklər отключены

    Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazisinə 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

    Qeyd edək ki, iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. Daha ətraflı »

  • 28Авг
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1666-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1666-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: Daha ətraflı »

  • 26Авг
    Siyasət Комментарии к записи İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

    Dövlətimizin başçısı Yusif bin Əhməd Əl-Osayminin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirdi və Azərbaycanla əməkdaşlığa verdiyi önəmə görə ona təşəkkürünü bildirdi.

    İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvü olduğunu vurğulayan qonaq ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd etdi. Daha ətraflı »

Страница 7 из 9« Первая...56789