Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 26Авг
    Siyasət Комментарии к записи Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb отключены

    Müasir müstəqil Azərbaycanın inkişafında, sosial məsələlərin həllində yaxından iştirak etmək, mərhəmət, əxlaqi ideyalara sadiqlik, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək…Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verir.

    Mehriban Əliyeva on beş ildir Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması da Heydər Əliyev Fonunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Daha ətraflı »

  • 26Авг
    Siyasət Комментарии к записи Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür отключены

    Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

    1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

    1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Daha ətraflı »

  • 01Авг
    Siyasət Комментарии к записи Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır отключены

    Prezident İlham Əliyev qarşıdakı dövr üçün yeni hədəfləri bəyan etdi.

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

    -İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.

    İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır. Daha ətraflı »

  • 30Июл
    Siyasət Комментарии к записи Müstəqil siyasət, etibarlı tərəfdaş отключены

    İlham Əliyevin xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir

     İqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan dünya birliyinin fəal aktorlarından birinə çevrilib. Yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən böyük nüfuza malik olan ölkəmiz hər keçən gün beynəlxalq birlikdəki yerini möhkəmləndirir.

    Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevirib. Azərbaycanın daha da qüdrətlənməsi üçün böyük əzmlə çalışan cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Azərbaycanla sıx münasibətlər qurmaq istəyən ölkələrin sayının ildən-ilə artması da deyilənlərin təsdiqidir.

    Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəldilir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Daha ətraflı »

  • 30Июл
    Siyasət Комментарии к записи Azərbaycan Prezidenti Mərakeş Kralına məktub göndərib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, məktubda deyilir:

    “Əlahəzrət,

    Əziz Qardaşım,

    Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Daha ətraflı »

  • 30Июл
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 19 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 26Июл
    Siyasət Комментарии к записи Yeni uğurlara doğru… отключены

    Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla Azərbaycan bu il də "ən islahatçı ölkə” statusunu qoruyub saxlaya biləcək

     Azərbaycan Dünya Bankının "Doing Business 2020” hesabatında "Biznesə başlama” meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 2019-cu ilin hesabatına görə, bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.

    Hazırda "Doing Business 2019” hesabatında Azərbaycan "Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. "Doing Business 2019” hesabatında Azərbaycan üçün "Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşdirilib. İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanda biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirildiyini bir daha təsdiqləyir. Daha ətraflı »

  • 25Июл
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olundu, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirildi, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirildi və ölkəmizin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulandı.

    Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirildi, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olundu. Daha ətraflı »

  • 23Июл
    Siyasət Комментарии к записи İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Çinə son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı münasibətlərimizin gələcək inkişafı ilə bağlı səmərəli danışıqların aparıldığını qeyd etdi və bu səfər zamanı 10 mühüm sənədin imzalanmasının və Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu dedi. Prezident İlham Əliyev bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsini əməkdaşlığımızın iqtisadi, nəqliyyat sahələrində yaxşı perspektivlərə malik olmasının göstəricisi kimi dəyərləndirdi. Daha ətraflı »

  • 22Июл
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

Страница 8 из 9« Первая...56789