Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Июл
    Siyasət Комментарии к записи Türkiyə Böyük Millət Məclisi Azərbaycana dəstək verdi отключены

    Türkiyə Böyük Millət Məclisi son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində hücum cəhdləri ilə bağlı açıqlama yayıb. Açıqlama Türkiyə parlamentində təmsil olunan dörd siyasi təşkilat – hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiya tərəfindən qəbul olunub.

    Daha ətraflı »

  • 17Июл
    Siyasət Комментарии к записи Tovuz döyüşləri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davami kimi отключены

    Məlum olduğu kimi son günlərdə Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində Ermənistanla dövlət sərhədddində erməni təcavüzkarlarının növbəti təxribatı nəticəsində ağır döyüşlər gedir. Tovuz rayonuna Ermənistanın hücumu əslində yeni növ koronavirus pandemiyasının yaşandığı bir dövrdə daxili siyasəti dəyişdirmək üçün düşünülmüş təxribatdır.
    Ermənistan koronavirus pandemiyası ilə əlaqədar həm Rusiyadan, həm də Qərbdən gözlədiyi tibbi yardımı ala bilmədiyi üçün Azərbaycana hücum etməklə bir tərəfdən ölkə daxilində narazılığı aradan qaldırmaq, digər tərəfdən də bu təxribatını maddi dəstəyə çevirmək məqsədini güdür: Ermənistanın iqtisadiyyatı olduqca pis vəziyyətdədir.

    Daha ətraflı »

  • 17Июл
    Siyasət Комментарии к записи Pərvin Kərimzadə: Milli birliyimiz istənilən təxribatın qarşısını almaq iqtidarındadır отключены

    Tarix boyu erməni şovinistləri qüvvələrin havadarlığı ilə Azərbaycan xalqına qarşı məkrli addımlar atıb, qırğınlar, soyqırımlar həyata keçiriblər. Ermənistan silahlı qüvvələri illərdir beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçdi.
    Faşizm siyasəti yürüdən “qonşu”larımız Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində dinc əhalinin amansız şəkildə kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlıları tarixi torpaqlarından didərgin saldılar.

    Daha ətraflı »

  • 16Июл
    Siyasət Комментарии к записи Azərbaycan Ordusu Ermənistanın Tovuz istiqamətində törətdiyi növbəti təxribata layiqli cavab verdi отключены
    5a0dd1dde66d11466ef882839df79c1d

    Məlum olduğu kimi son günlərdə Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində Ermənistanla dövlət sərhədddində erməni təcavüzkarlarının növbəti təxribatı nəticəsində ağır döyüşlər gedirdi. Hazırda isə cəbhə xəttində nisbi sakitlik hökm sürsə də, ümumi vəziyyət gərgin olaraq qalır.

    İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirildi və o, itki verərək geri oturduruldu. Döyüş nəticəsində Azərbaycan Ordusu da şəhid verdi. Qızğın döyüşlər növbəti günlərdə də davam etdi.

    Daha ətraflı »

  • 16Июл
    Siyasət Комментарии к записи İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib отключены

    İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda nitq söyləyib.

    Prezident İlham Əliyevin nitqi

    — Hər il olduğu kimi, biz bu il də plan üzrə altı ayın sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bu ənənə öz bəhrəsini verir. Çünki bu toplantılarda həm görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir. Təbii ki, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar verilir, tədbirlər planı təsdiq olunur. Ancaq həyat yerində durmur.

    Daha ətraflı »

  • 15Июл
    Siyasət Комментарии к записи Azərbaycan — BMT əlaqələri yeni müstəvidə отключены

    XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilməsini tarixi hadisə kimi xarakterizə edilməlidir.
    1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçildi. Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir.

    Daha ətraflı »

  • 15Июл
    Siyasət Комментарии к записи Türkiyənin Müdafiə naziri: “Azərbaycanlı qardaşlarımıza dəstəyimizi davam etdirəcəyik” отключены

    “Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağı, azərbaycanlı qardaşlarımıza dəstəyi davam etdirəcəyik”.
    Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
    “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna gerçəkləşdirdiyi hücumu qətiyyətlə pisləyirik. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm”, – nazir vurğulayıb.

    Daha ətraflı »

  • 14Июл
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb отключены

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının (QH) sədri İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilib. Bu təşəbbüs həm QH ölkələri, həm də BMT-yə üzv digər dövlətlər tərəfindən dəstəklənib.
    130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib. Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır.

    Daha ətraflı »

  • 14Июл
    Siyasət Комментарии к записи Hikmət Hacıyev: Ermənistanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə belə, ziddir отключены

    Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkilatları münaqişəyə qoşmağa və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır.
    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Lenta.ru-ya açıqlamasında deyib. “Azərbaycan Prezidentinin köməkçisi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində təxribat xarakterli əməllər törətdiklərini və atəşkəs rejimini kobud şəkildə pozduğunu vurğuladı.

    Daha ətraflı »

  • 14Июл
    Siyasət Комментарии к записи İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib отключены

    İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
    Dövlətimizin başçısı iclasda çıxış edib.
    Prezident İlham Əliyevin çıxışı
    -Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur.

    Daha ətraflı »

Səhifə 9 - 29«...7891011...20...»