Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,186
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 24Фев
    Cəmiyyət Комментарии к записи Gəncədə iməcilik aksiyası keçirilib отключены

    Gəncə şəhər Heydər Əliyev və Nizami prospektlərində, habelə Hava Limanına gedən yolun kənarlarında iməcilik aksiyası keçirilib. İməcilikdə Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat işçiləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivi yaxından iştirak ediblər.

    Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kollaəkilib, 15 min kvadrat metr əraziyə isə qazon səpilib.

    Bununla yanaşı ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Həmçinin, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb. Daha ətraflı »

  • 24Фев
    Cəmiyyət Комментарии к записи YAP Gəncə şəhər təşkilatının könüllüsü təltif olunub отключены

    “Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi uğurla inkişaf edir”. Bu fikirləri YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvü, partiyanın könüllüsü Pərvin Abbasova deyib.

    Pərvin Abbasova bildirib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Onun fikrincə, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.

    “Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Mən də iki ildir ki, YAP-ın könüllülərindənəm. Bu çərçivədə bir sıra təlimlərdə, “Yay məktəbləri”ndə və digər tədbirlərdə iştirak etmişəm. Daha ətraflı »

  • 20Фев
    Cəmiyyət Комментарии к записи Gəncənin Baş planının layihəsi hazırlanıb отключены

    Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir. Əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının Komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək.

    Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərin iştirakı ilə bu həftə komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub. Daha ətraflı »

  • 20Фев
    Cəmiyyət Комментарии к записи Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov fevralın 20-də Gəncədə vətəndaşların qəbulunu həyata keçirib.

    Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

    Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

    Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Goranboyda Mingəçevir, Naftalan, Xocalı  və Goranboy şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Daha ətraflı »

  • 20Фев
    Cəmiyyət Комментарии к записи Ana dilimiz mənəvi varlığımızdır отключены

    Bir millətin yer kürəsində var oluş səbəbi həmin xalqın mənsub olduğu ana dilidir. Millətin millətlər müvazinəsində təmsil olunması, özünəməxsus imzasının olması birbaşa ana dilinin mövcudluğundan aslıdır. Bu mənada hər bir xalqın dili mənsub olduğu millətin həyatı ilə birbaşa bağlıdır. Və yaxud hər hansı bir dilin inkişaf səviyyəsini aid olduğu xalqın inkişafı ilə ölçürlər. Ana dili xalqın yaddaşıdır, sirdaşıdır keçmişidir. Xalqın tarixində baş vermiş ictimai, siyasi ədəbi hadisələr həmin xalqın ana dilinə hoparaq ölməzlik ünvanı qazanır. Dil elə bir ideoloji silahdır ki, o olmadan dövlət, millət var ola bilər. Təsadüfi deyildir ki, tarixin bütün mərhələlərində qurulan hər bir dövlətin ilk qərarı öz ana dillərini dövlət dili elan etmələri olmuşdur. Məhz bu baxımdan yanaşdıqda dilin xalqın həyatında dərəcədə əhəmiyyətli olduğunu görürük. Görkəmli ədəbiyyatşünas alim Firidun bəy Köçərli böyük rus pedaqoqu K.D.Uşinskiyə istinad edərək hər bir xalqın dilini onun varlığını, milli müstəqilliyini təmin edən əsas başlıca amil hesab edirdi. “Bir millətin malını, dövlətini hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar ondan bir nişan qalmaz”. Daha ətraflı »

  • 20Фев
    Cəmiyyət Комментарии к записи 100 yaşın mübarək, “Gəncənin səsi”! отключены

    Milli mətbuatımızın ən uzunömürlü mətbu orqanlarından biri, "Gəncənin səsi" qəzetinin 100 yaşı tamam olur. Milli maarifçiliyin, ziyalılığın, qələmlə ifadə olunan yaradıcı əməyin 1 əsrlik şərəfli tarixini layiqincə daşıyan qocaman qəzetin Azərbaycan mətbuatının tarixində mühüm rolu böyük xidmətləri olub. Çoxəsrlik tarixi ənənələrə malik olan qədim şəhərin adını daşıyanGəncənin səsieyni zamanda yerli mətbuatın istiqamətləndirilməsi missiyasını üzərinə götürərək, dahi Nizami yurdunun inkişafının, yüksəlişinin, tərəqqisinin ictimai, iqtisadi mədəni həyatının ən fəal tərənnümçüsü, güzgüsü olub. Özünəməxsus üslub yaradıcılıq xüsusiyyətləri olan qəzetin zəngin arxivi bu gün bizə qədim şəhərin 100 illik tarixinə aid bilgiləri çatdırır.

     “Gəncənin səsiqəzetinin taleyi adını daşıdığı şəhərin taleyinə bənzəyib. 1920-ci ilin may ayının 5-Qırmızı Gəncəadı ilə ilk dəfə işıq üzü görən qəzetin adı 100 il ərzində 7 dəfə dəyişdirilib. Daha sonra qəzetZərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti” (Gəncə vilayət mərkəzi olduğu zaman qəzet qısa bir müddətdə bu adla çıxıb), “Kirovabad kommunisti ən nəhayət, 1990- il yanvarın 1-dən etibarənGəncənin səsiadı ilə oxuculara təqdim olunub. Daha ətraflı »

  • 19Фев
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib отключены

    Artıq ənənə halına çevrilən görüşlərdə vətəndaşlar rahat şəkildə öz problemlərini dilə gətirir, onların aradan qaldırması istiqamətində tapşırıqlar verilir. Bu görüşlərin Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirildiyini bildirən Niyazi Bayramov, əsas məqsədin sakinlərin problemlərini öyrənmək və onları həll etməkdən ibarət olduğunu vurğulayıb.

    Şəhər rəhbəri çıxışında Gəncədə həyata keçirilən  abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması, yolların təmir işlərinin aparılması barədə məlumat verib. Həmçinin, Niyazi Bayramov gələcək illərdə binaların qarşısında nümunəvi məhəllələrin yaradılacağından da söz açıb.

    “Açıq mikrofon” şəraitində keçirilən görüşdə şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

  • 19Фев
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə 8-12° isti olacağı bildirilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti olacağı bildirilir. Daha ətraflı »

  • 18Фев
    Cəmiyyət Комментарии к записи Gəncədə ‘Xocalı tarixin qan yaddaşı’ adlı tədbir keçirilib отключены

    Gəncədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hər il baş tutan “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində faciənin 28-ci il dönümü ilə əlaqədar “Xocalı Tarixin Qan Yaddaşı” adlı tədbir keçirilib. “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə YAP Gəncə şəhər təşkilatıının qərargahında reallaşan tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir Qarabağ müharibəsində bir ailənin faciəsini özündə əks etdirən 10 dəqiqədən ibarət qısametrajlı “Məriz” filmi nümayişi ilə davam edib.

    Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, YAP Gəncə şəhər təşkilatıının sədri, millət vəkili Naqif Həmzəyev, “Məriz” filmin ssenari müəllifi, quruluşçu rejissoru, baş prodüsseri və montajçısı Elvin Abdullayev, Tural Nurməmmədov, Ülkər Əbülfət, Məhəbbət Paşayev, Əsəd Fərəcov və başqaları çıxış edərək, Xocalı faciəsindən, erməni vandalları tərəfindən əliyalın əhalinin başına gətirilən müsibətlərdən söz açıblar. Daha ətraflı »

  • 18Фев
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncdə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindəverilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı bildirilir. Daha ətraflı »

Страница 1 из 1812345...10...Последняя »