Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Pomidor zəhərli maddələri orqanizmdən təmizləyir отключены

    Pomidor ən çox istifadə edilən tərəvəzlərdən biridir. Onun yetişdirilməsinin çox maraqlı tarixi var. İlk dəfə sarı rəngli pomidor yabanı halda Boliviya və Peruda tapılıb. Sonra isə onu bəzək bitkisi kimi Meksikada yetişdiriblər. Bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı, bənövşəyi, hətta digər rənglərdə də pomidor yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. İlk pomidorların sarı olduğu ehtimal edilir və buna görə də ona Pomo d’Oro — "qızıl alma" adı verilib. Peruda isə onu "tomatl" -"böyük giləmeyvə" adlandırırdılar. Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra gəmilərlə Avropaya gətirilib.

    AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, pomidor 1500-cü illərin ortalarına qədər zəhərli bitki sayılıb. Sonralar onun zəhərsiz olduğu aşkar edilərək yeyilməyə başlanılıb. Onu əsasən qızardaraq və ya qaynadaraq yeyirdilər. Pomidorun çiy şəkildə istifadə edilməsi bir aşpazın salatlarda istifadəsindən sonra başlanılıb. Daha ətraflı »

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar, Berd rayonunun Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены

    Gəncədə hava günəşli olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-38° isti olacağı deyilir. Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи ADAU II Beynəlxalq yay məktəbi davam edir отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub.

    Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb, diskusiyalar aparıb, tələbələrin verdiyi sualları cavablandırıb. Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə Ombudsman və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə növbəti regional dinləmə baş tutub отключены

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu ilə birlikdə Gəncə şəhərində 11 iyul — Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans təşkil edib. Konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Millət vəkili İlham Məmmədovm və başqaları iştirak ediblər

    Öncə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi və Muzeyi ilə tanış olublar.

    Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. O vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı bölgələri də əhatə edir. Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub отключены

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены

    Gəncədə hava günəşli olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq.  Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı deyilir. Daha ətraflı »

  • 16Июл
    Cəmiyyət Комментарии к записи Gəncənin YAP fəalları Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünü qeyd ediblər отключены

    YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “N” saylı hərbi hissədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

    Tədbir unudulmaz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himni səsləndirilib.

    YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bu günkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. Naqif Həmzəyev 1969-cu ilin iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyduğu kimi Azərbaycan Ordusunun da formalaşmasında müstəsna rolununun danılmaz olduğunun xüsusi ilə vurğulayıb. Daha ətraflı »

  • 16Июл
    Cəmiyyət Комментарии к записи GRQM İB Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində gənclərlə görüş keçirib отключены

    ncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin tədbirləri davam edir. Layihə çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkillərinin iştirakı ilə gənclərlə görüş keçirilib.

    Görüşdə layihə rəhbəri Məleykə Əlizadə layihə haqqında məlumat verib, onun aktuallığından və vəkillərin iştirakı ilə keçirilən müzakirələrin vacibliyindən danışıb, zorakılığa qarşı mübarizədə ictimai vəkillərə ehtiyac duyulduğunu bildirib. Görüşdə Gəncə şəhər 1 saylı Vəkillər bürosunun müdiri Camal Əliyev iştirakçılara Vəkillik İnstitutunda aprılan islahatlardan, əhalinin az təminatlı hissəsinə pulsuz hüquqi yardım göstərilməsi barədə məlumat vermib, gəncləri maraqlandıran sualları cavablandırıb. Daha ətraflı »

  • 16Июл
    Xəbərlər, Cəmiyyət Комментарии к записи Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələri xatırlanıb отключены

    “2016-cı il iyul ayının 15-də Türkiyə növbəti dəfə dövlət çevrilişi astanasında oldu. Xalqın iqtidarla birliyi bir qrup xain hərbiçinin dövlət çevrilişinə cəhdinə imkan vermədi. Bu mübarizədə 251 nəfər türk vətəndaşı şəhid oldu, 1500-ə yaxın insan yaralandı”. Bu fikirlər Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar tədbirdə səsləndirilib.

    Konsul Zəki Öztürk dövlət çevrilişinə cəhdin demokratiyaya və Türkiyə dövlətinə qarşı xaincəsinə cinayət olduğunu diqqətə çatdırıb. Diplomat Türkiyənin bu çətin vəziyyətə düşməsinə baxmayaraq, xalqın birliyi və səyi nəticəsində dövlət çevrilişinə cəhdin qarşısının alındığını, cinayətin təşkilatçılarının müəyyən olunaraq həbs edildiyini, bəzilərini isə ölkədən qaçdığını vurğulayıb. Daha ətraflı »

Страница 11 из 11« Первая...7891011