Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,312
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Июл
    Cəmiyyət Комментарии к записи Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı Gəncənin veteranlarına sovqat yardımı edib отключены

    Gəncənin Kəpəz rayon ərazisində yaşayan, Böyük Vətən Müharibəsi veteranları olan Qurban Məmmədov və Mütəllim Osmanova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun şəxsi təşəbbüsü ilə ərzaq yardımı edilib.

    Yardım aksiyası Azərbaycan Respuplikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Təşkilatın Gənclərin Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov, Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın, habelə Təşkilatın

    Daha ətraflı »

  • 09Июл
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı bildirilir.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edib отключены

    İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
    Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.
    Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi fəal gəncləri təltif edib отключены

    Respublikamızda keçirilən onlayn layihələrdə və tədbirlərdə fəal iştirak edən, həmçinin Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən onlayn qaydada təşkil olunmuş bir sıra tədbirlərdə könüllü fəaliyyət göstərən və xüsusi vətənpərvərlik nümunəsi göstərən gənclər təltif olunublar.
    “Məlum olduğu kimi, Azərbaycanda eni növ koronavirus infeksiyasının (COVİD-19) geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbiq olunan xüsusi karantin rejimi davam edir.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи Deputat Naqif Həmzəyev seçiciləri onlayn qəbul edib отключены

    Milli Məclisin deputatı Naqif Həmzəyev ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olmasına baxmayaraq seçicilərini diqqətdən kənarda qoymur. Seçicilərlə daim ünsiyyət qurmaq üçün yaradılan Hamzayev.az adlı internet portalı vasitəsi ilə millət vəkili onlayn şəkildə onlarla görüşlər keçirir, hər bir müraciət və təklifə həssaslıqla yanaşır.
    Millət vəkilinin seçicilərlə növbəti görüşü də onlayn şəkildə həyata keçirilib.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb отключены

    Yoluxmanın 55,1 %-i Bakının payına düşür.
    Sonrakı yerlərdə 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan qərarlaşıb. Bu dəfə Naxçıvan Muxtar Respublikasında yeni yoluxma faktı qeydə alınmayıb.
    Ölkə xaricindən gələn şəxslərin isə 1,3 faizi virusa yoluxub.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə dezinfeksiya işləri durmadan davam edir отключены

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir отключены

    2020-ci ilin əvvəlindən dünya koronavirus COVID-19 adlı virusla savaşır. Lakin təəssüf ki, hələ də yer kürəsi bu təhlükədən birdəfəlik qurtulmağa nail olmayıb. Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan vaxtdan etibarən infeksiyaya qarşı Azərbaycanda da ciddi tədbirlər görülməyə başlandı.
    COVID-19 virusunun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkə başçısının tapşırığı ilə ölkəmizdə zəruri qabaqlayıcı effektiv tədbirlər həyata keçirildi. Azərbaycanda pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar insanların sağlamlığının qorunması və kütləvi yoluxma hallarının qarşısını almaq üçündür.

    Daha ətraflı »

  • 08Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə “COVİD-19”-a qarşı görülən təbirlər müzakirə edilib отключены

    Gəncə Şəhər İcra Hakimiyyətnin başçısı Niyazi Bayramov növbəti dəfə videokonfrans keçirib. Koronavirusa Qarşı Mübarizə Qərargahı üzvlərinin və inzibati ərazi dairə nümayəndələrinin iştirak etdiyi videokonfransda koronavirus pandemiyası ilə əlaqədar Gəncədəki mövcud vəziyyət müzakirə olunub.
    Niyazi Bayramov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Gəncə də daxil olmaqla ölkənin bir neçə şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tədbiq olunur. Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir.

    Daha ətraflı »

  • 06Июл
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev üç yerli telekanala müsahibə verdi отключены

    Bu gün Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV), İctimai Televiziyaya (İTV) və “Xəzər” Televiziyasına müsahibə verib.
    Müsahibə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılış zamanı baş tutub.

    Daha ətraflı »

Səhifə 12 - 60«...1011121314...203040...»