Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,172
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 29Май
    Cəmiyyət Комментарии к записи Gəncə konulluləri «Bir-birimizi qoruyaq» aksiyasında fəal iştirak edirlər отключены

    Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində Gəncə könüllüləri də fəaliyyətə başlayıblar. Kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılmasıdır.

    Daha ətraflı »

  • 29Май
    Cəmiyyət Комментарии к записи Gəncədə havanın əsasən yağmursuz keçəcəyi bildirilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 32-37° isti olacağı ehtimal edilir.

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət, Siyasət Комментарии к записи Tarixin ən qüdrətli Azərbaycanı отключены

    image description

    Prezident İlham ƏLİYEV: «Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”

    Bu gün müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ili tamam olur. 1918-ci il may ayının 28-də cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev 28 May — Respublika Günü ilə bağlı paylaşım edib отключены

    Azərbaycan Prezidenti İlham Əliyev «Facebook» sosial şəbəkəsində 28 May — Respublika Günü münasibətilə paylaşım edib.
    Paylaşımda deyilir:
    «Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq».

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Azərbaycan Xalq Cümhuriyyətinin yaranması отключены

    Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. 

    Heydər Əliyev
    Ümummilli lider


    Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Mehriban Əliyeva xalqımızı Respublika Günü münasibətilə təbrik etdi отключены

    Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» səhifəsində Azərbaycan xalqını 28 May — Respublika Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: «Bütün Azərbaycan xalqını 28 May — Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!»

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Gəncə İdman Klubu Respublika günü münasibətilə xalqımızı təbrik edir отключены

    Hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur.
    1918-ci ilin həmin günü Azərbaycanda demokratik respublika — Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir.

    Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür отключены

    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.
    1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Pərvin Kərimzadə: Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir отключены

    Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda – XX əsrin əvvəllərində istiqlaliyyətinə qovuşub.
    Bunu, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

    Daha ətraflı »

  • 28Май
    Cəmiyyət Комментарии к записи Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə izləri отключены

    Hadisələrin xronoloji ardıcıllığı… Adətən tarixə belə tərif verirlər. Amma hər şey xronologiya kimi quru və statik rəqəm ardıcıllığı deyil. Bəzən o rəqəmlərdən birinin altında o qədər böyük hadisələr cəmləşir ki, həmin rəqəm tarixin xronologiyasından çıxıb, bütöv bir tarixə çevrilir. 1918-ci ilin 28 mayı kimi.
    Azərbaycanın müstəqil dövlət olaraq elan edilməsi, Dünya xəritəsində dövlətlər sırasında adının hallanması, Şərqin ilk demokratik Respublikasının olmasını xarakterizə edir bu tarix. Sözün əsl mənasında tarix içində tarixdir 28 may.

    Daha ətraflı »

Səhifə 14 - 50«...1213141516...203040...»