Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,934
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Azərbaycanda koronavirusa daha 24 nəfər yoluxdu, 1 nəfər isə vəfat etdi — RƏSMİ отключены

    Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

    Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Bu gündən Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu отключены

    Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlumatıında deyirlir: Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

    Fərdi evlərdən və mənzillərdən insanların çıxışı — təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
    Qeyd olunanlarla
    əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncə Dövlət Universiteti KMDF-ya ianə edib отключены

    Ölkəmizdə koronavirusla mübarizədə Gəncə Dövlət Universiteti də fəal iştirak edir. Belə ki, Dövlət Başçısının 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu” na 29 mart 2020-ci il tarixdə universitetin büdcə hesabından 30 (otuz) min manat vəsait köçürülmüşdür.

    Həmçinin universitetin rektoru Yusif Yusibov bir aylıq əmək haqqını, 10 nəfər fakültə dekanları, prorektorlar, baş müşavir bir aylıq əmək haqqının 50 faizini, botanika  kafedrasının müdiri Vaqif Novruzov ailə büdcəsindən 1000(min) azn vəsaiti bu fondun hesabına köçürmüşlər. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncə şəhər Kəpəz rayonu ərazisində intensiv dezinfeksiya işləri davam etdirilir отключены

    Dezinfeksiay işləri Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər Dezinfeksiya Stansiyası və Gəncə Şəhər Mənzil Kommunal İstehsalat Birliyinin əməkdaşları ilə birgə həyata keçirilir.

    Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə səhər saatlarından başlayaraq Kəpəz rayonunun müxtəlif ərazilərində dezinfeksiya işlərinə başlanılıb. Gündəlik dezinfeksiya işləri rayonun Natəvan qəsəbəsi ərazisində də həyata keçirilib. Burada həyət evlərinin qarşısı, səkilər, dayanacaqlar, bir sözlə əhalinin sıx hərəkət etdiyi ərazilər xüusis məhlulla dezinfeksiya olunub.  Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb отключены

    Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilib.

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

    Gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edir.

    Əfsuslar olsun görülən bu tədbirlərə baxmayaraq bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq fəaliyyətlərini davam etdirməyə çalışırlar. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Sosial izolyasiya və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir отключены

    BŞBPİ: Sosial izolyasiya və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir 

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir: " Xüsusi karantin rejimi çərçivəsində polis DQ-nin hərbi qulluqçuları ilə birgə xidmət aparır. 

    Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar". Daha ətraflı »

  • 30Мар
    Cəmiyyət Комментарии к записи Gəncədə karantin rejimini pozan gənclərə xəbərdarlıq edilib отключены

    DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. Bu dəfə polis karantin rejimini pozaraq futbol oynayan gənclərə xəbərdarlıq edib.

    BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək 10 nəfərdən artıq qrup şəklində futbol oynayan yeniyetmə və gəncləri aşkarlayıb. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Daha ətraflı »

  • 17Мар
    Cəmiyyət Комментарии к записи Bu gün xalqımız Torpaq çərşənbəsini qeyd edir отключены

    Bu gün Azərbaycanda Novruz çəənbələrinin sonuncusu – Torpaq çəənbəsidir.

    Bu çəənbə xalq arasında “ilaxır çəənbə” kimi də tanınır. Digər çəənbələrdən fərqli olaraq, xalq axırıncı çəənbəni xüsusi təntənə ilə qeyd edir.

    İlaxır çəənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çəənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çəənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Daha ətraflı »

  • 16Мар
    Cəmiyyət Комментарии к записи «Azəriqaz» bir sıra ərazilərdə xidmətləri məhdudlaşdıracaq отключены

    Martın 15-dən 20-dək bölgələrdə yerləşən "ASAN xidmət" mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək.

    Məlum olduğu kimi koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 20-dək məhdudlaşdırılır.

    “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun “Report”a verdiyi məlumata görə, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Daha ətraflı »

  • 11Мар
    Cəmiyyət Комментарии к записи İlham Əliyev: Gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir отключены

    Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir.

    Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, — misal üçün, könüllülər hərəkatı çərçivəsində, — vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır.

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

    "O ki qaldı, gənc nəslə, yenə də deyirəm, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar", – deyə dövlətimizin başçısı qeyd edib. Daha ətraflı »