Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda deyilir:
«Azərbaycan Ordusunun hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.
Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarındakı stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təşkil edir.
Yeni ismarıclar