Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Апр
    Cəmiyyət Комментарии к записи Pasxa bayramı münasibətilə Rus İcmasının üzvlərinə sovqat verilib отключены

    Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncədə yaşayan rus icmasının üzvlərinə sovqat paylanılıb. Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq icmanın aztəminatlı üzvlərinə və Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə yardımdan pay düşüb.
    Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

    Daha ətraflı »

  • 20Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə yaşıllıqlara aqrotexniki qulluq olunub отключены

    Gəncənin istirahət yerlərində və parklarda iməclik keçirilib, küçə və prospektlərdə ağaclar budanıb.
    Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin işçiləri ərazidə təmizlik yaratmaqla yeni əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Ağacların dibləri bellənib, qurumuş budaqlar kəsilib, qazonlar biçilib. Bunlarla yanaşı Heydər Əliyev prospektindəki ağaclar da budanıblar.

    Daha ətraflı »

  • 19Апр
    Cəmiyyət Комментарии к записи GÜNÜMÜZÜN REALLIĞI отключены

    Prezidentimizə minnətdaram

    Hazırda bütün dünyanın bəlasına çevrilmiş koronavirus, təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Lakin dövlətimizin qabaqlayıcı tədbirləri nəticəsində hələ ki, ölkəmizdə bu təhlükəli virus geniş şəkildə yayılmayıb. Bunun bir səbəbi var: Ölkə Prezidentinin öz xalqına, vətəndaşlarına olan isti münasibəti, diqqət və qayğısı. Dövlətimizin də təklif etdiyi «EvdəQal» kampaniyası koronavirus pandemiyasının daha geniş yayılmaması üçün qabaqlayıcı tədbirlərin ən önəmlisidir. Elə bilirəm ki, hər kəs bu təklifi qeyd-şərtsiz qəbul etməlidir. Çünki xalqımızın gələcəyi, övladlarımızın, insanların sağlamlığı məhz bu kampaniyanı necə yerinə yetirməyimizdən asılıdır.

    Daha ətraflı »

  • 19Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə yaşayan parvoslavlar Pasxa bayramını qeyd edirlər отключены

    Pasxa xristian inancına görə İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra onun zühuru münasibətilə qeyd edilən müqəddəs gündür. Bu bayrama kimi pravoslav xristianları 40 gün oruc tutur, ibadət edirlər. Əvvəlki illərdə Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşaraq bu bayramı qeyd edirdilər. Lakin bu il COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində elna olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, «Pasxa» bayramı kütləvi şəkildə qeyd edilməyib.

    Daha ətraflı »

  • 19Апр
    Cəmiyyət Комментарии к записи Gəncədə rus icmasının aztəminatlı üzvlərinə yardım paylanılıb отключены

    Nizami Rayon Bələdiyyəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub. Belə ki, Pasxa bayramı müansibətilə Gəncə və Qərb Regionu Üzrə Rus İcmasının aztəmantlı üzvlərinə ərzaq yardımı edilib. Nizami Rayon Bələdiyyəsinin üzvləri büdcə gəlirləri aşağı olan ailələrə və yaşı 65-dən yuxarı tənha ahıl icma üzvlərinin evlərinə baş çəkib, onlara ərzaq bağlamaları təqdim edib, profilaktik söhbətlər aparıblar.
    Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq həyata keçirilir.

    Daha ətraflı »

  • 19Апр
    Cəmiyyət Комментарии к записи Şəhərimizdə bu gün yağış yağacağı ehtimal edilir отключены

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə mülayim Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 20-25° isti olacağı bildirilir. Daha ətraflı »

  • 17Апр
    Cəmiyyət Комментарии к записи Gəncə sakinlərinin Prezident İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktubları davam etməkdədir отключены

    Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
    Gəncə sakinləri də dövlət başçısının bu istiqamətdə apardığı işləri müsbət qarşılayır. Onlar koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını almaq istiqamətində görülən tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar.

    Daha ətraflı »

  • 17Апр
    Cəmiyyət Комментарии к записи Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür отключены

    Hər il aprelin 17-si Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.
    Həmin tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.

    Daha ətraflı »

  • 17Апр
    Cəmiyyət Комментарии к записи Gəncə Avtomobil Zavodu İB-nin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib отключены

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına və Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq bu gün Gəncə Avtomobil Zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak ediblər.
    Bu barədə birliyin mətbuat katibi Məqsəd Rəhimov məlumat verib.

    Daha ətraflı »

  • 17Апр
    Cəmiyyət Комментарии к записи Günümüzün reallığı отключены

    İnsan sağlamlığını heç nə ilə müqayisə etmək olmaz

    Müsahibimiz ADAU-nin Aqrotexnologiya fakültəsinin «Yerquruluşu» kafedrasının baş müəllimi Dinara Əliyevadır.
    – Dinara xanım «EvdəQal» kampaniyasınа bir pedaqoq olaraq münasibətinizi bilmək istərdik.
    – Bu gün bütün bəşəriyyət təhlükəli bir virusdan qorunmaq uğrunda mübarizə aparır. Təəssüf ki, ölkəmiz də bu təhlükədən kənar deyil. Bu qorxulu virusdan qorunmağın ən real yolu isə dövlətimizin də təklif etdiyi kimi «EvdəQal» kampaniyasıdır.

    Daha ətraflı »

Səhifə 42 - 68«...102030...4041424344...5060...»