16Дек
Zəfər tariximizi yazan igidlərimizdən biri olan Sahib Azər oğlu Həsənov 18 oktyabr 1999-cu ildə Gəncə şəhərində dünyaya gəlib. 21 yaşının tamam olmasına bircə gün qalmış – 18 oktyabrda canından çox sevdiyi torpağın qoynuna köçüb. Sahibin şərəfli ömür yolunun tarixçəsi çox qısadır; oktyabr 1999 – oktyabr 2020. Amma bu qısa ömrün hər saniyəsi bir dastandır. O, ailənin yeganə övladı, yeganə sevinci idi.
Sahib hələ kiçik yaşlarında olarkən atası onlardan ayrılıb Türkiyəyə getmiş, anası isə övladını bağrına basıb ata ocağına qayıtmışdı. Sahib nənə-baba qayğısı ilə böyüdü. Anası Vüsalə xanım isə gəncliyinə, gözəlliyinə baxmayaraq ömrünü bircə balası Sahibə həsr etdi.
Daha ətraflı »
14Дек
Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Bəlkədə bu səbəbdən idi ki, Nizami yurdunu daim diqqətdə saxlayırdı. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi. XX əsrin 70-80-ci illərində şəhərdə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi.
Daha ətraflı »
14Дек
Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.
Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Millət vəkilləri, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QMİ-nin Gəncədəki səlahiyyətli nümayəndəsi Tahir Abbasov iştirak ediblər.
Daha ətraflı »
12Дек
Bu günümüzün gəncləri, Vətən Müharibəsinin qəhrəman döyüşçüləri Azərbaycanı “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu Öndər Heydər Əliyevidən öyrənib.
“Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən dahi şəxsiyyətin şərəfli həyat yolu,çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənəvə, xalqa fədakar xidməti gənclərimizə örnək olub. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Daha ətraflı »
12Дек
Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Ermənistan silahlı qüvvələrinin mülki əhalini raket atəşinə tutması nəticəsində zərər çəkən şəxslərlə görüşüb.
O, erməni terrorunun qurbanı olan şəxsləri müvvəqqəti məskunlaşdıqları yataqxanada ziyarət edib. Sakinlərlə söhbət edən Hande Harmancı xəstəliklə mübarizə üsullarından danışıb. O, “COVİD-19”a qarşı qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb, sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət edilməsinin vacibliyini bir daha xatırladıb.
Daha ətraflı »
12Дек
Dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzülüb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov idman müəssisələrinin rəbərləri ilə birlikdə Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzülüb.
Daha ətraflı »
12Дек
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. H.Əliyevin vəfatından 17 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib.
Daha ətraflı »
11Дек
Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər.
Daha ətraflı »
11Дек
Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.
Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.
Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Daha ətraflı »
Yeni ismarıclar