Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncədə 860 çoxmərtəbəli yaşayış binası dezinfeksiya olunub отключены

    Koronavirus epidemiyasının qarşısını almaq üçün Gəncədə 860 çoxmərtəbəli yaşayış binası dezinfeksiya olunub. Hazırda şəhərin qəsəbələrində məhəllələr, küçə və fərdi evlərinin qarşısı xüsusi məhlulla yuyulur.

    Gəncə şəhər Dizinfeksiya Stansiyası tərəfindən qəsəbələrdə aparılan işlər fərdi evlərin girişi və ətrafını əhatə edir. Xloramin, xlorlu dərman maddələri ilə təchiz olunan 4 birqada Gülüstan qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidə küçələrin dezinfeksiyasını aparıb. 

    Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Səlbi Cəfərova bildirib ki,Məhsəti qəsəbəsində dezinfeksiya işləri aparılıb. Həmçinin Natəvan, Cavadxan qəsəbəsinin məhəllələri də dezinfeksiya olunub. Şıxzamanov qəsəbəsində də dizinfeksiya işləri aparılacaq.

    Dezinfeksiyanın aparılması hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaq və sakinlərin sağlamlığını təmin etmək məqsədi daşıyır.  Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncə şəhər Nizami rayonu ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı maarifləndirmə işləri aparılır отключены

    Nizami rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilib.

    Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr və digər əməkdaşlarla birgə yerlərdə əhalini karantin rejiminin tələbləri barədə məlumatlandıran qruplar yaradılıb.

    Qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuş və təlimatlandırılmış qrup üzvləri rayonun Mir Cəlal Paşayev, Şahsevənlər, Həmidə Məmmədquluzadə, Təbriz və 28 May küçəsində maarifləndirmə işləri görülüb. Xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərlə  söhbətlər aparılıb. Həmin şəxslərə sağlamlıqlarının qorunması üçün evdə qalmalarının vacibliyi bir daha izah olunub. Fərdi izahetmə-xəbərdarlıq işinin aparılması zamanı bildirilib ki, tətbiq olunan qaydalar və görülən tədbirlər infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilir. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir отключены

    Qloballaşma proseslərinin sürətlə getdiyi XXI əsrin yeni bəlası — koronavirus pandemiyası çox qısa zaman kəsiyində sərhəd tanımadan dünyanı ağuşuna almaqda davam edir. Dünyada iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu dondurulub, beynəlxalq biznes, idman və s. kütləvi tədbirlər təxirə salınıb, insanlar koronavirus təhlükəsindən qorunmaq üçün karantin rejiminə məhkum olub. Üç ay ərzində bütün dünyaya "ayaq açan” yeni virus insanların həyatını təhdid etməklə yanaşı, yer kürəsi ölkələrinin iqtisadiyyatı, dövlət rəhbərlərinin qərar qəbulunda çevikliyini sınağa çəkib. Belə çətin vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin çevik qərarları, önləyici təhlükəsizlik tədbirləri ölkə vətəndaşlarının hər birinin sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet vəzifəsi olduğunu təsdiq edir. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Azərbaycanda koronavirusa daha 24 nəfər yoluxdu, 1 nəfər isə vəfat etdi — RƏSMİ отключены

    Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

    Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Bu gündən Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu отключены

    Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlumatıında deyirlir: Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

    Fərdi evlərdən və mənzillərdən insanların çıxışı — təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.
    Qeyd olunanlarla
    əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncə Dövlət Universiteti KMDF-ya ianə edib отключены

    Ölkəmizdə koronavirusla mübarizədə Gəncə Dövlət Universiteti də fəal iştirak edir. Belə ki, Dövlət Başçısının 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu” na 29 mart 2020-ci il tarixdə universitetin büdcə hesabından 30 (otuz) min manat vəsait köçürülmüşdür.

    Həmçinin universitetin rektoru Yusif Yusibov bir aylıq əmək haqqını, 10 nəfər fakültə dekanları, prorektorlar, baş müşavir bir aylıq əmək haqqının 50 faizini, botanika  kafedrasının müdiri Vaqif Novruzov ailə büdcəsindən 1000(min) azn vəsaiti bu fondun hesabına köçürmüşlər. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncə şəhər Kəpəz rayonu ərazisində intensiv dezinfeksiya işləri davam etdirilir отключены

    Dezinfeksiay işləri Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər Dezinfeksiya Stansiyası və Gəncə Şəhər Mənzil Kommunal İstehsalat Birliyinin əməkdaşları ilə birgə həyata keçirilir.

    Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə səhər saatlarından başlayaraq Kəpəz rayonunun müxtəlif ərazilərində dezinfeksiya işlərinə başlanılıb. Gündəlik dezinfeksiya işləri rayonun Natəvan qəsəbəsi ərazisində də həyata keçirilib. Burada həyət evlərinin qarşısı, səkilər, dayanacaqlar, bir sözlə əhalinin sıx hərəkət etdiyi ərazilər xüusis məhlulla dezinfeksiya olunub.  Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb отключены

    Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilib.

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

    Gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edir.

    Əfsuslar olsun görülən bu tədbirlərə baxmayaraq bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq fəaliyyətlərini davam etdirməyə çalışırlar. Daha ətraflı »

  • 31Мар
    Cəmiyyət Комментарии к записи Sosial izolyasiya və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir отключены

    BŞBPİ: Sosial izolyasiya və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir 

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir: " Xüsusi karantin rejimi çərçivəsində polis DQ-nin hərbi qulluqçuları ilə birgə xidmət aparır. 

    Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar". Daha ətraflı »

  • 30Мар
    Cəmiyyət Комментарии к записи Gəncədə karantin rejimini pozan gənclərə xəbərdarlıq edilib отключены

    DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. Bu dəfə polis karantin rejimini pozaraq futbol oynayan gənclərə xəbərdarlıq edib.

    BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək 10 nəfərdən artıq qrup şəklində futbol oynayan yeniyetmə və gəncləri aşkarlayıb. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Daha ətraflı »

Səhifə 50 - 68«...102030...4849505152...60...»