Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,467
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov Husnan Bey Fananie ilə görüşüb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananieni görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncə haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci  böyük sənaye şəhəridir. Gəncədə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Niyazi Bayramov burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab — 2” kimi iri sənaye müəssisələrin olduğunu vurğulayıb, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisinin davam etdiyini bildirib.

    Səmimi qəbula görə təşəkkür ifadə edən Husnan Bey Fananie Gəncənin onun qəlbində xüsusi yeri olduğunu bildirib. Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi iqtisadi, sosial və mədəni sahələrdə əlaqələr yaratmaqdır. Daha ətraflı »

  • 05Ноя
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramovun iştirak etdiyi ‘2019 — CICA’ şəhər merlərinin Zirvə Toplantısı yekunlaşıb отключены

    Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 — CICA" (Yaradıcı İnnovativ Şəhərlər İttifaqı) şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusu ətrafında təşkil olunan Zirvə Toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndə heyətləri, Azərbaycanın Cənubi Koreyadakı Fövqəladə və səlahiyyətli səfiri cənab Rəmzi Teymurov, eyni zamanda səfirliyin əməkdaşları və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

    Zirvə toplantısının sonuncu günü Azərbaycan Respublikası, xüsusən də Gəncə şəhəri üçün yadda qalan olub. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” və "Yaradıcı-innovasiya şəhərləri üçün beynəlxalq əməkdaşlıq" mövzularında aparılan müzakirələr zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın milli brendi olan “ASAN xidmət”dən söz açaraq, onun yaradılması tarixçəsi, inkişafı, həyata keçirilən xidmət növləri və vətəndaş məmnunluğunun əldə olunması istiqamətində qazanılmış nəaliyyətlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. Daha ətraflı »

  • 05Ноя
    Cəmiyyət Комментарии к записи Böyük Vətən Müharibəsi iştirakçılarına Belarusun “Yubiley medal”ı təqdim olunub отключены

    Gəncədən olan iki Böyük Vətən Müharibəsi iştirakçısınına Belarus Respublikası adından “Yubiley medal”ı təqdim olunub. Medal Belarusun alman işğalından azad olunmasının 75-ci ildönümü münasibətilə təsis edilib. Alman faşizmi üzərində qələbənin əldə olunması istiqamətində göstərdikləri şücaətə görə Əliyev Qurban Yusif oğlu və Verdiyev Bəylər Abbas oğlu “Yubiley medalı” ilə təltif olunublar. Medalları Belarusun ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviç Böyük Vətən Müharibəsi iştirakçılarının yaxınlarına təqdim edib.

    Mərasimdə çıxış edən Qennadiy Axramoviç qeyd edib ki, Azərbaycanın Böyük Vətən Müharibəsində qazanılan qələbədəki rolu olduqca böyükdür. Azərbaycan nefti qələbənin həlledici amillərindən biri olub. Daha ətraflı »

  • 05Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 13-17° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 28Окт
    Cəmiyyət Комментарии к записи Gəncə şəhər Kitabxanasının 85 illik tarixinə bir nəzər отключены

    Gəncə  müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir. Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvinin,   Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin  vətəni Gəncə qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, mətbəxi  ilə seçilib. Yaşı 4000-dən çox olan Gəncə şəhərinin hazırda əhalisi 333,7 nəfərdir.

    Bu gün ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayan Gəncə elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi gözəlliyi ilə gələnləri heyran edir.

     Məlumdur ki, cəmiyyətin inkişafının ən əsas göstəricilərindən biri kitabxanadırdir. Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş zəngin kitabxanaları ilə tanınmışdır. Bu gün ölkəmizdə 3 minə yaxın kitabxana mövcuddur. Daha ətraflı »

  • 28Окт
    Cəmiyyət Комментарии к записи Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 25Окт
    Cəmiyyət Комментарии к записи Gəncədə təbii qazın verilməsində fasilə yaranacaq отключены

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi xəbər verir.

    Oktyabrın 25-də istehlakçılara təbii qazın stabil rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunacaq.

    Bu zaman səhər saat 09:00-dan Gəncə şəhəri, Göygöl, Samux, Ağsu rayonları, saat 09:30-dan Ağstafa rayonu, saat 10:00-dan isə Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq. Daha ətraflı »

  • 23Окт
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov Gəncənin “Gülüstan” yaşayış massivinin sakinlərilə görüşüb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə şəhər sakinləri ilə görüş keçirir, onları narahat edən məsələlərlə maraqlanır. Bu dəfəki görüş şəhərin “Gülüstan” yaşayış massivində baş tutub. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyytinin başçsı Eldəniz Xudiyev, idarə, müsəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Niyazi Bayramov sakinləri salamlayaraq bildirib ki, Gəncənin “Gülüstan” yaşayış massivində hazırda abadlıq quruculuq işləri davam etməkdədir. Yollarda təmir-bərpa işləri gedir, binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur. Niyazi Bayramov vurğulayıb ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

    Daha ətraflı »

  • 23Окт
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindəverilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 20-24° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 17Окт
    Cəmiyyət Комментарии к записи Gəncədə seçki hüququ üzrə təlimlər keçirilib отключены

    Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üçün üç günlük kurslar təşkil edir. Təlimlər Gəncədəki DSK-larda da baş tutub. Maarifləndirmə xarakteri daşıyan kurslarda dairə üzvləri ilə yanaşı məntəqə sədrləri də iştirak edib.

    Təlim zamanı seçki siyahılılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasında təhlükəsizliyin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Orqanlarının rolu barədə ətraflı məlumat verilib. Bunlarla yanaşı təlimlər zamanı bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən danışılıb. Daha ətraflı »

Səhifə 59 - 69«...102030...5758596061...»