17Дек
Türkiyə Gənclər Fondu və Azərbaycan Gənclər Fondu ortaq, “QARABAĞ ZƏFƏRİ” adlı rəsm müsabiqəsini elan edir.
Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi Türkiyə və Azərbaycan Gənclər Fondlarının ortaq layihəsi olaraq elan edilir. Rəsm müsabiqəsinin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir.
Daha ətraflı »
17Дек
“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın bacısı Əntiqə Sadıqova vəfat edib. Yaxınlarının dediyinə görə, olduqca qayğıkeş və xeyirsevər insan olan Əntiqə xanım daim: “Dünyanın yaxşılğa ehtiyacı var, dünya yaxşılıq həsrətindədir”, — deyərmiş.
Əntiqə xanım 1938-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Orta məktəbi burada bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun psixologiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra uzun illər bağça müəllimi kimi fəaliyyət göstərib. Əntiqə xanımın Azərbaycan mətbuatında da bir çox metodik yazıları çap edilib.
Daha ətraflı »
16Дек
Torpağın bağrına cəsədlərilə,
Azadlıq toxumu əkdi şəhidlər.
«Azadlıq toxumu» olan, şəhidliyi ilə ölümsüzlük qazanan igidlərimizdən biri də Nağıyev Şahlar Nüsrət oğludur. Şahlar 1987-
ci ildə, illərin qovuşduğu bir gündə – 31 dekabrda ailəsinə bayram hədiyyəsi kimi dünyaya gəlmişdi. Ailənin ilk övladı idi. Evin nuru, sevinc payı olan balaca Şahları böyük ümidlər, arzularla sevə-sevə böyüdürdülər. Bir neçə ildən sonra ailənin ikinci övladı Nicat dünyaya gəldi. Amma Şahlara olan sevgi, istək bölünmədi, azalmadı. Əksinə, kiçik qardaşına arxa, dayaq olacaq deyə daha çox qayğısına qaldılar.
Daha ətraflı »
16Дек
Qələbə təkcə qələmlə deyil, həm də qanla yazılır. Şahidi olduğumuz İkinci Qarabağ savaşı – Vətən mühvaribəsi bu deyimi bir daha təsdiqlədi. Yüzlərlə, minlərlə igidimiz bu müharibədə torpaqlarımızın bütövlüyü, yağı düşməndən azad olması uğrunda canını fəda etdi.
Bu qəhrəman oğullardan biri də Vətən müharibəsində Gəncənin ilk şəhidi olan Abdulla Sultan oğlu Paşayevdir. 24 iyul 1998-ci ildə əkiz qardaşı Rəhimdən 10 dəqiqə əvvəl doğulmuşdu Abdulla. Bu 10 dəqiqəlik zaman kəsiyi evin böyüyü etmişdi onu. Bacısı Nazlı qardaşlardan iki yaş böyük olsa da, yenə də böyüklük Abdullanın boynuna düşmüşdü, söz sahibi etmişdi.
Daha ətraflı »
16Дек
Zəfər tariximizi yazan igidlərimizdən biri olan Sahib Azər oğlu Həsənov 18 oktyabr 1999-cu ildə Gəncə şəhərində dünyaya gəlib. 21 yaşının tamam olmasına bircə gün qalmış – 18 oktyabrda canından çox sevdiyi torpağın qoynuna köçüb. Sahibin şərəfli ömür yolunun tarixçəsi çox qısadır; oktyabr 1999 – oktyabr 2020. Amma bu qısa ömrün hər saniyəsi bir dastandır. O, ailənin yeganə övladı, yeganə sevinci idi.
Sahib hələ kiçik yaşlarında olarkən atası onlardan ayrılıb Türkiyəyə getmiş, anası isə övladını bağrına basıb ata ocağına qayıtmışdı. Sahib nənə-baba qayğısı ilə böyüdü. Anası Vüsalə xanım isə gəncliyinə, gözəlliyinə baxmayaraq ömrünü bircə balası Sahibə həsr etdi.
Daha ətraflı »
14Дек
Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Bəlkədə bu səbəbdən idi ki, Nizami yurdunu daim diqqətdə saxlayırdı. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi. XX əsrin 70-80-ci illərində şəhərdə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi.
Daha ətraflı »
14Дек
Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.
Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Millət vəkilləri, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QMİ-nin Gəncədəki səlahiyyətli nümayəndəsi Tahir Abbasov iştirak ediblər.
Daha ətraflı »
12Дек
Bu günümüzün gəncləri, Vətən Müharibəsinin qəhrəman döyüşçüləri Azərbaycanı “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu Öndər Heydər Əliyevidən öyrənib.
“Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən dahi şəxsiyyətin şərəfli həyat yolu,çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənəvə, xalqa fədakar xidməti gənclərimizə örnək olub. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Daha ətraflı »
12Дек
Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Ermənistan silahlı qüvvələrinin mülki əhalini raket atəşinə tutması nəticəsində zərər çəkən şəxslərlə görüşüb.
O, erməni terrorunun qurbanı olan şəxsləri müvvəqqəti məskunlaşdıqları yataqxanada ziyarət edib. Sakinlərlə söhbət edən Hande Harmancı xəstəliklə mübarizə üsullarından danışıb. O, “COVİD-19”a qarşı qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb, sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət edilməsinin vacibliyini bir daha xatırladıb.
Daha ətraflı »
Yeni ismarıclar