Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Июн
    Cəmiyyət Комментарии к записи MÜSİAD-nin üzvləri Gəncəyə səfər ediblər отключены

    Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri Gəncəyə  səfər edib.  Qonaqlar əvvəlcə şəhərin Baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüş əsnasında qonaqlara şəhərin potensial imkanları və sosial-iqtisadi sahədə əldə olunan uğurlar barədə ətraflı məlumat verilib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mədəniyyət, elm mərkəzi olmaqla yanaşı, həmçinin sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı, Gəncə Avtomobil Zavodu, AzərAlüminium MMC, “Süni Mərmər və Qranit İstehsalı” , “Gəncə Şərab — 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Şəhər rəhbəri gələcəkdə işbirliyi üçün geniş imkanların yaranacağını qeyd edib.

    Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyətinin üzvləri Gəncə ilə tanışlıqda maraqlı olduqlarını və yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Gələcəkdə Türkiyənin Kocaeli şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin  qurulmasının da əhəmiyyətindən bəhs olunub. Görüşdə  mümkün tərəfdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

    Daha ətraflı »

  • 28Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub отключены
    Torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

    Gəncə şəhəri Heydər Əliyev adına istirahət parkında Nizami və Kəpəz Rayon İcra hakimiyyətlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami və Kəpəz rayon şöbələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların valideynlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.

    Daha ətraflı »

  • 16Июн
    Cəmiyyət Комментарии к записи 15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən yolun başlanğıcıdır отключены
    15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən  yolun başlanğıcıdırTarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.

    Daha ətraflı »

  • 16Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub отключены

    Gəncədə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Gəncənin baş meydanında quraşdırılan monitorda Ulu öndər Heydər Əliyevin siyasi fəaliyətinə həss olunan “Qurtuluş” filmi nümayiş etdirilib.

    Daha sonra Heydər Əliyev Park-Kompleksindəki Amfiteartda karantin rejimi qaydaları nəzərə alınmaqla konsert proqramı təşkil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Göygöl Təhsil Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutan tədbirdə qeyd olunub ki, 15 İyun — xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü il iyun ayında Ulu ondər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qutuluşu kimi qeyd olunur.

    Daha ətraflı »

  • 13Июн
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov yanğın zamanı xəsarət alanları ziyarət edib отключены

    Daha ətraflı »

  • 08Июн
    Cəmiyyət Комментарии к записи Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi: Azərbaycan — Türkiyə отключены
    Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi:Tarixin müxtəif dönəmlərində olduğu kimi Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. 
    Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

    Daha ətraflı »

  • 07Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə gənc rəssamların bacarıqları yoxlanılıb отключены

    Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan rəsm müsabiqəsi keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan müsabiqədə gənc rəssamlar öz bacarıqlarını nümayiş etdiriblər.

    Dahi şairin portiretini və poemaĺarındakı personajları çəkən gənc rəssamlar, münsiflər tərəfindən qiymətləndiriliblər. Açıq havada təşkil olunan müsabiqənin gənc istedadlarına, Gəncəni təmsil edən millət vəkilləri də dəstək olublar. Müsabiqənin qalibi təşkilatçılar tərəfindən mükafatlandırılıb.

    Daha ətraflı »

  • 07Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb отключены

    İyunun 4-də Gəncədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və iyunun 7-dək davam edəcək konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub. Bütövlükdə onlayn təşkil edilən konfransın rəsmi açılışı nüfuzlu qonaqların iştirakı ilə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində olub.

    Konfransda təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, UNEC-in rektoru Ədalət Muradov, həmçinin Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.

    Daha ətraflı »

  • 07Июн
    Cəmiyyət Комментарии к записи Təhsil aldığı məktəbdə şəhid Hüseyn Quliyevin xatirə güşəsi yaradılıb отключены

    Gəncə şəhər M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbdə şəhid Quliyev Hüseyn Həsən oğlunun xatirəsinə həsr olunan güşəsi yaradılb. Xatirə güşəsi şəhidin ailə üzvlərinin təşəbbüsü ilə quraşdırılıb. Güşənin təqdimatında şəhid ailəsinin dəvəti ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər rəsmiləri, orta məktəbin kolektivi və şəhidin ailə üzvləri iştirak ediblər.

    Niyazi Bayramov və şəhidin atası Həsən Quliyev Hüseyn Quliyevin xatirəsinə hörmət əlaməti olaraq, güşənin önünə tər çiçəklər düzüblər. 4 nömrəli tam orta məktəbin dəhlizində yaradılan xatirə güşəsində şəhid Hüseyn Quliyevlə bağlı məlumatlar qeyd olunub. Burada onun təltif və medalları, kitab və digər şəxsi əşyaları yerləşdirilib.

    Daha ətraflı »

  • 03Июн
    Cəmiyyət Комментарии к записи “Hədiyyə karvanı” Gəncədəki şəhid övladlarını sevindirib отключены

    “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Hədiyyə karvanı” layihəsi Gəncədə olan şəhid övladlarınıda sevindirib.

    Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılan layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin övladlarına dəstək olmaq, onların intelektual inkişafı üçün müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaqlar hədiyyə etmək, eləcə də idman geyim dəstləri paylamaqdır.

    Daha ətraflı »