Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Июл
    Cəmiyyət Комментарии к записи «QIZIL QƏLƏM» отключены

    Mənim üçün Milli Mətbuat Günü bayramların ən əzizidir. Bu peşəni hələ 6-cı sinifdə Əlfi Qasımovun «Adilənin taleyi» kitabını oxuyarkən seçmişəm. (Təəssüf ki, indi mütaliə edənlərin sayı azalır). Elə bu seçimimlə də bəxtim həmişə gətirib. Jurnalistika fakültəsinə orta məktəbi başa vuran kimi qəbul olunmuşam. Respublikanın ən adlı-sanlı alimlərindən – Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Qulu Xəlilov, Mehdi Məmmədov kimi görkəmli şəxslərdən dərs almışam. Bu siyahını uzatmaq da olar, lakin yuxarıda dediyim kimi, bu görkəmli adamları dinləmək özü bir məktəb idi.

    Təyinatla gəldiyim «Gəncənin səsi» («Kirovabad kommunisti») qəzeti redaksiyasında müxbir, şöbə müdiri, baş redaktorun müavini kimi çalışmışam. Gəncliyin gətirdiyi o enerji ilə qələmə elə sarılmışam ki, oxucular adımı «iti qələm» qoyub. Harada bir əyinti vardısa, orada olurdum və bəzən bu mənə «baha başa» gəlirdi. Amma geri durmaq sözü lüğətimdə yox idi.  Daha ətraflı »

  • 22Июл
    Cəmiyyət Комментарии к записи Azərbaycan mətbuatı 144 yaşını qeyd edir отключены

    Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə alır. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurur.

    1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

    Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanıb. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb... Daha ətraflı »

  • 22Июл
    Cəmiyyət Комментарии к записи Bu günün hava proqrnozu отключены

    Qərb küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı deyilir. Daha ətraflı »

  • 19Июл
    Cəmiyyət Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 19Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə hava günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı deyilir. отключены

    Gəncədə hava günəşli olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı deyilir. Daha ətraflı »

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğullluq Xidmətinin peşə tədrisi mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində cari ilin ikinci yarısında Gəncə şəhərində publik hüquqi şəxs statuslu Təlim Tədris Mərkəzi istifadəyə veriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğullluq Xidmətinin peşə tədrisi mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində cari ilin ikinci yarısında Gəncə şəhərində publik hüquqi şəxs statuslu Təlim Tədris Mərkəzi istifadəyə veriləcək.

    Mərkəzdə azı 20 peşə/ixtisas üzrə təlim və treninqlər təşkil olunacaq. Tədris olunacaq peşə/ixtisaslar əmək bazarının tələbləri əsasında təyin ediləcək. Belə ki, hansı sahələr üzrə işçi qüvvəsi çatışmazlığı müşahidə olunursa, həmin sahələr üzrə yeni əmək resurslarının hazırlanması məqsədilə kursların təşkilinə üstünlük veriləcək. Daha ətraflı »

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Pomidor zəhərli maddələri orqanizmdən təmizləyir отключены

    Pomidor ən çox istifadə edilən tərəvəzlərdən biridir. Onun yetişdirilməsinin çox maraqlı tarixi var. İlk dəfə sarı rəngli pomidor yabanı halda Boliviya və Peruda tapılıb. Sonra isə onu bəzək bitkisi kimi Meksikada yetişdiriblər. Bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı, bənövşəyi, hətta digər rənglərdə də pomidor yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. İlk pomidorların sarı olduğu ehtimal edilir və buna görə də ona Pomo d’Oro — "qızıl alma" adı verilib. Peruda isə onu "tomatl" -"böyük giləmeyvə" adlandırırdılar. Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra gəmilərlə Avropaya gətirilib.

    AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, pomidor 1500-cü illərin ortalarına qədər zəhərli bitki sayılıb. Sonralar onun zəhərsiz olduğu aşkar edilərək yeyilməyə başlanılıb. Onu əsasən qızardaraq və ya qaynadaraq yeyirdilər. Pomidorun çiy şəkildə istifadə edilməsi bir aşpazın salatlarda istifadəsindən sonra başlanılıb. Daha ətraflı »

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar, Berd rayonunun Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 18Июл
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены

    Gəncədə hava günəşli olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-38° isti olacağı deyilir. Daha ətraflı »

  • 17Июл
    Cəmiyyət Комментарии к записи ADAU II Beynəlxalq yay məktəbi davam edir отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub.

    Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb, diskusiyalar aparıb, tələbələrin verdiyi sualları cavablandırıb. Daha ətraflı »

Səhifə 73 - 74«...102030...7071727374