31Авг
Azərbaycan Texnologiya Unversitetində magistraturaya qəbul olunanların sayında ən yüksək nəticə 2021-ci ildə qeydə alınıb.
2021-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən Azərbaycan Texnologiya Universitetinə 216 magistrant qəbul olunub. Onlardan 200 nəfəri əsas müsabiqədə, 16 nəfəri isə əlavə yerləşdirmə zamanı qeydiyyatdan keçib. Bununla da cari ildə universitetin magistratura səviyyəsinə qəbul faizi təxminən 95% təşkil edib.
Daha ətraflı »
18Июн
Bildiyimiz kimi Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və İnnovasiyalar departamentinin təşkilatçılığı ilə Atatürk Universiteti ilə birgə iyunun 17 və 18-də iki günlük “Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilmişdir.
Konfransda hər iki Universitetin rəhbərliyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu, millət vəkilləri, tanınmış nizamişünas-alimlər, professor-müəllim heyəti, iştirak etmişdir.
Daha ətraflı »
Yeni ismarıclar