Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,711
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 04Фев
    Təhsil Комментарии к записи Gəncədə əmək yarmarkası keçiriləcək отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsini planlaşdırır.

    Nazirlikdən verilən məlumata görə, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.

    Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq. Daha ətraflı »

  • 23Янв
    Təhsil Комментарии к записи “MEDİATS” layihəsi çərçivəsində keçirilən təlimlər uğurla yekunlaşıb отключены

    Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər təşkil edilib.

    “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək  Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir. 

    Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları: Tədris şöbəsinin müdiri Elturan Yusifov, rektorun müşaviri İlqar Kubişev, İnformasiya texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarinin transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər. Altı ölkədən olan on universitetin təmsilçiləri bir araya gələrək “Mediasiya”- təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin üçünçü görüşündə iştirak ediblər. Daha ətraflı »

  • 23Янв
    Təhsil Комментарии к записи Trece Company şirkətinin nümayəndələri ADAU-da отключены

    Amerikanın Oklahoma ştatında yerləşən Trece Company şirkətinin rəhbəri Bill Lingrenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Səfər USAİD-in Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində reallaşıb.

    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdən məmnunluğu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Trece Company şirkətinin rəhbəri  Bill Lingren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadə olunması eyni zamanda Trece Company şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib. Daha ətraflı »

  • 23Янв
    Təhsil Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 16Янв
    Təhsil Комментарии к записи ADAU-nun Baytarlıq Klinikasında təcrübəli baytarlar tələbələrlə birgə ev heyvanlarının qayğısına qalırlar отключены

    Respublikamızda yüksək ixtisaslı aqrar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin son illərdəki inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu dövrdə universitetin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib, elmi, texniki kadr potensialı müasir təhsilli gənclər hesabına daha da yüksəldilib.

    Hazırda zəngin elmi tarixi keçmişini müasir inkişafı ilə harmonik şəkildə birləşdirməyi bacaran universitet nəinki Azərbaycanın, eləcə də Qafqazın və Şərqi Avropanın ən böyük ali təhsil müəssisəi kimi öz inkişafının yüksəliş dövrünü yaşayır.

    Eyni zamanda, universitetin kollektivi yaxşı başa düşür ki, canlı aləmin müdafiəsi və mühafizəsi bəşəriyyətin gələcəyinin zəmanətidir. Elə ona görə də hər bir insanın təbiəti sevmək və qorumaq kimi missiyası var. Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinə bu sevgini aşılamaq və ali ixtisaslı peşəkar mütəxəssislər kimi yetişdirməklə yanaşı, həm də onları planetimizin müdafiəçisinə çevirir. Daha ətraflı »

  • 15Янв
    Təhsil Комментарии к записи GDU-da KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub отключены

    Gəncə Dövlət Universitetində (GDU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbələrin eyni vaxtda biliyinin yoxlandığı test imtahan prosesini izləyiblər.

    Mediaturda  rektorun baş müşaviri Asif Cavadov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva valideynlərə və KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırıblar. 

    Ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, test üsulu və qabiliyyət üzrə olmaqla yanvarın 31-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Daha ətraflı »

  • 28Дек
    Təhsil Комментарии к записи DİM: Dövlət qulluğuna imtahan verən 838 nəfər müvəffəqiyyət qazanıb отключены

    İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 22-də keçirilən imtahanda iştirak edən ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar açıqlanıb.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir

    İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə verib.

    İmtahanda iştirak edənlərdən 450 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Daha ətraflı »

  • 12Дек
    Təhsil Комментарии к записи TADF sədri Bilal Dündar UTECA-da olub отключены

    Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan Texnologiya Universitetində (UTECA) olub. O, universitetin fəaliyyəti, yerli və xarici əlaqələri, təlim-tədris mərkəzləri, tədris şəraiti, Texnopark məhsulları ilə tanışlıqdan sonra geniş auditoriyada tələbələrlə görüşüb.

    UTECA-nın rektoru, professor Akif Süleymanov Bilal Dündarı tələbələrlə tanış edən zaman bildirib ki, 2006-cı ildən etibarən qardaş ölkədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ötən müddət ərzində Azərbaycanın haqq səsinin Türk cəmiyyəti, eləcə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox işlər görüb.

    Bilal Dündar çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycan icma və birliklərini özündə birləşdirir və federasiyanın Türkiyənin 16 vilayətində dərnəkləri fəaliyyət göstərir. Məqsəd keçmişi unutdurmamaq, “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılamaqdır. Daha ətraflı »

  • 04Дек
    Təhsil Комментарии к записи GDU-da “Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsi” mövzusunda tədbir keçirilib отключены

    Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, eləcə də universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, professor-müəllim heyəti, könüllülər və tələbələr iştirak ediblər.

    Tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq bildirib ki, 1-9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” təşkil edilib. Qeyd edib ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.

     Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq  yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır. Daha ətraflı »

  • 04Дек
    Təhsil Комментарии к записи UTECA-da Əlillər Günü qeyd edilib отключены

    Azərbaycan Texnologiya Universitetində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Könüllülük sərhəd tanımır” adlı tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, fiziki məhdudiyyətli şəxslər və tələbələr iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan UTECA-nın təlim-tərbiyə işləri üzrə prorektor əvəzi Mətanət Əhmədova bildirib ki, dünya əhalisinin, təxminən 10-12 %-ni fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Onların da 20%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Statistikaya görə bu gün Azərbaycanda 600 mindən artıq əlilliyi olan şəxs yaşayır. Bu da, ölkə əhalisinin 6%-i civarındadır. Azərbaycanda olan faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər aparılır. Daha ətraflı »

Страница 2 из 812345...Последняя »