Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,186
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Ноя
    Təhsil Комментарии к записи ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU-nun beynəlxalq əlaqələrinin kifayət qədər genişləndiyini bildirib.

    Universitetdə yaradılan şəraitdən, tələbələrin ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən söz açan rektor qeyd edib ki, bu gün əcnəbi tələbələrdə də Azərbaycan dilinə maraq yüksək səviyyədədir.

    Sonra universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxışında ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğunu bildirib.

    Beynəlxalq əlaqələr şöbəsinin müdir səlahiyyətlərini icra edən Zümrüd Hənifəyeva qeyd edib ki, əcnəbi tələbələrin həm dil biliklərinin yaxşılaşdırılması, həm də mühitə uyğunlaşmaları üçün mütəmadi kurslar və görüşlər təşkil edilir. Daha ətraflı »

  • 19Ноя
    Təhsil Комментарии к записи UNİVERSİTETDƏ GƏNCƏNİN MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİ HAQQINDA ELMİ-PRAKTİKİ KONRANS KEÇİRİLİB отключены

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının(BMA), Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Gəncə bölməsinin və Gəncə Dövlət Universitetinin(GDU) birgə təşkilatçılığı ilə “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Elmi-praktik konfrans keçirilib.

    Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, konfransda BMA-nın Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor  Gülnaz Abdullazadə, Tələbə elmi cəmiyyətinin sədri, Əməkdar incəsənəd xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Elmi katib Həbibə Məmmədova, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü, Kimya elmləri doktoru, akademik Fuad Əliyev, Gəncə şəhər Musiqi məktəblərinin direktorları, eləcə də GDU-nun prorektorları,  professor- müəllim heyəti və tələbələr iştirak ediblər. Daha ətraflı »

  • 19Ноя
    Təhsil Комментарии к записи Gəncədə Beynəlxalq Tolerantlıq Günü keçirilib отключены

    Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə Dövlət Universitetində “Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov, millət vəkili Pərvin Kərimzadə, ziyalılar, ictimai birliklərin, dini icmaların nümayəndələri, universitetin müəllim və tələbələri iştirak ediblər.

    Vəfa Abbasova tədbiri giriş sözü ilə açaraq "Beynəlxalq Tolerantlıq Günü"nün yaranma tarixi barədə danışıb. Bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropada tolerantlıq və multikulturalizm istiqamətindəəyyən addımlar atılıb, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyası imzalanıb. Daha ətraflı »

  • 18Ноя
    Təhsil Комментарии к записи ADAU-nun rektoru gənc müəllimlərlə görüşüb отключены

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə çaılşan gənc müəllimlərlə görüşüb.

    Rektor bildirib ki, keçirilən bu  görüşdə məqsəd gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirəsidir. Ən başlıcası universitetin beynəlxalq miqyasda tanıdılmasında gənc müəllimlərin də üzərinə mühüm vəzifələrin düşdüyü bildirilib.

    İşgüzar və səmimi keçən görüşdə mövcud problemlər və onların həlli yollarından, bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Daha ətraflı »

  • 18Ноя
    Təhsil Комментарии к записи UTECA-da Milli Dirçəliş Günü qeyd edilib отключены

    Azərbaycan Texnologiya Universitetində (UTECA) Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyəti və tələbələrin qatıldığı tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, 31 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil olub.

    Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyevin vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlayıb. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edib. Daha ətraflı »

  • 18Ноя
    Təhsil Комментарии к записи Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib отключены

    Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb. Sonra Akkreditasiya Komissiyasında özünütəhlil hesabatı ilə əlaqədar görülən işlərlə bağlı və 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun məruzəsi dinlənilib.

    Ümumi riyaziyyat kafedrasının dosenti elmi adını almağa dair Sübhiyyə Zeynallının, İnformatika kafedrasının dosenti elmi adını almağa dair Natəvan Məmmədovanın Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ” VI ÜMUMRESPUBLİKA BİLİK YARIŞINDA отключены

    Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib. Layihənin məqsədi Ulu öndərin  həyat və yaradıcılıq fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılmasıdır.

    Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

    “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur.  Bu il bilik yarışında 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib.

    Münsiflər heyətini Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təşkil edib. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи ADAU-nun tələbə evində Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir отключены

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində  Aqrar İnkişaf Könüllüləri (AİK) ilə görüş davam edir.  Bu dəfəki görüşdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.

    Rektor bildirib ki,  Aqrar İnkişaf Könüllüləri hərəkatına ölkə Prezidenti cənab İlham Əliyev böyük qiymət verir. Cənab Prezident çıxışlarında və görüşlərində deyib ki, “çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq.” Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və çox geniş vüsət alıb. Bu günə qədər minlərlə könüllü ASAN xidmətdə fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayının artması çox sevindiricidir. Hesab edirəm ki, könüllülük hərəkatı aqrar sektorun inkişafında da özünü təsdiq edəcək. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи GDU-da «Unutmayaq ki, unudulmayaq» adlı tədbir keçirilib отключены

    İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində tədbir keçirilib.

    Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, sədr müavini İlhamə Qəsəbova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq sülh səfiri  Yasəmən Əsgərova, İSPAM-ın deportament rəhbəri Aida Şirinova, Böyük Millət İnformasiya Portalının redaktoru Sima Babayeva, AMEA-nın Gəncə filialının fəlsəfə doktoru Ruziyyə Quliyeva, qəhrəman Nəcəf Verdiyevin  qardaşları Zöhrab və Eldar Verdiyevlər, yaxınları, doğmaları, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Təmkinli, eləcə də universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər. Daha ətraflı »

  • 14Ноя
    Təhsil Комментарии к записи REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB отключены

    Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda  Heydər Əliyev  Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında 4-cü yerə layiq görülüb. Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov yarışın qalibləri ilə görüşüb.

    Rektor Yusif  Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.  Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. Daha ətraflı »

Страница 3 из 812345...Последняя »