Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Сен
    Təhsil Комментарии к записи Bu gün Azərbaycanda tədris ilinin ilk dərs günüdür отключены

    Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.

    2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

    Onların 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

    Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir. Daha ətraflı »

  • 16Сен
    Təhsil Комментарии к записи GDU-da yüksək balla daxil olan tələbələrlə görüş keçirilib отключены

    2019-2020-ci tədris ilində Gəncə Dövlət Universitetinə (GDU) yüksək balla daxil olan tələbələrlə görüş keçirilib. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun müşaviri Asif cavadov, tələbələr və onların valideynləri iştirak edib.

    Tədbiri açan Gülsüm Fətəliyeva builki qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinə daxil olan gəncləri təbrik edib, onlara gələcək tələbə həyataında uğurlar arzulayıb.

    Bildirilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkələrin təhsil səviyyəsi, xüsusən də ali məktəblərinin inkişafı iləəyyən edilir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür. Daha ətraflı »

  • 12Сен
    Təhsil Комментарии к записи Məktəb psixoloqları ilə bağlı layihə hazırlanıb отключены

    Təhsil Nazirliyinin təklifi əsasında “Təhsil haqqında qanun”na psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.

    Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

    Deputatın sözlərinə görə, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir. Daha ətraflı »

  • 11Сен
    Təhsil Комментарии к записи GDU tələbə qəbulu planının nəticələrinə görə birinci olub отключены

    Respublikamızın qərb bölgəsində ən nüfuzlu ali təhsil müəssisələrindən olan Gəncə Dövlət Universiteti (GDU) tələbə qəbulu planının nəticələrinə görə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında birinci olub.

    Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, GDU-ya 40 ixtisas üzrə 1700 plan yerinə ilk turda 1567 nəfər, ikinci turda 75 nəfər, ümumilikdə isə 1642 nəfər qəbul olunub.

    Universitet üzrə boş qalan plan yerlərı I və II ixtisas qruplarında qeydə alınıb.

    Beləliklə, GDU-da plan yerləri birinci və ikinci turda keçirilmiş qəbulun nəticələrinə görə 96,6 faiz dolub.

    Qəbul olmuş abituriyentlərdən 1555 nəfəri, yaxud 91,5 faiz qeydiyyatdan keçib. Bununla da Gəncə Dövlət Universiteti tələbə qəbulu planının ümumi nəticələrinə görə respublikamızdakı bütün universitetlər arasında ilk pilləyə yüksəlib. Daha ətraflı »

  • 11Сен
    Təhsil Комментарии к записи Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Nəmirli, Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Daha ətraflı »

  • 10Сен
    Təhsil Комментарии к записи Prezident təqaüdünə layiq görüldüyüm üçün qürur hissi keçirirəm отключены

    “Ölkəmizdə təhsilin inkişafı, gənclərin təhsilə marağının artırılması və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqətində olub. Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamı biz gənclərə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident təqaüdünə layiq görüldüyüm üçün qürur hissi keçirirəm. Bunun üçün ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

    Bunu Prezident təqaüdçüsü Dilarə Hüseynova bildirib.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin məzunu Dilarə Hüseynova Prezident təqaüdünə layiq görülüb. Daha ətraflı »

  • 06Сен
    Təhsil Комментарии к записи Ali məktəbə qəbul imtanalarında yüksək bal toplayan məzunlara Niyazi Bayramov hədiyyələr təqdim edib отключены

    Gəncədə 2018-2019-cu tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu il ali məktəblərə yüksək balla daxil olan məzunları mükafatlandırıb. Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, UTECA-nın rektoru, professor Akif Süleymanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

     

    Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra  2018-2019-cu tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

    Gəncə Şəhər İcra Hakimiyyətinin baççısı Niyazi Bayramov ali məktəblərə  yüksək bal toplayaraq qəbul olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, çıxışında bildirib ki, təhsil cəmiyyətin inkişafını təmin edən əsas sahədir. Daha ətraflı »

  • 06Сен
    Təhsil Комментарии к записи Gəncədə təhsil işçilərinin sentyabr konfransı keçirilib отключены

    Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhər, Göygöl və Kəlbəcər rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Plenar müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru, Emin Əmrullayev, Gəncə şəhər, Göygöl və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

    Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər.

    Daha sonra Təhslilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Daha ətraflı »

  • 05Сен
    Təhsil Комментарии к записи Şəhərimizdə ingilis dili müəllimləri üçün təlim keçirilib отключены

    Peşəkarlıq səviyyələrini davamlı olaraq təkmilləşdirən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə şagirdlərin nailiyyətləri daha yüksəkdir. Bu baxımdan təhsilə tətbiqi üzrə peşəkarlıq səviyyəsinin artırılması istiqamətində keçirilən təlimlər böyük əhəmiyyətə malikdir. Keçirilən təlimlərin nəticəsində müəllimlərin və inzibati idarəetmə heyətinin nəzəri və praktik bacarıqları artır, həmçinin informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişləri formalaşır. Bu isə müəllimə səmərəli öyrənmə mühitinin qurulmasına şərait yaradır. Təlim ərzində müəllim mənimsədiyi nəzəri bilik və praktik bacarıqları tədris prosesində səmərəli şəkildə məqsədyönlü olaraq tətbiq edir. Müəllim təhsil müəssisələrində mövcud olan müasir texnologiyaların imkanlarından istifadə edərək tədris prosesinin şagirdlərin maraqlarına uyğun qurulmasını həyata keçirir.

    Bu baxımdan sentyabr ayının 3-də və 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə bu qurumun Gəncə regional bölməsində ingilis dili müəllimləri üçün keçirdiyi təlim çox əhəmiyyətlidir. Daha ətraflı »

  • 04Сен
    Təhsil Комментарии к записи İxtisas seçimi başa çatır отключены

    Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi yekunlaşır.

    2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır.

    İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini Azər­baycan Respub­lika­sının ümumi təhsil müəs­­sisə­lə­rində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci sinif üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Daha ətraflı »

Страница 4 из 512345